Sizin reklam burada 728×90
Son dəqiqə

Şahin Bağırovun yerinə ONU HAZIRLAYIRLAR... - İDDİA

14.11.2026 12:08 33 1 dəq oxunur
Şahin Bağırovun yerinə ONU HAZIRLAYIRLAR... - İDDİA

Azərbaycanda gənc yaşda ali rütbə alan bir neçə vəzifəli şəxs var. Onlardan biri də general-mayor Fuad Elxan oğlu Məmmədovdur. "DİA-AZ" olaraq bir neçə gün əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Fuad Məmmədovun özkeçmişində yer alan diqqətçəkən məqamları təqdim etmişdik.


General-mayor F. Məmmədov haqqında məlumatları təkrar xatırladırıq:
 Fuad Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin universitetdə Gömrük işi ixtisası üzrə magistr təhsili alıb. Bundan əlavə, 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.
2012-2013-cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.
2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.
O, 2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib. Həmçinin 2017-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris edib.
 Fuad Məmmədov 2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib. 2022-2023-cü illərdə həmin şöbənin rəisi olub. 2023-2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.
O, 2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib. Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.
"DİA-AZ" qeyd edir ki, Fuad Məmmədov sədr müavini təyin olunanda mayor rütbəsində olub, 2 ay sonra polkovnik rütbəsi alıb. 2026-cı il yanvarın 29-da isə ona gömrük general-mayoru ali xüsusi rütbəsi verilib.
İndi isə gələk Fuad Məmmədovla bağlı araşdırmalarımız nəticəsində əldə etdiyimiz yeni bilgilərə.
Belə kİ, onu sürətli şəkildə gömrük strukturlarında yüksəlişinin təsadüfi olmadığı barədə "DİA-AZ"ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, hətta general-mayor Dövlət Gömrük Komitəsinin sədri postuna da təyin oluna bilər. Mənbə bildirir:
"Belə bir tədarük, planlama var. Yaxın günlərdə baş tutması da gözləniləndir..."
"DİA-AZ"ın əldə etdiyi məlumatlara görə, 34 yaşlı Fuad Məmmədov BP-nin vitse-prezidenti Elxan Məmmədovun oğludur. 
Hər halda, elə bu bilgidən yola çıxaraq deyə bilər4ik ki,  onun üçün DGK sədri postuna təyinat heç də uzaqda görünmür...
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az