Sizin reklam burada 728×90
Son dəqiqə

İlk “Yüksəliş” müsabiqəsinin qalibi nazirlikdəki vəzifəsindən ayrıldı - BUNDAN SONRA...

11.11.2026 16:49 35 1 dəq oxunur
İlk “Yüksəliş” müsabiqəsinin qalibi nazirlikdəki vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
“Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyindən ayrılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, 1 saylı Bakı DOST Mərkəzinin direktoru vəzifəsindəki fəaliyyətini başa vurub.

R.Mirzəliyev 2022-ci ilin dekabrından 2026-cı ilin sentyabrınadək DOST mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2021-ci ilin sentyabrından 2022-ci ilin dekabrınadək agentliyin İdarə Heyəti sədrinin müşaviri, 2019-cu ilin aprelindən 2021-ci ilin sentyabrınadək isə şöbə müdiri olub.

Ruslan Mirzəliyev 2020-ci ilin avqustundan 2021-ci ilin sentyabrınadək Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini vəzifəsini tutub.

Qeyd edək ki, R.Mirzəliyev 2021-ci ildə başlayan ilk "Yüksəliş" müsabiqəsinin qalibidir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az