Sizin reklam burada 728×90
Son dəqiqə

Sadır Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 17:30 21 1 dəq oxunur
Sadır Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb
Qırğızıstan Prezidenti Sadır Japarov qarşıdakı prezident seçkilərində öz namizədliyinin irəli sürülməsi barədə özünüirəlisürmə qaydasında ərizə təqdim edib.

Bu barədə Qırğızıstanın Seçkilərin və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatında deyilir.

10 noyabr tarixinə MSK-ya dövlət başçısı postuna namizədlərin irəli sürülməsi barədə altı ərizə daxil olub.

Prezident seçkilərində namizədlərin irəli sürülməsi müddəti 13 noyabr 2026-cı il tarixində başa çatır. Seçkilər 27 yanvar 2027-ci il tarixində keçiriləcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az