Sizin reklam burada 728×90
Son dəqiqə

Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək

17.05.2026 11:30 216 1 dəq oxunur
Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakya işgüzar səfər edəcək.

Bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Ş.Mirziyoyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitində çıxış edəcək.

Forum şəhərlərin dayanıqlı inkişafı, əlçatan mənzillə təminat, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, iqlim sabitliyi və mənzil maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub.

Səfər çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlərin və danışıqların keçirilməsi nəzərdə tutulur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az