• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Praqada və Çexiya parlamentinin kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı aksiya-sərgi təşkil edilib

Dünya

20-01-2023, 17:37

Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sərgi-aksiya keçirilib.

“Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin  təşkilatçılığı ilə baş tutan sərgi-aksiyada 33 il öncə SSRİ-nin hərbi-siyasi rəhbərliyinin yerli və beynəlxalq hüquq normalarını pozan göstərişi ilə sovet qoşun hissələrinin Bakıda dinc sakinlərə qarşı törətdiyi kütləvi qırğını əks etdirən fotomateriallar nümayiş etdirilib.

Həzin Azərbaycan musiqisinin səsləndirilməsi ilə müşayiət olunan sərgi-aksiya şəhər sakinlərinin diqqətini cəlb edib.
Azərbaycan icmasının fəalları sərgi-aksiya ilə maraqlanan şəhər sakinlərinə ölkəmizin müasir tarixinin qanlı, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.

Çexiya parlamentinin kitabxanasında isə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
Çex-Azərbaycan Birliyinin sədri Eldar Vəliyevin təşəbbüsü ilə baş tutan tədbirdə parlament kitabxanasının əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan birlik sədri bildirib ki, 33 il öncə SSRİ hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Bakıda törədilən amansız kütləvi qırğın Azərbaycan tarixinin qanlı, eyni zamanda şanlı və şərəfli səhifələrindən biridir. Xatırladıb ki, başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyinin ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları sürməsinə, soydaşlarımızın Ermənistandan vəhşicəsinə qovulmasına nümayiş etdirdiyi qəbuledilməz, biganə və ədalətsiz münasibət ölkəmizdə azadlıq ideyalarını daha da gücləndirib, əhalini küçə və meydanlarda etiraz mitinqlərinə çıxmağa sövq edib. Sovet hökuməti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda hərbi cinayət törətməklə Azərbaycan xalqının iradəsini sındırmağa çalışıb, amma buna nail ola bilməyib. 20 Yanvar hadisələri həm kommunist rejiminin çöküşünü sürətləndirib, həm də Azərbaycan və digər müttəfiq respublikaların müstəqilliyi əldə etməsinə gətirib çıxarıb.

Nəzərə çatdırılıb ki, qanlı hadisələr zamanı informasiya blokadasında olan Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında dahi şəxsiyyət, xalqımızın ümummillli lideri Heydər Əliyev müstəsna rol oynayıb. Bütün təhlükələrə baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirən Heydər Əliyev öz xalqı ilə həmrəy olduğunu bəyan edib və hərbi cinayətə görə sovet rəhbərliyini qətiyyətlə pisləyib.


Qeyd edilib ki, həmin dövrdə öz fotoları ilə Bakıda baş verən həqiqətləri dünya ictimaiyyətinə çatdıran beynəlxalq media nümayəndələrindən biri də Fransada yaşayan Azərbaycan əsilli fotojurnalist Reza Deqati olub. Müasir Azərbaycan tarixində baş vermiş önəmli hadisələri öz obyektivinin gözü ilə təqdim edən məşhur fotojurnalist Reza Deqatinin yaradıcılığı barədə ətraflı məlumat verilib.

Sonra Reza Deqatinin “The massacre of innocents” (Günahsızların qırğını”) və “Elegance of fire” (“Alovun zərifliyi”) kitabları parlament kitabxanasına təqdim olunub.

Tədbirin sonunda 20 Yanvar faciəsi haqqında sənədli film, Reza Deqatinin həmin hadisələr barədə CNN telekanalına müsahibəsi və telekanal tərəfindən hazırlanmış süjet nümayiş etdirilib.
 
 bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

30-01-2023, 19:54

İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib

Dünya

27-02-2023, 22:14

Britaniya parlamentinin önündə “Xocalıya ədalət!” tələb olunub - FOTO/VİDEO

Dünya

19-01-2023, 19:59

Helsinki Azərbaycan Evində 20 Yanvar şəhidləri anılıb - FOTO

Gündəm / Hərbi

20-01-2023, 17:18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib - FOTOLAR

Gündəm / Dünya

25-02-2023, 23:00

Tbilisidə “Xocalıya ədalət” tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib -FOTO

Siyasət / Dünya

21-01-2023, 19:05

Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib

Dünya / Mədəniyyət

11-03-2023, 21:35

Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilib - FOTO

Dünya

2-03-2023, 20:38

Xocalı soyqırımı həqiqətlərini əks etdirən avtomobil Roma küçələrində hərəkət edib - FOTO

Cəmiyyət

17-01-2023, 21:15

Tariximizin qanlı yaddaşı - 20 Yanvar

Dünya

20-01-2023, 17:34

Texas mediasında 20 Yanvar faciəsindən bəhs edilib

Mədəniyyət

17-03-2023, 21:39

Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Gündəm / Dünya

18-01-2023, 22:35

Rotterdam şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Bu gün, 09:12
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • Dünən, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • Dünən, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • Dünən, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • Dünən, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • Dünən, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
  • Dünən, 17:31
    Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
  • Dünən, 17:04
    Zelenski ABŞ-a "Patriot" müqabilində neft zavodlarına bir aylıq zərbə endirilməməsi üçün şərt qoyub
  • Dünən, 16:43
    ADP-dən Azərbaycan-Rusiya münasibətləri ilə bağlı xəbərdarlıq: Türkiyə ilə strateji müttəfiqlik gücləndirilməlidir
  • Dünən, 16:35
    Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsi
  • Dünən, 16:34
    “Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib FOTOLAR
  • Dünən, 16:31
    Səhiyyə Nazirliyinin institutlarında kütləvi kadr dəyişikliyi - Direktorların kürkünə birə düşüb
  • Dünən, 16:15
    "Vikinq" - "Sabah" matçının hakimləri müəyyənləşib
  • Dünən, 16:13
    Kişilərdə Döş Böyüməsi (Ginekomastiya) əməliyyatı icbari tibbi sığorta ilə mümkündürmü? – ARAŞDIRMA
  • Dünən, 15:35
    Gəncə Texnologiya Universitetinin rektoru səlahiyyətdən necə sui-istifadə edir?
  • Dünən, 15:07
    İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı
  • Dünən, 14:53
    Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək? -Yaşıllığı məhv edilən şəhər
  • Dünən, 14:22
    Sabah Bakıda 23 dərəcə isti olacaq
  • Dünən, 13:20
    Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 13:00
    Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
  • Dünən, 12:43
    Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB... - İLGİNC FAKTLAR...
  • Dünən, 12:01
    İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib
  • Dünən, 11:45
    Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır
  • Dünən, 11:31
    Bakının göbəyində VERGİDƏN YAYINMA... - BU NƏDİ BELƏ...
  • Dünən, 11:07
    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
  • Dünən, 10:42
    FHN-in Baş İdarəsi 10 ayda 1,5 milyon manatlıq 26 ədəd xidməti maşın alıb - ARAŞDIRMA
  • Dünən, 10:20
    Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
  • Dünən, 10:13
    PABEDA restoranı, yoxsa marketinq fəlakəti? - REPLİKA
  • Dünən, 09:23
    Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir
  • Dünən, 09:17
    Sakinlər keçmiş deputatın şirkətindən başçıya ŞİKAYƏT ETDİLƏR
  • Dünən, 09:01
    Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
  • 1-11-2026, 16:00
    İran XİN Britaniyanın MI6 və Hərbi Dəniz Qüvvələrini terrorçu kimi tanıyıb
  • 1-11-2026, 15:00
    Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb
  • 1-11-2026, 14:30
    Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə