Suriya və Cənubi Koreya Seuldakı qlobal sammitdə rəqəmsal infrastruktur, texnologiya əməkdaşlığı və peşə bacarıqlarının inkişafını müzakirə edib. Tərəflər KOICA ilə mümkün əməkdaşlığı və Dəməşqə səfər məsələsini də nəzərdən keçirib.
Suriya və Cənubi Koreya Seulda keçirilən qlobal sammit çərçivəsində rəqəmsal infrastruktur və texnologiyaların inkişafı üzrə əməkdaşlığı müzakirə edib.
BNTV.az xəbər verir ki, görüşdə Suriyanın rabitə və informasiya texnologiyaları naziri Əbdüssəlam Heykəl Cənubi Koreyanın baş nazir müavini, elm və İKT naziri Bae Kyunq-hunla bacarıqların inkişafı və texnologiya sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib.
Görüş Seulda keçirilən Qlobal Süni İntellekt və Rəqəmsal Sammit çərçivəsində baş tutub. Heykəl Suriyanın telekommunikasiya infrastrukturunu yeniləmək, internetə çıxışı genişləndirmək və xidmətləri yaxşılaşdırmaq planları barədə məlumat verib. Bu təşəbbüslər rəqəmsal transformasiyanı dəstəkləmək, eləcə də gənc suriyalılar üçün investisiya və məşğulluq imkanları yaratmaq məqsədi daşıyır.
Tərəflər infrastrukturun inkişafının təhsil və texniki hazırlıqla əlaqələndirilməsini, o cümlədən Suriyanın Təhsil Nazirliyinin başlatdığı qabaqcıl elmlər proqramını müzakirə ediblər.
Həmçinin Cənubi Koreyanın elmi tədqiqat və təhsili sənaye ilə əlaqələndirmək təcrübəsindən yararlanmaq, eləcə də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə bacarıqların inkişafı və bilik mübadiləsi üzrə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İki rəsmi əməkdaşlıq istiqamətlərini araşdırmağa davam etmək barədə razılığa gəlib. Heykəl Bae Kyunq-hunu Dəməşqə səfərə dəvət edib. Cənubi Koreya rəsmisi dəvəti qəbul edəcəyini və yaxın aylarda səfər edəcəyini bildirib.
mənbəı: arab.az