Sizin reklam burada 728×90
Son dəqiqə

Deputatın şirkəti DÖVLƏTƏ MƏHƏL QOYMUR - BU DA FAKT...

13.11.2026 18:19 40 1 dəq oxunur
Deputatın şirkəti DÖVLƏTƏ MƏHƏL QOYMUR - BU DA FAKT...
Quba şəhərinin 30–32-ci məhəlləsində yerləşən ərazidə qanunsuz obyekt tikilir. Tikinti işləri barədə nə hər hansı bir dövlət qurumunun rəsmi icazəsi var, nə də məlumatı. Vüqar Paşayev adlı şəxsin direktoru olduğu “Saving İnşaat” MMC tərəfindən həyata keçirilən bu ərazidə aparılan qanunsuz tikinti işlərinin dayandırılması ilə bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 19 mart 2026-cı il tarixində rəsmi qərar qəbul edilsə də, şirkət FHN-in bu qərarına baxmayaraq inşaat işlərini davam etdirir.

​Qanunsuz aparılan tikinti işləri diqqətdən yayınmaq üçün hər gün bir daş qoyulmaqla mərhələli və hiyləgər şəkildə davam etdirilir. Və adətən iş saatlarından sonra, hava qaralanda həyata keçirilir. Rəsmi qurumlar tikintiyə baxış keçirən zaman ustalar və fəhlələr qaçıb gedir. Qaça bilməyən ustalar da ad verməmək üçün tikintini elə-belə, heç kimin sifarişi olmadan maraq üçün etdiyini deyib canlarını qurtarmağa çalışır.

​Qanunsuz tikinti rəsmi olaraq Vüqar Paşayev adlı şəxsin adında olsa da, obyektin Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsus olduğu iddia edilir. Əks halda bir deputat istifadədə olmayan yarımtikilini niyə tez-tez ziyarət etsin ki?

7times.az

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az