• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sığorta şirkətlərinin özbaşınalığı: – bu avtomobilləri sığortalamaqdan niyə imtina edirlər?

Ölkə

26-12-2022, 13:09

İqtisadçı Nazim Bəydəmirli bildirib ki, sığorta şirkətləri son dövrlər mühərrikinin həcmi 2 min kv.sm-dən aşağı olan minik avtomobillərini sığorta etməkdən imtina edir. Sitat : “Bir müddətdir ki, kiçik mühərrikli avtomobillərin icbari sığortası problemə çevrilib. Sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta agentlərinə tapşırılıb ki, mühərrik həcmi iki min kub santimetrə (2.0 mator) qədər olan avtomobillərə icbari sığorta muqaviləsi yazılmasın. Bu tələbə əməl etməyən agentlər isə sığorta şirkətləri tərəfindən problem yasayırlar. İmtina halları daha çox kiçik mühərrikli avtomobilləri əhatə etdiyindən bu avtomobillərin icbari sığortası üzrə agentlərə komissiya da verilmir, digər tərəfdən, əksər sığorta şirkətləri onlayn qaydada bu avtomobillərin icbari sığortasını bloklayıblar.

Əslində vəziyyət necədir, sığorta şirkətlərinin kiçik mühərrikli və köhnə istehsal tarixli avtomobillərin sığortalamadığına dair iddialar əsaslıdırmı?
Faktyoxla Lab. bu yöndə araşdırma aparıb.

Son dövrlərdə sosial mediada və bir sıra KİV-lərdə sığorta bazarında avtomobillərin icbari sığortası üzrə bəzi marka və kiçik mühərrikli avtomobillərin sığorta şirkətləri tərəfindən sığortadan imtina edilməsinə dair çoxsaylı şikayətlər həqiqətən təsdiqləyir ki, vətəndaşların bu mövzuda narazılıqları haqlıdır. Belə ki, avtomobil sahiblərinin şikayətlərdindən də görmək mümkündür ki, kiçik mühərrikli avtomobillərin icbari sığortası son 2-3 ildə müşkül məsələyə çevrilib. Sığorta şirkətləri müxtəlif bəhanələrlə qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edir.

Sığorta şirkətləri bu prosesdə sığorta xidmətlərini göstərən vasitəçi orqanı – sığorta agentlərini qabağa verərək sanki məsuliyyəti onların üzərinə qoymaq istəyir. Qeyd edək ki, sığorta şirkətləri həm işçi sayının məhdud olması, həm də iş mexanizminin əsas etibarilə kabinet şəraitində qurulmasına görə, onların sığorta xidmətlərini sığorta agentləri və brokerlər görür. Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Agentlərlə bağlanmış xidməti müqaviləyə əsasən, sığorta gəlirlərinin təxminən 15 faizi agent şirkətlərə çatır. Ona görə də, icbari sığorta ilə bağlı əsas işlər agentlərin üzərinə düşür. Mənbə: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu,, maddə 82.2 və maddə 83.1)

Sığorta şirkətləri sığorta agentlərinə səlahiyyətlər verib ki, mühərrik həcmi iki min kub santimetrə (2.0 l. mühərrik) qədər olan avtomobillərə icbari sığorta polisi yazılmasın. Sığorta şirkətlərinin bu tələbinə əməl etməyən agentlər isə cəzalandırılır. Ona görə də agentlər sığortaçılardan asılı olduğundan və yeganə gəlir mənbəyi sığorta şirkətlərinin verdiyi sığorta komissiyasından formalaşdığından öz maddi vəziyyətini düşünərək verilən tapşırığı qeyd-şərtsiz yerinə yetirməyə məcbur olur.

Məsələ ondadır ki, 2022-ci ilin ortalarında sığorta şirkətlərinin maliyyə imkanlarının yaxşılaşmasına xidmət edən yeni sığorta mexanizmlərinin tətbiqindən sonra vəziyyət yenə dəyişməyib. Belə ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən, 2022-ci ilin oktyabr ayından sığorta rüsumu əvvəlkindən fərqli əmsallar üzrə hesablanaraq müəyyən edilir. Əvvəllər icbari sığorta rüsumu mühərrikin həcminə görə müəyyənləşirdisə, (əvvəllər mühərrikin həcmi 1500 kub.sm-dək olan avtomobillərin sığorta haqqı 50 manat, 2000 kub.sm-dək olan avtomobillərdə isə 75 manat idi)

yeni qaydaların tətbiqindən sonra baza məbləği 50 manat saxlanılmaqla, eyni zamanda, avtomobilin növü, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin Bakıda və ya regionda sürülməsi, hətta avtomobilin istehsal müddəti, eləcə də Bonus-Malus balları da nəzərə alınmaqdadır.

Yeni mexanizmə əsasən, avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqca, sığorta haqqı da artır. Məsələn 1 ilədək təcrübəsi olan sürücülər üçün sığorta haqqı 1,35 əmsalına vurulur, 2-5 il təcrübəsi olanlar üün əmsal 1,2-1,3-dür. Ən aşağı əmsal 10 il və daha artıq təcrübəsi olanlar üçündür. Həmçinin, sığorta haqqı hesablanan zaman Bakı, Abşeron və regionlar üzrə fərqlər də nəzərdə tutulub. Paytaxtda sürülən avtomobillər üçün sığorta haqqıı hesablananda məbləğ 1,1 əmsalına vurulur, Sumqayıt və Abşeron rayonunda bu əmsal 1,05, Naxçıvan və Gəncədə 1, digər şəhər və rayonlarda isə 0,95 müəyyən edilib.

Beləliklə, icbari sığorta haqqı bu meyarlar hesablanmaqla 50-100 manat arasında dəyişir. (Mənbə: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”)

Göründüyü kimi sığorta qanunvericliyinə edilmiş bu dəyişikliklərə, yəni dolayısı ilə sığorta haqlarının artırılmasını təmin edən yeni qaydalarrın tətbiqinə baxmayaraq, sığorta şirkətləri yenə də ayrı-seçkilik edərək kiçik mühərrikli və köhnə istehsal tarixli avtomobillərin sığortasından imtina edir. Sığortasına qadağa qoyulmuş avtomobil markaları əsasən “Azsamand”, “Khazar”, “Gentra”, “Damas”, “Fiat/Albea”, “Kia/Forte”, “Ravon”, “Renault” (Megane, Tondar), “Saipa”, “Zaz”, “Gelly”, “Baic”, “Dong Feng”, “Tofaş”, “Changan”, “Toyota Prius”, “Chevrolet Cruze”, “Ford Fusion”, “Kia Rio” (istehsal tarixi 2016-dan aşağı olanlar), “Opel Astra”, “Lifan, “Baic”, “Opel Vectra”, “Daewoo” (Nexia və Gentra), “İran Khodro”, “Lada” (Vesta, Granta, Largus, Xray istisna olmaqla), həmçinin 2001-ci il istehsla tarixi olan 3-cü seriya BMW, istehsal ili 2001-ci ildən aşağı olan “Mercedes Benz”dir. Ən çox qadağalar “Toyota Prius” markalarıdır. (istinad)

Yeni güzəşt və imkanlara baxmayaraq, sığorta şirkətləri niyə kiçik mühərrikli avtomobilləri sığortalamaqdan imtina edir?

Sığorta şirkətlərinin irəli sürdüyü əsas arqument budur ki, kiçik mühərrikli nəqliyyat vasitələrinin böyük əksəriyyəti istismara yararsızdır, daha çox qəza risklərinə malikdir. Ən əsası isə həmin markalı avtomobillərin böyük əksəriyyəti daha çox ya icarəyə verilir, ya da taksi fəaliyyəti üçün istifadə edilir. Nəticədə bu maşınlar potensial qəza mənbəyi hesab olunur. Xüsusilə də “Toyota Prius”, “Kio Rio”, “Ravon” və s. markalı nəqliyyat vasitələri xüsusi risk qrupunda yer alır. İddiaya görə, həmin maşınları idarə edən sürücülər maşının təmir və saxlanmasına, ehtiyat hissələrinin vaxtında dəyişdirilməsinə, avtomobilin fiziki görkəminə və s. amillərə diqqət yetirmirlər. Bu səbəbdən həmin markalı avtomobillər “qara siyahıya” salınaraq sığortalanmır.

Ancaq bu arqumentlər əsaslı hesab edilə bilməz, çünki sığorta şirkətlərinin qeyd etdiyi həmin avtomobilllərin hamısı taksi fəaliyyətinə cəlb edilməyib. Bu gün on minlərlə kiçik mühərrikli avtomobil vardır ki, vətəndaşların şəxsi istifadəsinə xidmət edir, avtomil sahibləri vaxtaşırı maşınını təmir etdirir, ehtiyat hissələrini dəyişdirir, daim istismarına nəzarət edir.

