• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fərid Şərifov: Prezident İlham Əliyev tərəfindən 2023-cü il Heydər Əliyev ili elan olunması ilə bağlı qərar hər kəsin ürəyincə oldu

Cəmiyyət

15-03-2023, 21:31

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanın inkişafının böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman ötdükcə Onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Ulu öndər Heydər Əliyevin bir neçə onillik ərzində və həm də müxtəlif ictimai-siyasi formasiyalarda, fərqli ideoloji çərçivələr daxilində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətin tarixdəki yeri və böyük rolu barədə konkret təsəvvür yaradır.
Fitri istedada, yüksək idarəçilik qabiliyyətinə malik olan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi keçmiş sovet dönəminə təsadüf edir. 1969-cu ilin 14 iyulunda keşməkeşli tarixə malik Azərbaycan üçün taleyüklü hadisə baş verdi. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbəti plenumunda sonralar Vətən naminə çoxşaxəli fədakar fəaliyyəti, müdrikliyi və cəsarəti sayəsində xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri oldu.
Bu təyinatdan sonra respublikamızın həyatında yeniliyə, inkişafa doğru dönüş başladı. Heydər Əliyev qısa müddətdə respublikamız barədə keçmiş ittifaqda yaranan stereotipləri dağıtmağa, rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində tənəzzül meyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi.
Sərəncamda vurğulandığı kimi, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.
Təmsil etdiyi xalqın məhəbbətini və inamını qazanmaq liderin, siyasi xadimin əldə edə biləcəyi ən böyük uğurdur. Bu mənada, deyə bilərik ki, Heydər Əliyev xoşbəxt bir dövlət xadimi olub. O, hələ sağlığında ikən xalqın qəlbində əbədiyaşarlıq qazanmışdı. Sərəncamda Heydər Əliyevə bütün dünya azərbaycanlılarının inamının və rəğbətinin böyük olduğuna diqqət çəkilərək vurğulanıb: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir”.
Azərbaycan xalqı Heydər Əliyev ideyalarına sonsuz inamını 2003-cü il oktyabrın 15 keçirilən seçkilərdə Onun siyasi varisini - İlham Əliyevi dəstəkləməklə bir daha təsdiqlədi. Ulu Öndər 1 oktyabr 2003-cü il tarixli müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalq seçkilərdə Ulu Öndərin çağırışına səs verdi - İlham Əliyev seçicilərin 76 faizinin etimadını qazandı. Bu, bir tərəfdən ölkə vətəndaşlarının İlham Əliyevin bundan əvvəl müxtəlif vəzifələrdəki səmərəli fəaliyyətinə verdiyi yüksək qiymət idisə, digər tərəfdən də Heydər Əliyev ideyalarına sədaqətin, bağlılığın, bu ideyaları daim Azərbaycanın başı üzərində görmək istəyinin ifadəsi idi. Prezident İlham Əliyev dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasətinin ardıcıllığını uğurla təmin edir. Sərəncamda vurğulandığı kimi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.
2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi vətəndaşlar, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib.
Bu il ulu öndərin 100 illiyi tamam olur. Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir.
Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini çox böyük uğurlarla davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar ulu öndərin vəsiyyətini, arzusunu məhz Prezident İlham Əliyev reallaşdırdı.

Mən Fərid Şərifov bir gənc olaraq bildirmək istəyirəm ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü il Heydər Əliyev ili elan olunması ilə bağlı qərar hər kəsin ürəyincə oldu.

Ulu öndər Heydər Əliyev Azərbaycanın özüdür.
Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar və zirvələr qazandıracaq.


Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

İqtisadiyyat

16-03-2023, 20:16

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş etdirilib - FOTO

Cəmiyyət

19-08-2022, 19:30

Dövlət və dövlətçiliyimin siyasətinə xidmət edirəm

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Siyasət

28-03-2023, 19:17

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Siyasət

13-03-2023, 23:36

Levan Mamaladze: “Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm”

Dünya / Video

10-05-2023, 20:18

“100 il”in diaspor siyasəti “Heydər Əliyev” sənədli filmində - VİDEO

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Dünya

10-05-2023, 20:28

Niderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Cəmiyyət

20-05-2023, 01:19

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - FOTO

Araşdırma
AAYDA rəhbərliyində himayə iddiaları: yol layihəsini dəyişdirən villa yeni problemlərin mərkəzində
Regional qəbulda “bölgü əməliyyatı”
ETN-in Daxili Nəzarət şöbəsi yoxlamaya başladı Sumqayıt 23 nömrəli məktəbdə iddialar böyüyür
Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar – İcra başçısı narahat deyil - VİDEO
“Zorge parkı”ndakı 2-ci mərtəbə...- Rəsmi qurumlar müdafiə xətti qurub - VİDEO
Sumqayıt Dövlət Universitetində Akademik borcların ödənişində qeyri-şəffaflıq tələbələri narahat edir
Hadisə
Dünən, 11:00
Atasına kömək edərkən həyatını itirən Hikmətin - Fotosu
Dünən, 10:30
Füzulidə ağır qəza - 2 ölü, 2 yaralı
16-04-2026, 21:20
Şabranda sel fəsadı: Körpə uşaqlarla çöldə qalan ailə kömək gözləyir FOTO/VİDEO
16-04-2026, 18:20
Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var
15-04-2026, 15:56
Bakıda evdə yanğın baş verib
15-04-2026, 10:40
UNEC-in qazi tələbəsi vəfat etdi
Xəbər lenti
  • Dünən, 16:00
    Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
  • Dünən, 15:00
    ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır
  • Dünən, 14:30
    Yaponiya Şimali Koreyaya etiraz edib
  • Dünən, 14:00
    Azərbaycanla Meksika arasında memorandum imzalanıb
  • Dünən, 13:00
    Nikkei: Yaponiya sənayesi riski ilə üzləşir
  • Dünən, 12:30
    Amerikalı reper 100 milyon dollar təzminat tələb edir
  • Dünən, 12:00
    “Kəpəz” “İmişli”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
  • Dünən, 11:00
    Atasına kömək edərkən həyatını itirən Hikmətin - Fotosu
  • Dünən, 10:30
    Füzulidə ağır qəza - 2 ölü, 2 yaralı
  • Dünən, 10:00
    Ceyhun Bayramov Taylanda getdi
  • 18-04-2026, 20:06
    “Sabahın alimləri”ndə uğur: məktəblilərimiz gümüş medala layiq görüldü —Fotolar
  • 18-04-2026, 18:12
    Trampın ziddiyətli komandası: Ağ Evdə səssiz qarşıdurma
  • 18-04-2026, 18:03
    Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq
  • 18-04-2026, 17:54
    Mehriban Əliyeva Antalya Diplomatiya Forumu çərçivəsində paneldə iştirak edib - FOTO
  • 18-04-2026, 15:02
    Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib
  • 18-04-2026, 14:56
    Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir? - VİDEO
  • 18-04-2026, 14:41
    Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
  • 18-04-2026, 14:16
    Nizami və Səbail rayonlarının ərazisində ağaclar kəsilib
  • 18-04-2026, 14:01
    Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir
  • 18-04-2026, 12:54
    İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
  • 18-04-2026, 12:43
    “Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
  • 18-04-2026, 12:27
    Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 18-04-2026, 11:40
    Başlıbel qətliamından 33 il ötür
  • 18-04-2026, 11:04
    Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
  • 18-04-2026, 10:37
    Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
  • 18-04-2026, 10:27
    "MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
  • 18-04-2026, 10:11
    Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
  • 18-04-2026, 10:01
    Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
  • 18-04-2026, 09:21
    Azərbaycan nefti ucuzlaşıb
  • 17-04-2026, 22:52
    "Birmarket" mebel şirkətinə 90 min ziyan vurub
  • 17-04-2026, 18:17
    “Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
  • 17-04-2026, 18:04
    Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb
  • 17-04-2026, 17:54
    BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
  • 17-04-2026, 17:31
    Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
  • 17-04-2026, 17:19
    Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə