Sizin reklam burada 728×90
Son dəqiqə

Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib

13.11.2026 12:45 27 1 dəq oxunur
Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
Ermənistanın Lori vilayətinin Tumanyan icmasında yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.

Bu barədə Ermənistan mediası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinə istinadən məlumat yayıb.

Hadisə yerinə dörd yanğınsöndürmə-xilasetmə heyəti yola düşüb.

İlkin məlumatlara görə, partlayış qazdoldurma məntəqəsinin ərazisindəki kompressor sistemində baş verib.

Nəticədə bina qismən uçub. Xəsarət alan yoxdur. Başlayan yanğın dərhal söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az