Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunub ki, müayinələrdən sonra tələbələrdən 35-i ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər tələbələrin müalicəsinin davam etdiyi və səhhətlərinin yaxşı olduğu bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.