Həmin avtomobillər hər il Dövlət Yol Polisinin Müayinə məntəqəsində texniki baxışdan keçirilir və DYP bu avtomobillərə istismara yararlı olması barədə sənəd verir. Həmin sənəd sığorta şirkətlərinin istismara yararsızlıq barədə iddialarının əsassız olduğunu təsdiqləyir.

Sığorta şirkətlərinin başqa bir arqumenti isə odur ki, son illərdə sığorta yığımları sığorta xərclərinin tam qarşılmağa kifayət etmir, illik gəlirlər sığorta və qəza hadisəsinə çəkilən xərcləri ödədikdən sonra onların sair məsrəflərinə, öz kapital portfelini artırmağa, əlavə sığorta məhsulları və yeni çeşidli xidmətlər təklif etməyə imkan vermir. Başqa sözlə, sığorta rüsum və yığımlarından əldə etdikləri pulları qənaətbəxş deyil.

Ortaya başqa bir sual çıxır, sığorta şirkətlərinin gəlirlərinin az olması barədə iddiaları doğrudurmu, bu, sığortadan imtina etmək üçün bəhanədirmi?

2021-ci ilin və 2022-ci ilin birinci yarısının sığorta bazarı üzrə göstəriciləri şirkətlərin iddialarının əsassız olmasını təsdiq edir. Son bir ildə sığorta bazarında xidmət göstərən 20 şirkətin hamısının gəlirləri ötən ilə nisbətən 2 dəfəyə yaxın artıb. Sığorta bazarına nəzarət edən qurum – Mərkəzi bankın Baş direktoru Ziya Əliyev bildirib ki, 2022-ci ilin ötən 11 ayı ərzində sığorta yığımlarının həcmi 850 milyona çatıb. Sığorta bazarı hər ay 100-110 milyon manat həcmində böyüyür, sığorta haqlarının həcminin ilin sonuna qədər 1 milyard manata çatacağı gözlənilir. Məsələ ondadır ki, sığorta şirkətləri hər il icbari sığorta haqlarını da qaldırıb. Məsələn, son 5 il ərzində orta templə hər il sığorta haqqlarının həcmi 15-18 % artır. istinad
Beləliklə, sığorta şirkətləri böyük həcmdə mənfəətə və maliyyə portfelinə malikdir, onların avtomobillərin icbari sığortasından yığımlarının sığorta xərclərini qarşılmadığı barədə iddialarının heç bir əsası yoxdur. Bu iddia sığortadan imtina etmək üçün sadəcə bir bəhanədir.

Qanun nə deyir, sığorta şirkətləri üçün hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?

Azərbaycanda sığorta qanunvericliyinə əsasən, avtomobillərin icbari sığortası buraxılış ilindən asılı olmayaraq, bütün avtonəqliyyat vasitələrinin eyni qaydada sığortasını nəzərdə tutur.

“Sığorta fəaliyyəti haqqında” Qanunun 3.4-cü maddəsində qeyd edilir ki, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı şirkətlər müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. mənbə

Həmçinin, “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. mənbə

Göründüyü kimi qanunlar avtomobillərin mühərrik və markasından asılı olmayaraq bütün növ nəqliyyat vasitələrinin qeyd-şərtsiz sığorta etdirmək üçün müraciət edən şəxslərin icbari sığorta müqaviləsi barədə müraciətindən heç bir sığorta şirkəti imtina edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 907.2-ci maddəsinə əsasən, (“İcbari sığorta müqaviləsinin məcburiliyi”) icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. mənbə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, sığortaçı şirkət sığorta üçün müraciət edən şəxslə müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina etdiyi halda onun barəsində məsuliyyət tədbirləri nəzərdə tutulur. (Mənbə: Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması)

Ən ciddi və ağır məsuliyyət tədbiri isə sığortadan imtinaya görə, sığorta şirkətinin fəaliyyətinin dayandırılmasıdır. Sığorta bazarının tənzimlənməsində əsas funksional dövlət qurumu olan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə sığorta qanunvericliyinin tələblərini pozan sığortaçının lisenziyasının ləğvi nəzərdə tutulub.

Çıxış yolu nədir?

Mövcud vəziyyətdən tənzimləyici orqan – Mərkəzi Bank (MB) da xəbərdardır. MB-nın baş direktoru Ziya Əliyev bildirir ki, avtomobil sahibi özünün mülki məsuliyyətini sığortalamaq üçün sığortaçıya müraciət edirsə, sığortaçının ondan imtina etmək hüququ yoxdur və sığorta etmək onun qanunla vəzifəsidir. Bundan imtina qanunsuzdur. Bununla bağlı Mərkəzi Bank bir neçə dəfə mətbuat vasitəsilə məlumat yayıb. Hər hansı bir sığortaçı belə bir hala yol verdikdə, bununla bağlı Mərkəzi Banka müraciət edilməlidir.

Mərkəzi Bank sığorta bazarında yaşanan bu cür halların aradan qaldırılması üşün çıxış yolu da irəli sürür. Təklif olunur ki, xarici təcrübədə olduğu kimi taksi xidmətində istifadə olunan avtomobillər üzrə sığorta haqqı və sığortalanma başqa qaydada müəyyənləşsin və ödəniş mexanizmi digərlərindən fərqləndirilsin. Taksi fəaliyyəti xüsusi risk faktoruna aid olduğundan onların sığorta haqqının artırılması məqsəduyğun hesab edilir. Bu məqsədlə taksilərin reyestrinin yaradılması və reyestrdə toplanan informasiya bazasının İcbari Sığorta Bürosuna inteqrasiyası təklif olunur. MB bu yolla taksi xidməti fəaliyyəti göstərən avtomobillərin sığortasının tam həllini tapacağına ümid edir. istinad

Bütün bunlar təkliflərdir, reallıq isə budur ki, sığorta şirkətləri ənənəvi qadağalardan geri çəkilməyərək hələ də avtomobillərin sığortasında öz daxili prinsiplərindən çıxış edir.

Nəticə:

Sığorta şirkətləri böyük həcmdə mənfəətə və maliyyə portfelinə malikdir, onların avtomobillərin icbari sığortasından yığımlarının sığorta xərclərini qarşılmadığı barədə iddialarının heç bir əsası yoxdur.

Qanunlar avtomobillərin mühərrik və markasından asılı olmayaraq bütün növ nəqliyyat vasitələrinin qeyd-şərtsiz sığorta etdirmək üçün müraciət edən şəxslərin icbari sığorta müqaviləsi barədə müraciətindən heç bir sığorta şirkəti imtinasının mümkünsüz olduğunu deyir.

İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı şirkətlər müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.

Sığortaçıların əksər iddiaları sığortadan imtina etmək üçün sadəcə bir bəhanədir.


bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-07-2022, 20:43

Sürücülərə xoş xəbər: Noyabrın 1-dən etibarən... - VİDEO

İqtisadiyyat

18-03-2023, 23:56

"PAŞA Sığorta" “Kompakt” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edib

İqtisadiyyat

12-08-2022, 11:21

Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 41 %-dək artıb

Cəmiyyət / Video

30-06-2022, 17:52

“Melissa Group”un ‘Azadlıq’ layihəsində DƏHŞƏT - VİDEO

İqtisadiyyat

8-08-2022, 22:00

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası niyə kütləvi hal almır?

İqtisadiyyat

19-07-2022, 11:16

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 21% artıb

Cəmiyyət

30-07-2022, 14:00

DYP-nin zərərçəkmiş kimi tanıdığı şəxsə niyə sığorta pulu verilmir

Cəmiyyət

27-01-2023, 21:21

Fərid Şərifov: Paşa Holdinq hər zaman savadlı gəncliyə yüksək diqqət və dəyər verir

İqtisadiyyat

27-01-2023, 18:37

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın Azərbaycan Sığortaçılar Assosiasiyası ilə ictimai müzakirəsi keçirilib - FOTO

Siyasət

22-08-2022, 16:36

Əli Əsədov Qırğız Respublikasının Baş nazirinə başsağlığı verdi

Siyasət

19-08-2022, 18:44

Ali Baş Komandan TƏSDİQLƏDİ - hərbçilərlə bağlı

Sosial

29-12-2022, 18:41

Pensiya amnistiyası ilə bağlı YENİ QƏRAR

Araşdırma
Naxçıvanda pensiya “təqvimi” manipulyasiyası – Ödənişlər vaxtında verilmir, rəsmi açıqlamalar ağ yalandır
Zalxa Osmanovanın rəhbərlik etdiyi Suraxanı Doğum Evində “təmirdən” gəlirə uzanan yol – Şikayətlər artır, TƏBİB isə susur
“Lazeroloq Nisa” Azərbaycan xalqını alçaldan ifadələr səsləndirdi - "TikTok" artıq söyüş poliqonuna çevrilib?
Sələm oyunu ilə əllərindən alınan evlərini geri ala bilmirlər, "70 yaşlı qadının acı harayı"
Adnan Əhmədzadə və “kabus neft quyuları”: Fırıldaqçılıqdan milyaderliyə gedən yol!
Məktəb yox, bazar: "211 nömrəli məktəbdə fond pulu, imtahan rüşvəti və bahalı maşınlar"
Hadisə
Dünən, 08:57
Kürdəmirdə ailə münaqişəsi qanla bitib
13-10-2025, 08:50
Azərbaycanda 16 yaşlı qız ana oldu
11-10-2025, 12:27
"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...
11-10-2025, 12:02
Masallıda narkotikləri evakuatorla daşımağa çalışan şəxslər həbs olunub
11-10-2025, 10:18
Bakı metrosunda ölüm
10-10-2025, 20:43
Masallıda qazi intiharı: Ailədaxili şantaj faciəyə səbəb olub?
Xəbər lenti
  • Bu gün, 10:30
    Azərbaycanın beynəlxalq dərəcəli hakimləri təyinat alıblar
  • Bu gün, 10:00
    Ekvadorda ticarət mərkəzinin yaxınlığında partlayış baş verib, ölənlər və yaralananlar var
  • Bu gün, 09:30
    Durov fransızlara məxfilik hüquqlarını itirmə təhlükəsi barədə xəbərdarlıq edib
  • Bu gün, 09:22
    Qoxubilmə hissinin itməsi nəyin xəbərçisidir?
  • Bu gün, 09:21
    Ramiz Mehdiyev ev dustaqlığında – Qanun nələrə icazə verir, nələri qadağan edir?
  • Bu gün, 09:18
    Övladları ali məktəblərdə təhsil almış Azərbaycanın tanınmış simalar - FOTOLAR
  • Bu gün, 09:00
    DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutub
  • Bu gün, 08:30
    KİV: Yaponiyada yeni baş nazirin seçilməsi üçün keçiriləcək səsvermə ertələnə bilər
  • Bu gün, 08:00
    Ramiz Mehdiyev həbs olundu – Sabiq PA rəhbəri barəsində cinayət işi başlandı
  • Bu gün, 06:11
    İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
  • Dünən, 19:01
    Prezident Misirə səfəri ilə bağlı paylaşım etdi - Video
  • Dünən, 18:48
    AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
  • Dünən, 18:40
    Zelenski onların vətəndaşlığını ləğv etdi
  • Dünən, 18:28
    Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı
  • Dünən, 18:16
    Odessanın meri Ukrayna vətəndaşlığından çıxarıldı
  • Dünən, 17:34
    İsrail fələstinlilərin meyitlərini təhvil verib
  • Dünən, 17:20
    Zakir Qaralov “Akkordu“ dirçəldir? - 15 milyonluq borc sıfırlandı
  • Dünən, 17:09
    Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib
  • Dünən, 17:00
    Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib
  • Dünən, 16:44
    Bahar Muradova Gədəbəydə vətəndaşları qəbul edəcək
  • Dünən, 16:33
    Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
  • Dünən, 15:52
    Azərbaycan əhalisinin sayı açıqlanıb
  • Dünən, 15:42
    Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR
  • Dünən, 15:16
    Rəşt-Astara dəmiryolu layihəsinin tikintisi gələn ildən başlanılacaq
  • Dünən, 14:34
    Bakıda taksilərlə bağlı YENİ QADAĞA - Hökumət qərar verdi
  • Dünən, 13:25
    Rövnəq Abdullayevin "görünməz əli" Anar Əlizadə haqqında...
  • Dünən, 13:02
    Minsk Qrupu bu tarixdə tam BAĞLANIR
  • Dünən, 12:54
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR
  • Dünən, 12:27
    Sabahın havası
  • Dünən, 11:47
    Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb
  • Dünən, 11:33
    Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbdə qanunsuzluq...
  • Dünən, 10:41
    İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:30
    Səbaildə qanunsuz tikinti…— İcra “təcili tik” əmri verdi - FOTOLAR
  • Dünən, 10:11
    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • Dünən, 09:53
    Sədərək ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəylinin mühafizəçiləri rəsmi şəxsləri döyüb, qovdular-Video
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə