• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

UNEC-də “Elm günləri”nə start verilib FOTOLAR

Mədəniyyət / Ölkə

2-04-2026, 12:52

Aprelin 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) hər il ənənəvi olaraq keçirilən “Elm günləri”nə start verilib.

Tədbirdə millət vəkilləri, tanınmış elm adamları, ictimai xadimlər, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, eləcə də universitetin professor-müəllim heyəti və tələbələri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüb, dahi liderin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra UNEC-in on görkəmli professorunun xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə onların universitetin rəssamı tərəfindən çəkilmiş portretlərinə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimi giriş sözü ilə UNEC-in rektoru, professor Ədalət Muradov açaraq ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, martın 27-nin Azərbaycanda Elm Günü olaraq təsis edildiyini diqqətə çatdırıb. O, tarixi Sərəncama əsasən UNEC-də hər il ənənəvi olaraq "Elm günləri"nin keçirildiyini və bu çərçivədə elmi fəaliyyətin müxtəlif istiqamətləri üzrə geniş müzakirələrin təşkil olunduğunu bildirib. Qeyd edib ki, UNEC-də keçirilən “Elm günləri” akademik varisliyin qorunması və elmi irsə ehtiramın ifadəsi kimi mühüm əhəmiyyət daşıyır.

Professor Ədalət Muradov “Elm günləri”ndə universitetdə elmin mövcud vəziyyəti, yeni dövr iqtisad elminin aktual mövzuları, UNEC tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi, elmi jurnalların, konfrans materiallarının beynəlxalq elmi bazalarda indekslənməsi, tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi kimi məsələlərin əsas müzakirə obyekti olduğunu söyləyib. O, universitetdə elm və təhsilin gələcəyinin süni intellektin inkişafı fonunda yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Son illərdə UNEC-də elmi fəaliyyətlə bağlı görülmüş işlər barədə məlumat verən professor Ədalət Muradov bildirib ki, universitetdə elmi araşdırmaların genişləndirilməsi, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Rektor vurğulayıb ki, müasir universitet modelində tədris və tədqiqat arasında balansın bərpası vacibdir və müəllim əməyinin qiymətləndirilməsi sisteminə yenidən baxılmalıdır. O, həmçinin elmi fəaliyyətin maliyyələşdirilməsi, universitet–sənaye əməkdaşlığı və data infrastrukturunun yaradılmasının strateji əhəmiyyət daşıdığını bildirib.

Professor Ədalət Muradov Elm günü münasibətilə Qarabağ Universitetinə şəxsi kitabxanasından 500 ədəd kitab hədiyyə etdiyini söyləyib, həmçinin UNEC-in elektron kitabxanasında Qarabağ Universitetinin müəllim-tələbə heyəti üçün istifadə imkanlarının yaradıldığını diqqətə çatdırılıb.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək tədbir iştirakçılarını AMEA kollektivi adından salamlayıb, UNEC-də keçirilən və Elm gününə həsr olunan tədbirin əhəmiyyətini qeyd edib.

Akademik İsa Həbibbəyli Azərbaycanın orta əsrlərdə Şərq və dünya elminin inkişafında mühüm rol oynadığını söyləyib. Bildirib ki, bu dövrdə ölkə ərazisində fəaliyyət göstərən alimlər fəlsəfə, riyaziyyat, astronomiya, tibb və dilçilik kimi müxtəlif sahələrdə dəyərli elmi əsərlər yaradıb, ümumbəşəri elmi irsin zənginləşməsinə önəmli töhfələr veriblər. Azərbaycanın elmi mühiti Şərq ilə Qərb arasında bilik və ideya mübadiləsinin əsas mərkəzlərindən biri kimi çıxış edib, burada formalaşan elmi yanaşmalar və nəzəriyyələr sonrakı dövrlərdə də elmin inkişafına güclü təsir göstərib.
“Azərbaycan elminin tarixi dərin köklərə söykənir”, – deyən AMEA rəhbəri qeyd edib ki, Azıx mağarasının divarlarına hələ 400 min il əvvəl işarələr yazan insanlar Azərbaycanda biliklərin yaranmasında ilk addımlar atmışlar. Onun sözlərinə görə, VII əsr Azərbaycan və ümumtürk tarixini əks etdirən qədim epos olan “Kitabi- Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqud isə oğuz türklərinin ilk şairi və elm xadimi hesab olunur.
Azərbaycanın dünyada ilk Akademiya quran ölkələrdən biri olduğunu söyləyən akademik İsa Həbibbəyli ölkəmizdə Akademiya tipli ilk elmi qurumun XIII əsrdə görkəmli elm xadimi Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa Rəsədxanası olduğunu diqqətə çatdırıb. Bildirib ki, universal akademik qurum olan Marağa Rəsədxanasında astronomiya ilə yanaşı, riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq və sair kimi elm sahələrinə dair tədqiqatlar aparılıb. Həmçinin XIV əsrdə təsis edilmiş, Rəşidəddinin rəhbərlik etdiyi Təbriz Daruş-Səfa Akademiya şəhərciyi də universal fəaliyyət sahəsinə malik olub, bir çox elmləri və təhsil sahəsini də əhatə edib.

