• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanda internet xidmətlərinin inkişafı: - Son 5 ilin statistik təhlili

Sosial

22-05-2025, 10:43

Son illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində mühüm irəliləyişlərə imza atılıb. Xüsusilə 2020–2024-cü illər ərzində internet infrastrukturunun genişləndirilməsi, fiber-optik xətlərin çəkilməsi, sürətin və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun şəkildə həyata keçirilib. Pandemiya dövründə sürətlənmiş rəqəmsallaşma prosesi həm dövlət qurumlarını, həm də özəl sektoru texnoloji modernləşməyə vadar edib, nəticədə internetdən istifadə səviyyəsində artım müşahidə olunub.

Son illərdə Azərbaycanda internet infrastrukturunda texnoloji yeniliklərin tətbiqi rəqəmsal transformasiya prosesini nəzərəçarpacaq dərəcədə sürətləndirib.

Fiber-optik texnologiyalar

Ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əsas addımlardan biri fiber-optik texnologiyaların tətbiqidir. Sözügedən texnologiyaların tətbiqinə 2018-ci ildən başlanılıb. Həmin il Bakıda “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) tərəfindən GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında fiber-optik şəbəkənin qurulması layihəsi həyata keçirilib. Bu texnologiya vasitəsilə bir xətt üzərindən internet, telefon və televiziya xidmətlərinin təqdim olunmasına başlanılıb. Daha sonra bu texnologiyanın tətbiqi regionlara da yayılıb. 2022-ci ildə Quba rayonunun Vladimirovka və Xınalıq kəndlərində, 2023-cü ildə Tovuz rayonunun bir neçə kəndində GPON texnologiyası əsasında fiber-optik şəbəkələr qurulub. Şəki rayonunun Kiçik Dəhnə kəndində 2,800 ev təsərrüfatı GPON texnologiyası ilə təmin olunub, 1,319 abunəçi yeni texnologiyaya keçid edib və internet sürəti 30 Mbit/s-dən 100 Mbit/s-dək yüksəlib. Hazırda ölkənin müxtəlif bölgələrində bu texnologiya əsasında yüksəksürətli internet xidmətləri təqdim olunur.

“Onlayn Azərbaycan” layihəsi

Azərbaycanda rəqəmsal transformasiyanın əsas sütunlarından biri “Onlayn Azərbaycan” layihəsidir. Layihə 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilməyə başlanıb. Layihənin əsas məqsədi ölkənin ən ucqar yaşayış məntəqələrində belə yüksəksürətli internetə çıxışı təmin etmək və rəqəmsal xidmətlərin əlçatanlığını artırmaqdır. “Onlayn Azərbaycan” layihəsi dövlət-özəl tərəfdaşlıq modeli əsasında həyata keçirilir. İlk vaxtlarda layihənin əsas icraçıları “Aztelekom” MMC, “Baktelecom”, “Azeronline LTD” və “Smart Systems Technology” şirkətləri olub.

Layihə çərçivəsində müasir GPON (Gigabit Passive Optical Network) texnologiyası tətbiq olunur. Bu texnologiya vasitəsilə mövcud ADSL avadanlıqları IMS platforması ilə işləyən GPON avadanlıqları ilə əvəz edilir, köhnə mis magistral kabel infrastrukturu optik kabellərlə dəyişdirilir və optik paylayıcı şəbəkə qurulur. Bu yeniliklər internet xidmətinin keyfiyyətini artırmaqla yanaşı, əlavə xidmətlərin, məsələn, IPTV-nin təqdim olunmasına imkan yaradır.

Azərbaycanda internet xidmətlərinin inkişafı: - Son 5 ilin statistik təhlili

Layihənin icrasına başlandığı 2021-ci ildən etibarən ölkə üzrə genişzolaqlı internetin sürəti 17.2 Mbit/s-dən 2024-cü ildə 66 Mbit/s-yə çatdırılıb və 4 dəfə artım qeydə alınıb. Azərbaycanda 2017-2020-ci illərdə 227 min, 2021-2023-cü illərdə isə 1 milyon 689 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib. Təkcə 2023-cü il ərzində Azərbaycanda 1,1 milyondan artıq ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. 2024-cü ildə isə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş təsərrüfat sayı 2,2 milyonu ötüb.

İnternet sürəti və abunəçi sayı

Bu illərdə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti ilə də bağlı önəmli dəyişikliklər baş verib. 2020-ci ilin sonuna ölkədə sabit genişzolaqlı internetin orta yükləmə sürəti 23,6 Mbit/s olub. 2021-ci ilin dekabr ayında bu göstərici 26,9% azalaraq 17,24 Mbit/s təşkil edib. 2022-ci ilin yekununda sabit genişzolaqlı internetin orta yükləmə sürəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 57,5% artaraq 27,15 Mbit/s olub. 2023-cü ilin dekabrında bu göstərici 35,25 Mbit/s-ə yüksəlib ki, bu da illik 29,8% artım deməkdir. 2024-cü ilin dekabr ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta yükləmə sürəti 65,59 Mbit/s təşkil edib . Bu göstərici illik müqayisədə təxminən 86% çoxdur. Bu artım, ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi və fiber-optik şəbəkələrin genişləndirilməsi kimi təşəbbüslərin nəticəsidir.

Mobil internetin sürəti isə 2020-ci ilin noyabr ayında 15,86 Mbit/s təşkil edib. İnfrastrukturun tam inkişaf etməməsi və bəzi bölgələrdə köhnə texnologiyaların istifadəsi sürətlərin dəyişkənliyinə səbəb olub. 2021-ci ilin dekabr ayında Azərbaycanda mobil internetin orta yükləmə sürəti illik təqribən 83,23% artaraq 29,06 Mbit/s təşkil edib. 2022-ci ilin sonuna mobil internetin orta yükləmə sürəti illik müqayisədə təxminən 20,2% artaraq 34,93 Mbit/s, 2023-cü ilin sonuna 25,4% artaraq 43,8 Mbit/s, 2024-cü ilin sonuna 29,6% artaraq 56,78 Mbit/s olub.

Son beş ilin yekunlarına görə, Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı 2020-ci ildə 1,1 milyon nəfər (hər 100 nəfərə 11,6 abunəçi), 2021-ci ildə 1,3 milyon nəfər (hər 100 nəfərə 12,9 abunəçi), 2022-ci ildə 1,4 milyon nəfər (hər 100 nəfərə 14,3 abunəçi), 2023-cü ildə 1,7 milyon nəfər (hər 100 nəfərə 16,7 abunəçi), 2024-cü ildə 2,2 milyon nəfər olub. Mobil internet istifadəçilərinin sayı isə 2020-ci ildə 6,3 milyon nəfər (hər 100 nəfərə 63,4 abunəçi), 2021-ci ildə 6,9 milyon nəfər (hər 100 nəfərə görə 68,7 abunəçi), 2022-ci ildə 8 milyon nəfər (hər 100 nəfərə görə 79,1 abunəçi), 2023-cü ildə 11,8 milyon nəfər (hər 100 nəfərə görə 86,7 abunəçi) təşkil edib.

Problemlər nələrdir?

Bunlarla yanaşı ölkədə internet infrastrukturu və internet xidmətlərinin keyfiyyəti ilə bağlı problemlər də yox deyil. Bəzi ərazilərdə, xüsusilə də regionlarda internet sürətindəki nominal artım real istifadəçi təcrübəsində tam əks olunmur. Bir çox istifadəçilər real istifadədə sürətin rəsmi göstəricilərdən xeyli aşağı olduğunu bildirir. Sektorda tənzimləyici qurum olan İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” platformasına son illərdə daxil olan müraciətlər arasında internet xidmətləri ilə bağlı şikayətlər üstünlük təşkil edir. 2023 və 2024-cü illər üzrə statistik təhlil göstərir ki, platformaya edilən ümumi şikayətlərin təqribən 40%-ni internet provayderlərinə yönəlmiş narazılıqlar təşkil edir. Bu quruma edilən və sosial şəbəkələrdə bildirilən şikayətlər əsasən, sürət azlığı, müştəri xidmətlərinin zəif reaksiyası, tarif uyğunsuzluğu, texniki nasazlıqların günlərlə aradan qaldırılmaması, qəfil sürət düşmələri, qəfil internetin dayanması və tez-tez “disconnect” halları, xüsusilə yağış, külək kimi hava problemlərində əlaqənin tez sıradan çıxması, internetin fasilələrlə işləməsi, gecə saatlarında normal, gündüzlər isə zəif xidmət, pik saatlarda sürətin ciddi şəkildə düşməsi, xidmət keyfiyyəti ilə ödəniş arasında disbalans olması, yeni yaşayış massivlərinə və binalara internet xəttinin çəkilməsində gecikmələr kimi məsələlərlə bağlı olur. Bakı və iri şəhərlərdə fiber-optik texnologiyalar tətbiq olunsa da, regionlarda problemlərin qaldığı bildirilir. İnternet istifadəçilərinin bəzən müqavilədə göstərilən 30–50 Mbit/s sürətin əvəzinə 5–10 Mbit/s civarında sürətlə xidmət aldıqlarını bildirir. Narazılıqlara görə, bir çox hallarda nasazlıqlar 3–5 gün ərzində belə aradan qaldırılmır. Xüsusilə onlayn oyun və uzaqdan işləyən istifadəçilər üçün bu, ciddi problemlər yaradır.

Nəticə

Yekun olaraq deyək ki, son illərdə Azərbaycanda genişzolaqlı internetin inkişafı istiqamətində mühüm addımlar atılsa da, bu sahədə hələ də tamamlanmamış işlər qalır. Statistik rəqəmlər 2021-ci ildən ölkədə genişzolaqlı internetin əhatə dairəsinin kifayət qədər artdığını göstərir. Bu artımın səbəbi bir tərəfdən dövlətin rəqəmsal infrastrukturun inkişafına yönəltdiyi siyasətin nəticəsi, digər tərəfdən isə texnoloji tələbatın sürətlə yüksəlməsidir. Sözügedən inkişaf bir neçə paralel strategiyanın tətbiqi ilə mümkün olub: optik şəbəkələrin mərhələli genişləndirilməsi, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən infrastruktur modernizasiyası və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi. Bununla belə, regionlar üzrə əhatəlilikdə fərqlərin qalması, sabit və yüksək sürətli internetə çıxış imkanlarının bərabər paylanmaması, xüsusilə ucqar ərazilərdə hələ də əngəllər olduğunu göstərir. Bu səbəbdən, qarşıdakı dövrdə həm infrastruktur qurulması üçün investisiyaların davam etdirilməsi, həm də provayder xidmətlərinin keyfiyyətinin artırılması genişzolaqlı internetin daha ədalətli və dayanıqlı yayılmasını təmin edəcək əsas istiqamətlərdən biri olmalıdır.(APA)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Sosial

18-07-2024, 15:48

Azərbaycanda internet BAHALAŞIR

Gündəm / Cəmiyyət

15-08-2024, 12:31

Azərbaycanda internet bahalaşdı

Gündəm / Cəmiyyət

13-09-2024, 15:30

6 saat internet olmayacaq

İqtisadiyyat

9-10-2023, 17:31

Azərbaycan MDB vergi xidməti rəhbərlərinin iclasında təmsil olunub

Gündəm / Cəmiyyət

20-11-2024, 14:32

Rəşad Nəbiyev: "2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir"

Cəmiyyət

19-11-2024, 10:26

“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Cəmiyyət

3-02-2025, 18:32

ADY dəmir yolu sektorunun rəqəmsallaşdırılması çərçivəsində İT akademiyası yaradacaq

Gündəm / Cəmiyyət

19-03-2025, 14:00

Azərbaycanda "2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

Ölkə

2-02-2024, 18:11

“CityNet” indi “Nar” mağazalarında

Cəmiyyət

16-01-2025, 15:15

Azərbaycanda həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətləri rəqəmsallaşdırılacaq

Gündəm / Siyasət

7-07-2022, 15:54

Prezident fərman imzaladı - "Bu xidmətlərdə QİYMƏT ARTIMI OLACAQ"

İqtisadiyyat

20-11-2023, 20:21

SPECA-nın ticarət və gender üzrə işçi qruplarının iclasları keçirilib - FOTOLAR

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Bu gün, 11:28
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
Bu gün, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
Dünən, 09:21
Sabirabadda qadın 14 kiloqram narkotiklə saxlanılıb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
27-02-2026, 14:47
Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var
25-02-2026, 18:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
Xəbər lenti
  • Bu gün, 18:00
    “Biz regionda davamlı sülhə sadiqik” - Pezeşkian
  • Bu gün, 17:39
    Şabranda 21-ci əsrə yaraşmayan küçə – sakinlər asfalt tələb edir —VİDEO
  • Bu gün, 17:30
    Baş nazir bu tarixdə hesabat verəcək
  • Bu gün, 17:00
    AFFA “Sabah”ın məşqçisini niyə cəzalandırmadı?
  • Bu gün, 16:24
    Vəfa Hüseynzadə ilə 150 min manatlıq sövdələşmə: Gülnarə Rəhimova ilə bağlı ilginc faktlar…
  • Bu gün, 15:55
    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Bu gün, 15:50
    Maştağada qəbirtanlılğı su basıb: Bələdiyyə sədri Anar Adıgözəlov isə sualı eşidib dəstəyi asıb-Video
  • Bu gün, 15:30
    “Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
  • Bu gün, 15:04
    İran hakimiyyətində hərc-mərclik – müəyyən edilməyən ali rəhbərlik - ŞƏRH
  • Bu gün, 14:52
    Balaxanıda bu qanunsuz tikintiyə hansı məmur icazə verib? Videofakt
  • Bu gün, 14:24
    Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik - ƏLAVƏ OLUNUB
  • Bu gün, 14:11
    Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır - AY MAŞALLAH...
  • Bu gün, 13:51
    İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir
  • Bu gün, 13:26
    ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT
  • Bu gün, 12:57
    Sabah yağış yağacaq, külək güclənəcək
  • Bu gün, 12:51
    Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!
  • Bu gün, 12:19
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • Bu gün, 11:56
    “Turan Hospitalda şübhəli diaqnoz? –Qarabağ qazisinə “qanı yumaq” təklifi niyə verilib?”
  • Bu gün, 11:37
    Xaçmaz–Xudat magistralında və Çiləgir kəndində çay kənarında zibillik yaradılıb —VİDEO
  • Bu gün, 11:30
    Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
  • Bu gün, 11:28
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
  • Bu gün, 11:00
    Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
  • Bu gün, 10:35
    MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib
  • Bu gün, 10:23
    Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
  • Bu gün, 10:08
    Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb
  • Bu gün, 09:30
    Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
  • Bu gün, 09:00
    İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
  • Bu gün, 08:30
    Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
  • Dünən, 20:15
    Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər
  • Dünən, 19:13
    Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıb
  • Dünən, 19:04
    7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
  • Dünən, 18:27
    Xırdalanda "Kristal Abşeron"nun binasında "bədxassəli şiş" - “Manqal Dönər” qanun-qayda tanımır? - VİDEO
  • Dünən, 17:55
    İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır - ŞƏRH
  • Dünən, 17:22
    İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir
  • Dünən, 16:59
    İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə