• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Məktəblərin, məktəblilərin təhlükəsizliyi - tələb olunan yeni yanaşma

Gündəm / Siyasət

Bu gün, 18:00

Bu günlərdə Keniya məhkəməsi xristian dininin təbliğatçısı sayılan Pol Makkenzi və onun 28 əlaltısı 190 uşağın ölümündə təqsirli biliniblər. Onlar "Beynəlxalq xoş xəbər kilsə" sektasının üzvləri olublar. Bu cinayət işi üzrə hökmün noyabrın 6-da elan ediləcəyi gözlənilir.

Makkenzi 2003-cü ildə bu sektanı qurub. O, ardıcıllarını "İsa ilə görüşmək" üçün aclıqdan ölməyə təhrik edirmiş. Sektanın mərkəzi Hind okeanı sahilindəki Malindi kurortu yaxınlığında Şakahola meşəsində yerləşirmiş. Həmin ərazidə Makkenzi ardıcılları üçün ekstremal aclıq sistemi yaradıbmış. Orada "strukturlaşdırılmış ölüm iyerarxiyası"ndan bəhs edirmiş. Əvvəlcə uşaqlar, sonra yeniyetmələr, qadınlar və yalnız sonda kişilər ölməli imiş. Bəzi hallarda uşaqlar valideynlərinin gözü qarşısında yeməkdən məhrum edilirmiş.

Təbliğatçı 2023-cü ilin aprelində hüquq müdafiəçilərinin şikayətlərindən sonra həbs edilib. Keniya mediası bu işi "Şakahola meşəsində qırğın" adlandırıb. Sektanın bəzi üzvlərini xilas etmək mümkün olub. Meşədə çoxsaylı kütləvi məzarlıqlar tapılıb. Ekspertizanın nəticələrinə görə, uşaqlar əsasən aclıqdan, bir sıra hallarda isə asfiksiya, boyun sıxılması və kəllə-beyin travmalarından ölüblər. Sektanın qurbanlarının ümumi sayının 400 nəfəri keçəcəyi ehtimal olunur.

Bu hadisə, istər-istəməz, Kanadada kilsədə hindu uşaqların işgəncələrə məruz qalmaları və qətlinə dair məlumatları yada salır. Yerli hindu qəbilələrin uşaqları XIX–XX əsrlərdə dövlət internat-məktəbləri sisteminə ("Residential Schools") cəlb edilirdi. Bu internatların əksəriyyəti Katolik Kilsəsi tərəfindən idarə olunurdu. Bu tədris müəssisələri dövlət tərəfindən namliyyələşdirilirdi. Sistemin qurbanları yalnız yerli hindular, inuitlər (eskimoslar) və metislərin uşaqları olurdu. Onlar sərt assimilyasiya məqsədilə ailələrindən zorla alınırdı. Bununla uşaqlarda hinduluq kimliyini öldürmək məqsədilə dindən istifadə edilirdi. Bu, Kanadada rəsmi olaraq mədəni genosid kimi tanınıb.

2021-ci ildə georadarların köməyi ilə keçmiş internatların ərazilərində yetkinlik yaşına çatmayanların qalıqları olan yüzlərlə adsız dəfn yeri aşkar edilib. Araşdırmalara əsasan, sistemin mövcud olduğu müddət ərzində internatlarda altı mindən çox uşaq həyatını itirmiş sayılır.

Təxminən 100 il əvvəl Kanadada milli assimilyasiya məqsədilə dindən alət olaraq istifadə edilib. Həmin hadisələrdən bir əsr sonra bənzər hadisə Afrikada, Keniyada baş verib.

Hər iki hadisə dindən heç də insanların kamilləşməsi üçün istifadə edildiyini göstərmir. Bu kimi hallarda din siyasətin aləti rolunda çıxış edir. Odur ki, dinin uşaqlar, məktəblilər arasında yayılmasında da bu hədəf əsas sayılır. Nəticədə belə uşaq və ya məktəblilərdən gələcəkdə dinlə bağlı aksiyalarda, tədbirlərdə, siyasi oyunlarda istifadə olunur.

Din insanların tapındığı, mənəvi dəyərləri özündə əks etdirən başlıca mənbə sayılır. Maddi, mənəvi, ruhani və başqa sahələr üzrə problemlərə yanaşmada onun rolu olsa da, təəssüf ki, bu imkanlardan bir sıra dövlətlər, qruplar, qurumlar və şəxslər öz mənafelərini, iddia və hikkələrini həyata keçirirlər.

Bəzi hallarda ölkələr, dini-siyasi-ideoloji cərəyanlar, qruplar və başqaları məktəbləri əsas hədəf kimi seçirlər. Onlar məktəblilərə bütün hallarda potensial sosial kadr bazası olaraq baxırlar. Bu məqsədlə daim məktəblərə, dərsliklərə müdaxilələr edilir.

Ona görə də cəmiyyətlərdə bu istiqamətdə daim mübahisə baş verir.

Uşaqlar saf olduğundan onlarda rəy formalaşdırmaq asan olur. Bir sıra konfessiyalarda və ya ənənəvi dini baxışlarda fiziki təsir bəzən dini və ya patriarxal əxlaqla əsaslandırılır. Günah hissinin aşılanması, "cəhənnəm əzabı" qorxusu, tənqidi düşüncənin boğulması, dünyəvi cəmiyyətdən və ya yaşıdlardan təcrid edilmə, zorakılıq birbaşa qınanır. Lakin bu hallar bəzən uşaqlara qarşı zorakılıq və təcavüz faktı ilə nəticələnir. Müxtəlif dinlərə məxsus tədris mərkəzlərində bu istiqamətdə baş vermiş cinayətlərə dair çoxsaylı faktlar mövcuddur.

Uşaqlar bu kimi zorakılıqları, amansız rəftarları gizlədirlər

Dini mərkəzlər, yaxud məktəblərdə yetkinlik yaşına çatmayanların dünyagörüşünə sistemsiz, qanunsuz müdaxilə sonradan cəmiyyətdə təhlükəsizlik baxımından ciddi problemlər yaradır, ziyanlı tendensiyaya səbəb olur.

Müasir dövrdə məktəblilərin, o cümlədən yeniyetmələrin düşüncəsinə, təlim-tərbiyəsinə təsir göstərən başlıca amillərdən biri də sosial şəbəkədir. Bu virtual məkanda müxtəlif platformaların yaydığı materiallar onların düşüncəsinə, hətta davranışına belə müsbət və mənfi mənada təsir göstərir. Onların sosial şəbəkədən istifadəsinə nəzarət etməkdə çətinliklər var. Ona görə də bu informasiya vasitəsi yeni nəslin formalaşmasında aparıcı rollardan birini oynayır.

Bu istiqamət məktəblilərin bütün istiqamətlərdə düşüncəsinə, davranışına təsir etmək gücünə malikdir. Sosial şəbəkə məktəblərdə, evlərdə, cəmiyyətdə gizli yan təsir mənbəyidir. Məktəblərdə baş verən, yaxud baş vermiş cinayət hadisələrin, neqativ halların yönləndiricisi bu fəza aləmi, ünvanlı efirlərdir.

Onun yan tasirlərindən hələ ki xilas olmaq mümkün deyil. Ona görə də sosial şəbəkədəki zərərli informasiya və materiallardan məktəblilərin, yeniyetmələrin qorunması zərurəti yaranıb.

Bu baxımdan, məktəblərə, təhsil ocaqlarına adi tədris müəssisəsi kimi yanaşmaq müasir dövrün ən böyük yanlışlıqlarından sayılır.

Bəzi hallarda uşaqların müxtəlif dini cərəyanların təsiri altına düşməsində valideynlər əsas rol oynayır. Onlar dindən xəbərsiz yetkinlik yaşına çatmayan övladını özlərinin dini ehkamlarına tabe olmağa məcbur edirlər. Bu da uşaqlarda psixoloji zərbələrlə nəticələnir.

Müxtəlif dini cərəyanların təmsilçilərinin terror törətməsində, yaxud belə qruplaşmalara qoşulmada uşaqlıqdan qalma dini natamamlıq kompleksinin də rolu olduğu istisna edilmir. Bu baxımdan, məktəblərin dinlə bağlı yan təsirlərdən qorunması dövlətin və yetişməkdə olan nəslin təhlükəsizliyi üçün vacib amillərdəndir.

Dövlətlərin və cəmiyyətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, uşaqların yuxarıda qeyd etdiyimiz istiqamət üzrə təsir dairəsinə düşməsi və onların qurbanı olması hallarına rast gəlinir. Bu istiqamətdə valideynlərin laqeydliyi də rol oynayır. Odur ki, ailə, məktəb və asayiş keşikçilərinin əməkdaşlığına ehtiyac yaranır. Məktəbin və məktəblilərin təhlükəsizliyi həm də ictimaiyyətin, vətəndaş cəmiyyətlərinin bu istiqamətdə fəallığına bağlıdır.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

25-12-2025, 18:26

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI

Gündəm / Cəmiyyət

13-08-2026, 12:28

Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

10-10-2026, 11:16

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Gündəm / Siyasət

13-05-2024, 14:01

Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Gündəm / Cəmiyyət

30-06-2026, 12:40

Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Cəmiyyət

1-11-2025, 15:09

Ana hüquqları və uşaq təhsili: Bir məhkəmə çəkişməsinin acı gerçəkləri

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Cəmiyyət

1-02-2025, 16:00

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Dünən, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Dünən, 12:27
Xəzər dənizində zəlzələ olub
Dünən, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
Xəbər lenti
  • Bu gün, 18:30
    Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
  • Bu gün, 18:00
    Məktəblərin, məktəblilərin təhlükəsizliyi - tələb olunan yeni yanaşma
  • Bu gün, 17:30
    Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
  • Bu gün, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Bu gün, 16:30
    Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
  • Bu gün, 16:30
    "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  • Bu gün, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • Bu gün, 15:21
    Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
  • Bu gün, 14:40
    Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
  • Bu gün, 14:36
    "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
  • Bu gün, 14:24
    Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
  • Bu gün, 13:17
    "Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
  • Bu gün, 13:09
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 12:15
    Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
  • Bu gün, 12:02
    Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
  • Bu gün, 11:32
    Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsi genişləndirilir
  • Bu gün, 11:08
    Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
  • Bu gün, 10:50
    Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
  • Bu gün, 10:31
    Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
  • Bu gün, 09:58
    Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
  • Bu gün, 09:33
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • Bu gün, 09:20
    Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
  • Bu gün, 09:05
    Bakının Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 20:59
    Zaqatalada təhsil nəzarətsiz qalıb? – Məktəbi məlum sexdə keçirilir...
  • Dünən, 19:00
    Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
  • Dünən, 18:40
    Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
  • Dünən, 18:20
    Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
  • Dünən, 18:15
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • Dünən, 18:09
    Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
  • Dünən, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • Dünən, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • Dünən, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • Dünən, 16:21
    Suriya internet infrastrukturunu yeniləmək üçün Cənubi Koreya ilə əməkdaşlığa hazırlaşır
  • Dünən, 16:18
    Şövkət Ələkbərova sənətinin Nəcat Əs-Sağirə və Vərdə Əl-Cəzairiyyə ilə paralelləri
  • Dünən, 16:14
    Masam layihəsi Yəməndə yarım milyon kvadratmetrdən çox ərazini təhlükəsizləşdirib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə