Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Minneapolisdə keçirilən beynəlxalq festivalda təmsil olunub - FOTO

28.03.2023 20:13 527 1 dəq oxunur
Azərbaycan Minneapolisdə keçirilən beynəlxalq festivalda təmsil olunub - FOTO
Minnesotanın Minneapolis şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycan icması iştirak edib.

Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnanın təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində ölkəmizin tarixini, coğrafiyasını, mədəniyyətini, adət-ənənələrini və milli mətbəxini əks etdirən rəmzlər, kitablar, jurnallar, broşürlər, suvenirlər və nümunələr nümayiş etdirilib. Nəşrlər arasında “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab”, “Azerbaijan All Year Around”, “Parks of Baku” kitabları, “Caspian Vibes” jurnalının iki buraxılışı olub.

Azərbaycan guşəsi ilə maraqlanan qonaqlara Günel Krişnan, Nərmin Ağalarova, Kamil Dadaşov və Tereza Hamlin ölkəmiz haqqında ətrafı məlumat veriblər. Amerikalılara ölkəmizdən və Minnesota-Azərbaycan Assosiasiyasının fəaliyyətindən bəhs edən 200 broşür paylanılıb. “Azerbaijani Sock” biznesinin sahibi Tereza Hamlin isə festival iştirakçılarının diqqətini azərbaycanlı xanımların əl işlərinə yönəldib.

Festival çərçivəsində “Dans Aşkina” rəqs qrupu Azərbaycan rəqslərini nümayiş etdirib.








Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az