Sizin reklam burada 728×90
Son dəqiqə

“Atəşgah Sığorta” Bodruma istirahətə gedən ailənin başına iş açdı - TƏFƏRRÜAT

13.11.2026 17:54 34 1 dəq oxunur
“Atəşgah Sığorta” Bodruma istirahətə gedən ailənin başına iş açdı - TƏFƏRRÜAT


Ailə üzvləri ilə istirahət məqsədilə Türkiyənin Bodrum bölgəsinə səfər edən Azərbaycan vətəndaşı səyahət sığortası ilə ciddi problem yaşayıb.
Xitab24.az-
ın əldə etdiyi məlumata görə, Səbinə Kərimli adlı vətəndaş səfər zamanı iki azyaşlı övladının səhhətində yaranan problemlə əlaqədar “Atəşgah Sığorta”dan aldığı sığortadan yararlana bilməyib.
Belə ki, valideynlər övladlarının qusma, ishal və qarınətrafı ağrı şikayəti ilə ən yaxın tibb mərkəzinə müraciət ediblər. Bu zaman Kərimli ailəsinin xəstəxanada 56 780 türk lirəsi (1987 manat - red) xərci çıxıb.
Bundan sonra “Atəşgah Sığorta” ilə əlaqə saxlayan valideyn, baş vermiş hadisə barədə ətraflı məlumat verib və lazım olan bütün sənədləri onlara təqdim edib.
Məlumat mərkəzindən isə ödənişi indi təmin edə bilməyəcəklərini, onlara ölkəyə qayıtdıqdan sonra tələb olunan təsdiqedici tibbi sənədlər və qəbzlər əsasında ərizə ilə müraciət etmələri tövsiyə olunub.
Səhayətini başa vuran Kərimli ailəsi, şirkətə müraciət edib. Lakin onlara göndərilən məktubda tibbi xərclərin sığorta şirkəti ilə razılaşdırılmadığı və müvafiq maddəyə əsasən, baş verən hadisə barədə məlumat verilmədiyi əsas göstərilərək sığorta ödənişini ödəməkdən imtina edilib.
“Atəşgah Sığorta”nın məktubunun əsassız olduğunu düşünən Səbinə Kərimli məhkəməyə üz tutub.
Qadın şikayətində bildirib ki, imtina üçün əsas olmuş hallar həqiqəti əks etdirmir. Belə ki, baş verən hadisə qəfil xəstəliklər zamanı meydana gələn tibbi xərcləri ehtiva edir. Hansı ki, ambulator müalicə xərcləridir ki, bu da Səfər Sığorta Qaydalarının 8.3.2-ci bəndində təsbit olunub. Bu da öz növbəsində həmin xərclərin sığorta şirkəti ilə razılaşdırılmasına zərurət olmadığını, habelə sığorta təminatına daxil olduğunu təsdiq edir.
Səbail Rayon Məhkəməsi sığorta şirkətini qeyd edilən dəlillərini əsaslı hesab etməyib. “Atəşgah Sığorta”nın ödənişin verilməsindən imtinasını əssasız hesab edən məhkəmə heyəti, sonda yekun qərar verib. Qərara əsasən, sığorta təşkilatı Kərimli ailəsinə 1987 manatı ödəməlidir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az