AMEA rəhbəri ölkəmizdə elmin təşkilatlanması işinə XX əsrdə başlanıldığını deyərək, 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasının elmi varisi olduğunu vurğulayıb. Qeyd edib ki, AMEA bir elmi qurum kimi maarifçi missiyasını ardıcıl və uğurla davam etdirir. Bununla yanaşı, XXI əsrin çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal inkişaf, yaşıl transformasiya və elektron xidmətlər kimi istiqamətlər bu gün akademik elmi gündəliyin əsas prioritetlərini təşkil edir. Davamlı yenilənmə mərhələsində olan AMEA müstəqil dövlətimizin aparıcı elmi mərkəzi kimi çoxşaxəli elmi və təşkilati fəaliyyətini genişləndirir, eyni zamanda gələcəyə yönəlmiş inkişaf strategiyaları çərçivəsində mühüm modernləşmə addımları atır.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli sərvət kimi qiymətləndirdiyi Azərbaycan Milli Elmlər Akademiyasında 2025-ci il 3 noyabr tarixində Prezident İlham Əliyevin səsləndirdiyi proqram xarakterli çıxış elmin inkişafında yeni mərhələnin konturlarını müəyyənləşdirib. Çıxışda müasir dövrdə texnoloji tərəqqinin əsas prioritet kimi önə çəkildiyini vurğulayan AMEA rəhbəri elmin gündəliyində Azərbaycanşünaslıqla yanaşı, süni intellekt, rəqəmsallaşdırma, kibertəhlükəsizlik və alternativ enerji mənbələrindən istifadənin mühüm istiqamətlər kimi formalaşdığını diqqətə çatdırıb, bu sahələr üzrə ciddi vəzifələr müəyyən edildiyini bildirib. AMEA rəhbəri bildirib ki, qeyd olunan strateji çağırışlara uyğun olaraq AMEA, həmçinin AR Elm və Təhsil Nazirliyinə tabe olan və digər qurumların tərkibində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri institusional islahatlar həyata keçirir. Bu qurumlar dövlət başçısının müəyyənləşdirdiyi inkişaf xətti əsasında müstəqil Azərbaycan dövləti qarşısında duran elmi və strateji vəzifələrin icrası üçün məqsədyönlü və ardıcıl addımlar atmaqdadırlar.

O, AMEA-nın Qarabağ Universiteti ilə birgə fəaliyyətdən də danışaraq bildirib ki, ötən ilin may ayında Qarabağ Universitetində ilk dəfə olaraq AMEA Rəyasət Heyətinin iclası keçirilib. iclasdan əvvəl Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə Akademiyanın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans təşkil edilib. Bununla yanaşı, Qarabağ Universitetinin kitabxanasına AMEA tərəfindən 1200-dən çox kitab hədiyyə edilib. Akademik İsa Həbibbəyli Elm günü ilə əlaqədar daha 1000 kitabın bu ali məktəbə hədiyyə ediləcəyini diqqətə çatdırıb.

AMEA prezidenti Elm günün ölkənin ən aparıcı və nüfuzlu ali məktəblərindən olan UNEC-də keçirilməsini yuksək qiymətləndirib, iqtisad elminin tarixindən, fəlsəfi mahiyyətindən söz açıb. Akademik İsa Həbibbəyli elmi ictimaiyyətin nümayəndələrini ümumbəşəri bayram hesab olunan Elm günü münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Anar İsgəndərov çıxış edərək son illər dünya üzrə ən nüfuzlu ali təhsil müəssisələrinin yer aldığı beynəlxalq universitet reytinqlərində Azərbaycanın bir neçə universitetinin də təmsil olunduğunu bildirib. O, bu siyahılarda UNEC-in ilk 100-lükdə qərarlaşmasını ölkənin ali təhsil sistemi üçün mühüm nailiyyət kimi qiymətləndirib.

Komitə sədri bu münasibətlə universitetin rəhbərliyini, professor-müəllim heyətini və akademik kollektivini təbrik edib, əldə olunan uğurların ardıcıl islahatların və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu vurğulayıb.

Professor Anar İsgəndərov qeyd edib ki, hazırda ölkədə bütün elm sahələri üzrə mühüm nailiyyətlər əldə olunur və bu prosesdə elmi müəssisələrlə yanaşı, ali təhsil ocaqlarının üzərinə də böyük məsuliyyət düşür, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində sistemli və davamlı fəaliyyət təmin edilir.

O, Elm günü münasibətilə elm və təhsil ictimaiyyətini təbrik edərək, Azərbaycan universitetlərinin, o cümlədən UNEC-in beynəlxalq arenadakı uğurlarının bundan sonra da artacağına əminliyini ifadə edib.

Tədbirdə akademik Əli Abbasov “Süni intellekt dövründə elm və təhsil: transformasiya və səmərəli strategiyalar” mövzusunda məruzə ilə çıxış edərək, elmin müasir inkişaf mərhələsinə yüksəlməsində yeni düşüncə modellərinin və neyron şəbəkələrin tətbiqinin həlledici rol oynadığını vurğulayıb. O, bu texnologiyaların süni intellektin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdiyini söyləyərək, Azərbaycan alimlərinin süni intellektin çoxşaxəli problemlərinin tədqiqinə xüsusi diqqət ayırdıqlarını və bu sahədə ölkəmizdə mühüm elmi nəticələrin əldə olunduğunu bildirib. Qeyd edib ki, xüsusilə neyron şəbəkələrinin inkişafı istiqamətində aparılan araşdırmalar müasir elmi tədqiqatların əsas istiqamətlərindən birinə çevrilib.

Akademik Əli Abbasov beynəlxalq və milli sistemlərin sintezi istiqamətində mühüm addımların atıldığını söyləyib. Onun sözlərinə görə, təhsil sektorunda süni intellekt texnologiyalarının tətbiqi müəllim əməyinin qismən avtomatlaşdırılmasına və tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edir. Alim bu kontekstdə alim ötən il Dubayda Microsoft İnnovasiya Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə şirkətin regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair keçirilmiş görüşlərin əhəmiyyətini xüsusi qeyd edib.
“Rəqəmsal əkiz texnologiyalarının praktik tətbiqinin genişlənməsi və bu sistemlərin real mühitlə daha dərindən inteqrasiyası yaxın gələcəkdə ölkənin rəqəmsal transformasiya proseslərinə əlavə impuls verəcək”, – deyə qeyd edən akademik Əli Abbasov bildirib ki, burada əsas məsələ insanın rəqəmsal əkizinin real şəxsin bilik, davranış və mövqeyini nə dərəcədə dəqiq əks etdirməsi, eyni zamanda bu texnologiyaların etik və hüquqi çərçivədə tənzimlənməsidir. O, ölkəmizdə ilk dəfə olaraq özünün süni intellekt əsaslı rəqəmsal əkizinin yaradıldığını diqqətə çatdırıb.

Böyük dil modelləri əsasında Azərbaycan dili üçün məqsədyönlü, ixtisaslaşmış kiçik dil modellərinin hazırlanmasının vacibliyini vurğulayan məruzəçi, mətnin linqvistik strukturunun süni intellekt tərəfindən düzgün anlaşılması üçün müvafiq infrastrukturun formalaşdırılmasının zəruriliyini qeyd edib.
Ölkə Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına istinad edən akademik Əli Abbasov kibertəhlükəsizlik, süni intellekt və milli dilin qorunması məsələlərinin dövlət səviyyəsində prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Bildirib ki, bu baxımdan Azərbaycanda aparılan tədqiqatlar süni intellekt infrastrukturlarının formalaşmasında mühüm fərqlər yaradır.

Akademik Əli Abbasov əlavə edib ki, 2025-ci il 19 mart tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”, eləcə də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair vahid fəaliyyət planına həsr olunmuş müşavirə bu sahədə strateji yanaşmanın formalaşdığını göstərir. Bununla yanaşı, bu ilin 27 fevral tarixində “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqlənməsi institusional bazanın möhkəmlənməsində mühüm rol oynayacaq.

Daha sonra universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev UNEC-in elmi jurnallarının təqdimatını edib. O, universitetin 2 jurnalının SCOPUS bazasına daxil edildiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin UNEC-in elmmetrik göstəriciləri açıqlanıb, nailiyyətləri yüksək olan əməkdaşlar və struktur bölmələr təltif ediliblər.
Bundan əlavə, universitetin gənc alimi Nərgiz Hacıyevanın Qarabağın işğalı dövründəki iqtisadi fəaliyyətlərə həsr olunmuş, ABŞ-da nəşr olunan SCOPUS indeksli monoqrafiyasının təqdimatı keçirilib.

Sonda tələbələrin elmi fəallığını artırmaq məqsədilə "Scistorm" adlı intellektual yarış təşkil olunub.

Qeyd edək ki, ənənəvi “Elm Günləri” aprelin 3-dək davam edəcək. Aprelin 2-də "Prezident İlham Əliyevin dil siyasəti: Azərbaycan dili milli kimliyin, elmi düşüncənin və müasir inkişafın əsas dayağı kimi" və "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" mövzularında plenar iclaslar keçiriləcək.
Eyni zamanda, "Qərbi Azərbaycan Rəssamları" və "Bir Elin Manifesti" (Qərbi Azərbaycan hekayələri) kitablarının təqdimatı olacaq.
Sonuncu gün isə "UNEC-də Elmmetrik təhlil: Mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda müzakirələr aparılacaq.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Cəmiyyət

10-08-2022, 18:57

Azərbaycan təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

29-09-2022, 16:36

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

1-03-2023, 00:24

YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi - FOTO

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Cəmiyyət / Təhsil

15-08-2023, 11:30

Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Dünən, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
Dünən, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Xəbər lenti
  • Dünən, 19:11
    Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
  • Dünən, 18:54
    Baş Prokurorluq ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirir-FOTO
  • Dünən, 18:25
    Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
  • Dünən, 18:04
    Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı
  • Dünən, 17:43
    MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
  • Dünən, 17:16
    Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
  • Dünən, 16:50
    Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib
  • Dünən, 16:34
    Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır
  • Dünən, 16:24
    "Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb
  • Dünən, 15:48
    “Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı – Foto
  • Dünən, 15:23
    Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:02
    BAĞÇADIR, YOXSA “QARA KASSA”? –Uşaqları pəncərədən qaçıran “pedaqoji möcüzə”!
  • Dünən, 14:23
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Dünən, 12:47
    Sabah yağış yağacaq, güclü külək əsəcək
  • Dünən, 12:41
    İran XİN: Pezeşkianın BMT Baş Assambleyasında iştirakı ilə bağlı hələ qərar yoxdur
  • Dünən, 12:35
    Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 12:28
    Almaniyada Bundsverin ölkə daxilində yerləşdirilməsi təklif olunub
  • Dünən, 12:11
    Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb
  • Dünən, 12:04
    Toylar başlayır - Şadlıq evləri qiymətləri artırıb - VİDEO
  • Dünən, 11:29
    İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib
  • Dünən, 11:20
    Kəmaləddin Qafarovun “tender səltənəti”:“Azəri Med”ə üç ildə 100 milyon manat!
  • Dünən, 10:46
    Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
  • Dünən, 10:33
    “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
  • Dünən, 10:08
    Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq
  • Dünən, 09:59
    "David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
  • Dünən, 09:34
    Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
  • Dünən, 09:20
    Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır –rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
  • Dünən, 08:57
    Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
  • 9-08-2026, 17:00
    Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
  • 9-08-2026, 16:30
    Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
  • 9-08-2026, 15:00
    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
  • 9-08-2026, 14:30
    Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
  • 9-08-2026, 14:00
    Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
  • 9-08-2026, 13:00
    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
  • 9-08-2026, 12:30
    Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə