• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

NAXÇIVAN ALİ MƏCLİSİNƏ SƏDR SEÇMƏMƏKDƏ MƏQSƏD NƏDİR? – “Fuad Nəcəfli kabinetdən çıxmaq istəmir...”

Gündəm / Cəmiyyət

28-09-2024, 12:07


Sentyabrın 23-də VII çağırış Azərbaycan Milli Məclisinin rəhbərliyi yenidən formalaşdırıldı, spiker və müavinləri seçildi, hətta daha bir müavin postu yaradıldı, daimi komitələrin rəhbərləri müəyyən olundu. Seçki prosesi təxminən günün birinci yarısı bitdi, sonra ölkə Prezidenti İlham Əliyev də Milli Məclisin tribunasından çıxış edib qanunverici hakimiyyətə uğurlar arzuladı, qarşıdakı dövrün əsas prioritetlərini açıqladı.
Amma cəmi 45 deputatın olduğu Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisi bu məsələləri həll edə bilmədi, belə ehtimallar var ki, həll etmək istəmədi. Bu barədə “AzPolitika”-da ətraflı məlumat verilmişdi. (https://azpolitika.info/?p=769213) Qısaca olaraq xatırladaq ki, sentyabrın 25-də yeni formalaşmış Ali Məclisin ilk sessiyasında quruma sədr seçmək mümkün olmayıb, amma sədrin müavinləri müəyyənləşib - Bəxtiyar Məmmədov birinci müavin, Arzu Abdullayev isə müavin seçiliblər.

NMR Ali Məclisinin saytında bu barədə yer alan məlumatda qeyd olunur: “Gündəlikdə duran ikinci məsələ - Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb…”

Belə ki, sədr vəzifəsinə 27 saylı Naxçıvan şəhər seçki dairəsini təmsil edən Məmmədzadə Vüsal Əziz oğlunun namizədliyi səsə qoyulsa da, o, tələb olunan 23 səsi almadığından sədrin seçilməsi məsələsi təxirə salınıb. Mənbələr bildirirlər ki, sədrliyə namizədliyi irəli sürülən V.Məmmədzadə əslində Naxçıvanda tanınmayan bir şəxsdir, Babək Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyir. Ehtimal olunur ki, onun formal olaraq namizəd kimi irəli sürülməsi, deputatların tapşırıqla ona səs verməməsi sədr seçkisinin baş tutmaması üçün məkrli oyun olub. Sədrliyə başqa namizədin olmaması da bu ehtimalı gücləndirir.

Birinci müavin seçilən Bəxtiyar Məmmədov NMR Konstitusiyasına görə Ali Məclis sədri ola bilməz, çünki Muxtar Respublikada 5 il daimi yaşamayıb. Bu səbəbdən sədr seçilməyib ki, sədrin səlahiyyətləri, əvvəldən planlaşdırıldığı kimi, B.Məmmədovda saxlanılsın..

Bəs Konstitusiya bu məqsədin reallaşmasına imkan verirmi?


Əsas Qanunda Ali Məclis sədrinin seçkisi ilə bağlı aşağıdakı maddələr yer alıb:

Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər.

Maddə 22. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz iş qaydasını müəyyən edir və Ali Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir.

Maddə 30. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Maddə 31. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Bu qaydalara görə:

- Əgər Ali Məclis sədrliyinə namizədliyi irəli sürülmüş şəxs öz namizədliyinə etiraz edərsə, bu etiraz müzakirəsiz qəbul olunmalıdır;

- İrəli sürülən namizəd 4 deputat tərəfindən dəstəklənərsə, namizədliyi səsverməyə çıxarıla bilər;

- İrəli sürülən namizədlər seçilmək üçün ən azı 23 səs almalıdır. Namizədlərdən heç biri 23 səs toplamazsa, 2-ci dövrə səsvermə keçirilir.

Səsvermənin ikinci dövrəsi

İkidən çox namizəd barəsində səsvermə keçirildikdən sonra namizədlərin heç biri 23 səs çoxluğu yığa bilməzsə, daha çox səs yığmış iki namizəd səsvermənin ikinci dövrəsinə keçir. İkinci dövrədə o namizəd seçilmiş sayılır ki, Ali Məclisin qərarlarının qəbul edilməsi üçün nəzərdə tutulmuş səs çoxluğu qazanmış olsun. İkinci dövrədə namizədlərin heç biri lazımi səs çoxluğu qazana bilmədikdə başqa namizədlər göstərilməklə yeni səsvermə keçirilir.

İlk sesiya ilə bağlı rəsmi məlumatda Ali Məclisin iclasında ikinci dövrə seçkilərin keçirildiyi, yaxud nə zaman keçiriləcəyi barədə hər hansı məlumat yoxdur.

Hüquqşünas Hafiz Həsənov “AzPolitika”-ya qısa şərhində bildirib ki, ilk iclasda Ali Məclis sədrinin seçilməməsi məntiqli olmasa da, qanuna zidd hal kimi qiymətləndirilə bilməz. O, vurğulayıb ki, qurumun sədrsiz qalması qanunvericiliyə uyğun deyil. “Yəqin ki, gələn iclasda sədr seçərlər”, - hüquqşünas əlavə edib. Nəticə olaraq qeyd edək ki, nə NMR Konstitusiyasında, nə də Ali Məclisin Daxili Əsasnaməsində qanunverici orqanın uzun müddət sədrsiz idarə olunmasının hüquqi əsasları qeyd olunmayıb. Aydın şəkildə yazılıb ki, Ali Məclisə sədr seçilməyibsə, ikinci dövrə seçkilər keçirilməli, yəni proses sədr seçilənə qədər digər hüquqi, legitim əsaslarla davam etdirilməlidir. Hüquqşünasın bildirdiyi kimi, proses hələ ki, Konstitusiya normaları daxilindədir, əgər qarşıdakı günlərdə Ali Məclisə sədr seçilməzsə, bu artıq Naxçıvanın sədrsiz idarə olunması ilə maraqlı qrupların yuxarıda qeyd olunan məkrli planlarının icrasına start verilməsinin təsdiqi olacaq.

Xatırladaq ki, Naxçıvan Ali Məclisinin sədri vəzifəsi Vasif Talıbovun istefasından sonra boş qalıb. Bu istefadan sonra yeni seçki keçirilmədi, bir müddət sədrin səlahiyyətlərini birinci müavin Azər Zeynalov icra edəndən sonra onu da postdan uzaqlaşdırıb, səlahiyyətləri yeni müavin seçilən Anar İbrahimova həvalə etdilər. Bu səbəbdən belə fikir formalaşmışdı ki, Ali Məclisin sədri elə Anar İbrahimov olacaq. Lakin A.İbrahimov nəinki sədr olmadı, hətta Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 1 sentyabr seçkisində onun mandat almasına belə imkan vermədi.

Yeri gəlmişkən onu da qeyd edək ki, Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu vəzifəyə təyin olunduğu ilk gündən Ali Məclis sədrinin xidməti kabinetində oturur və onun xidməti avtomobilindən istifadə edir. Bir qədər qeyri-ciddi səslənsə də, MR Ali Məclisinə sədrin seçilməməsini belə izah edənlər də var ki, F.Nəcəfli həmin kabineti boşaltmamaq üçün buna imkan verməyib...

Rasim Əliyev

“AzPolitika.info”

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-08-2023, 19:33

Vasif Talıbov və oğlu bu komitələrin üzvü seçildilər

Cəmiyyət

27-09-2024, 17:23

Bu deputatlara xidməti maşınlar veriləcək

Gündəm / Cəmiyyət

26-09-2024, 14:29

Namizəd dəstəklənmədi - Ali Məclisə sədr seçə bilmədilər - Fotolar

Gündəm / Ölkə

20-11-2023, 17:42

Vasif Talıbovun deputat mandatı ləğv edilə bilər - AÇIQLAMA

Siyasət

16-07-2022, 19:47

Naxçıvanın yeni Ombudsmanı seçilib

Bölgə

13-07-2022, 20:30

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Gündəm / Siyasət

26-02-2024, 14:28

Kəmaləddin Heydərovun yeni müavini kimdir? - DOSYE

Gündəm / Cəmiyyət

18-09-2024, 18:08

Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb

Gündəm / Siyasət

28-06-2024, 15:24

Parlament buraxıldı - Seçkinin vaxtı açıqlandı

Gündəm / Cəmiyyət

17-09-2024, 14:33

Möhbalıyevlə 30 ildir əlbir olan müavinlər və maliyyə rəisi kimlərdir? – Foto/Araşdırma

Gündəm / Cəmiyyət

3-07-2024, 11:12

YAP-ın seçkilərlə bağlı iclası keçirilir

Gündəm / Ölkə

29-06-2024, 16:17

Bu şəxslərin pensiyası yeni qayda ilə hesablanacaq

Araşdırma
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Hadisə
Dünən, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Bu gün, 00:42
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dünən, 23:41
    146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
  • Dünən, 19:00
    İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
  • Dünən, 18:33
    “AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır FOTOLAR
  • Dünən, 18:00
    Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
  • Dünən, 17:30
    Gürcüstan Prezidenti Azərbaycandakı yeni səfirlə onun missiyasının prioritetlərini müzakirə edib
  • Dünən, 16:54
    “Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO
  • Dünən, 16:31
    Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
  • Dünən, 16:22
    "AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...
  • Dünən, 15:58
    Qarayazı Dövlət Təbiət Qoruğunu dövlət mühafizə edəcək
  • Dünən, 15:38
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dünən, 15:18
    Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
  • Dünən, 14:53
    Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...
  • Dünən, 14:31
    Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
  • Dünən, 14:12
    Gömrük və verginin həbsə yolladığı sahibkar ədalət axtarışında -BAKI APELLYASİYA MƏHKƏMƏSİ QANUNSUZLUĞU ARADAN QALDIRACAQMI?
  • Dünən, 13:49
    2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
  • Dünən, 13:06
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Dünən, 12:57
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dünən, 12:39
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dünən, 12:11
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dünən, 11:58
    Yasamal sakinləri BAŞÇIYA MÜRACİƏT ETDİ... - VİDEO
  • Dünən, 11:32
    Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir
  • Dünən, 11:13
    Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi - ƏMR
  • Dünən, 10:41
    Şahbaz Şərif husilərin Məkkəyə hücumunu pisləyib
  • Dünən, 10:33
    Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı FOTOFAKT
  • Dünən, 09:55
    Azərbaycan neftinin qiyməti 128 dolları keçib
  • Dünən, 09:38
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb
  • Dünən, 09:17
    UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
  • Dünən, 08:52
    Bakıda 10 istiqamətdə tıxac yaranıb
  • 15-09-2026, 21:46
    İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
  • 15-09-2026, 21:31
    Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
  • 15-09-2026, 18:59
    Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
  • 15-09-2026, 18:14
    Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
  • 15-09-2026, 17:44
    Anar Bayramov deputatın qohumunu işdən çıxardı - ƏMR
  • 15-09-2026, 17:12
    İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə