Sizin reklam burada 728×90
Son dəqiqə

Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq

22.11.2026 10:30 36 1 dəq oxunur
Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq
Bu gün Misli Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edəcək.

Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

Matçda anşlaqın olması gözlənilir.

Ağdam təmsilçisi dörd oyundur ki, qələbə qazana bilmir. Komanda son üç matçda rəqib qapılarına qol vurmağı bacarmayıb.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv cari mövsüm doğma meydanda keçirdiyi matçlarda olduqca uğurlu qrafik cızıb. "Sarı-göylər" altı ev oyununda üç qələbə qazanıb, iki dəfə heç-heçə edib və cəmi 1 qarşılaşmada uduzub.

Tərəflər arasında son iki görüşdə gəncəlilər qələbəni bayram edib. Komandalar bu günə kimi ölkə çempionatında 64 dəfə qarşılaşıblar. Bu duellərin 16-da "Kəpəz", 36-da "Qarabağ" meydanı qalib tərk edib, 12 oyunda isə qalib müəyyənləşməyib.

Hazırda turnir cədvəlində "köhlən atlar" 19 xalla beşinci, qərb təmsilçisi isə 17 xalla altıncıdır.

Günün digər görüşündə isə "Neftçi" səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da başlayacaq.

"Ağ-qaralar" son 8 oyunda məğlub olmayıb. Naxçıvan kollektivi isə cari mövsüm qələbə üzünə həsrətdir.

Bakı komandası 24 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Bölgə kollektivi isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.

Misli Premyer Liqası

II dövrə

XII tur

22 noyabr

14:30. "Araz-Naxçıvan" – "Neftçi"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev

VAR: Fərid Hacıyev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Şamaxı şəhər stadionu

17:00. "Kəpəz" – "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev

VAR: Əkbər Əhmədov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Gəncə şəhər stadionu.

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" isə "Şəfa"nı (2:0) məğlub edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az