Sizin reklam burada 728×90
Son dəqiqə

Hərraca çıxarılan villaların sahibi kimdir: Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq… - FOTOLAR

11.11.2026 13:49 23 1 dəq oxunur
Hərraca çıxarılan villaların sahibi kimdir: Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq… - FOTOLAR
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 16 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi 16B ünvanlarında yerləşən fərdi yaşayış evləri hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan bu evlərdən biri 0,18 hektar, digəri isə 0,35651 hektar torpaq sahəsi üzərində yerləşir.
Satışa çıxarılan və Aşıq Pəri küçəsi 16 ünvanında yerləşən evin sahəsi 561,9 kvadratmetrə bərabərdir. 2 mərtəbəli, 8 otaqdan ibarət olan evin ilkin bazar qiyməti 1 milyon 194 min manat olsa da, 1 milyon 14 min 900 manata satışa çıxarılıb.

1-ci Aşıq Pəri küçəsi 16B ünvanında yerləşən evin sahəsi isə 774 kvadratmetrə bərabərdir. 2 mərtəbəli, 11 otaqdan ibarət olan bu evin ilkin bazar qiyməti 2 milyon 232 min manat olsa da, 1 milyon 897 min 200 manata satışa çıxarılıb.
Bildirilir ki, hazırda hər iki evdə borclu şəxslərin ailə üzvləri yaşayır.

Məlumat üçün bildirək ki, satışa çıxarılan evlərdən biri – Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi 16B ünvanında yerləşən fərdi yaşayış evi “Merser” ASC-nin (VÖEN – 1004675861) hüquqi ünvanıdır.
“Merser” ASC-nin adı 2022-ci ildə “Location” gecə klubunda baş verən partlayışda hallanıb. 1 nəfərin ölməsi, 37 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışdan sonra iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov və həmin MMC-nin təsisçisi – klubun meneceri Orxan Səfərov həbs olunublar. “Merser food” MMC-nin (VÖEN – 1404355381) qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğlu eyni zamanda “Merser” ASC-nin qanuni təmsilçisidir.
“Merser food” MMC-nin qeydiyyatından 10 gün sonra – 28 sentyabr 2018-ci il tarixində hazırda hərraca çıxarılan evin yerləşdiyi ünvanda – Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16B ünvanında “Merser Trade” MMC adlı daha bir şirkət də qeydiyyatdan keçib və bu şirkətin qanuni təmsilçisi Yusubov İsrail Arzu oğlu olub.
Yusubov İsrail Arzu oğlu 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınan 3 şirkətin də qanuni təmsilçisi olub. Həmin şirkətlərdən birinin – “Is Consumer Products” MMC-nin (VÖEN – 1403453891) qanuni təmsilçisi Səfərli Orxan Məhərrəm oğlu da gecə klubundakı partlayışa görə həbs olunub.
Yusubov İsrail Arzu oğlu eyni zamanda “Is Group” və “Isr Group” MMC-lərin də qanuni təmsilçisi olub.
Məlumat üçün onu da qeyd edək ki, Yusubov İsrail Arzu oğlu eyni zamanda Moskva vilayəti, Lyubertsı şəhəri, Krasnaya küçəsi, ev 1, mənzil 72 ünvanında qeydiyyata alınan “Effel Distribyutor” şirkətinin də təsisçisi olub. Hazırda bu şirkətin digər bir təsisçisi və rəhbəri erməni əsilli Manvel Krapetyandır.

Onu da xatırladaq ki, bu şirkətin əvvəlki təsisçisi olan Azərbaycan əsilli tanınmış iş adamı Mişiyev Adil Rafiq oğlu da erməni əsilli iş adamı Samvel Ovsepyan ilə ortaq şirkətə sahib olub. 2014-cü ildə Rusiyanın Vladimirskaya vilayətində qeydiyyata alınan “Rodnik” (VÖEN – 3306017688) şirkətinin 50%-lik payı Adil Mişiyevə, 50%-lik payı isə Samvel Ovsepyana məxsus olub. 2022-ci ildə Adil Mişiyev Samvel Ovsepyan adlı ortağından ayrılıb.(Yeniavaz.com)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az