Sizin reklam burada 728×90
Son dəqiqə

Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək

18.09.2026 18:00 611 1 dəq oxunur
Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək

İçərişəhərdə qastronomiya festivalı keçiriləcək.

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, "GastroFest 2026" festivalı 3-4 və 10-11 oktyabr tarixlərində keçiriləcək.

Festival qastronomiya, musiqi, yaradıcılıq və müxtəlif mədəni təcrübələri vahid festival konsepsiyasında birləşdirən, müxtəlif yaş qruplarından olan iştirakçılar üçün zəngin və çoxşaxəli proqram təqdim edən dördgünlük festivaldır.

Festival çərçivəsində ziyarətçilərə yeni dadların kəşfi, yaradıcı fəaliyyətlər, maraqlı görüşlər və canlı musiqi proqramları vasitəsilə rəngarəng və dinamik festival atmosferini yaşamaq imkanı yaradılacaq.

Proqramda tanınmış şeflərlə görüşlər, müxtəlif mətbəx nümunələri, küçə yeməkləri və yeni dadların təqdimatı da nəzərdə tutulub.

Həmçinin burada uşaqlar üçün xüsusi ustad dərsləri, interaktiv fəaliyyətlər və əyləncəli proqramlar da gözlənilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az