• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Proqnozları alt-üst edən "Qarabağ" – "Dumanlı Albion"da yeni tarix yazmaq fürsəti - ŞƏRH

İdman

31-01-2026, 16:48

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə münasibətləri aydınlaşdıracaq. Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında dünən atılan "kor püşk"ün nəticəsi belədir. "Köhlən atlar" qitənin ən nüfuzlu klub turnirinin 1/8 finalına adlamaq üçün İngiltərənin ən köklü klublarından birini yolundan kənarlaşdırmalıdır.

Artıq tərəflər arasında keçiriləcək qarşılaşmaların başlama tarixi və saatları da bəllidir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk görüşünə fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan çempionunun potensial rəqiblərindən digəri PSJ idi. Təkcə Fransanın yox, dünya futbolunun top-komandalarından biri. Bir vacib nüansı nəzərə alaq ki, Paris təmsilçisi UEFA Çempionlar Liqasının son qalibidir. Ümumiyyətlə, ispaniyalı mütəxəssis Luis Enrikenin rəhbərlik etdiyi kollektiv 2025-ci ildə, demək olar ki, bütün mümkün titulları qazanıb. Komanda heyətinə və sərgilədiyi oyun tərzinə görə də öncüllərdəndir. Bu baxımdan "Qarabağ"ın pley-offda PSJ-yə yox, məhz "Nyukasl"a rəqib olması püşkün Ağdam klubunun üzünə gülməsi kimi dəyərləndirilməlidir.

Proqnozları alt-üst edən "Qarabağ" – "Dumanlı Albion"da yeni tarix yazmaq fürsəti - ŞƏRH

Zarafat deyil, 13 dəfə Fransa çempionu olan, bunların 11-ni son 13 ildə qazanan PSJ-dən fərqli olaraq, "Nyukasl" cəmi 4 dəfə İngiltərənin ən güclüsü adına yiyələnib. Özü də 1904/1905, 1906/1907, 1908/1909, 1926/1927 mövsümlərində. Yəni ötən əsrin əvvəllərində! 1892-ci ildə əsası qoyulan "sağsağanlar"ın qitə arenasında da ciddi uğuru yoxdur. Komanda 1969-cu ildə Yarmarkalar Kuboku, 2006-cı ildə isə UEFA İntertoto Kubokunu qazanaraq klub muzeyini zənginləşdirib.

Ev oyunlarını 52 409 azarkeş tutumuna malik "Sent-Ceyms Park" stadionunda keçirən "Nyukasl"ın yüksəlişi son 4 ilə təsadüf edir. Buna səbəb isə klub səhmlərinin böyük hissəsinin Səudiyyə Ərəbistanının Sərvət Fondu tərəfindən satın alınmasıdır. Kluba ciddi maliyyənin yatırılması komandanın transfer siyasətinə və tam təbii olaraq, yaşıl meydanlardakı nəticələrinə birbaşa təsir etdi. Təsadüfi deyil ki, "Nyukasl" 2021-ci ildən baş məşqçi postunu tutan ingiltərəli mütəxəssis Eddi Haunun rəhbərliyi altında Çempionlar Liqasının əsas mərhələsini 14 xalla 12-ci pillədə başa vurmaqla pley-offa vəsiqə qazandı. "Sağsağanlar"ın "Yunion"u (Belçika) 4:0, "Benfika" (Portuqaliya) və PSV-ni (Niderland) 3:0, "Atletik"i (İspaniya) 2:0 hesabı ilə üstələməsi, PSJ (Fransa, 1:1) və "Bayer 04" (Almaniya, 2:2) ilə bərabərə qalması Azərbaycan çempionunun rəqibinin gücündən xəbər verir. Əsas mərhələdə "Nyukasl"ın passivinə yazılan cəmi iki oyun var - "Barselona" (İspaniya) və "Marsel"ə (Fransa) 1:2 hesablı məğlubiyyətlər. Komandanın top fərqi də göz oxşayır - buraxılan 7 qolun qarşılığında vurulan 17 qol!

Bununla belə, 133 yaşlı klubun işləri İngiltərə Premyer Liqasında istənilən kimi getmir. "Nyukasl" 23 turdan sonra 33 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Eddi Haunun rəhbərlik etdiyi kollektivin hesabında 9 qələbə, 6 heç-heçə, 8 məğlubiyyət var. Büdcəsi yüz milyonlarla ölçülən komandanın top fərqi (32-29) də ürəkaçan sayıla bilməz. Əlbəttə, "Nyukasl" dünyanın ən güclü və ən çətin çempionatında çıxış edir və bu nüansı gözardı etmək olmaz. Bununla belə, komandanın qapısında çox qol görməsini müdafiədəki problemlərin göstəricisi kimi qəbul etmək lazımdır.

Pley-offa yüksəlməklə Azərbaycan futbol tarixində yeni səhifə açan "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışı da azarkeşlərə xoş anlar yaşatdı, futbol həvəskarlarını daha da ümidləndirdi. Portuqaliyada "Benfika" (3:2), Bakıda Danimarka "Kopenhagen"i (2:0) və Frankfurt "Ayntraxt"ı (3:2) üzərində qazanılan qələbələr, İngiltərə nəhəngi "Çelsi" (2:2 ) ilə heç-heçə sıradan nəticə statusundan çox-çox yüksək dəyərə malikdir. Düzdür, "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda gözlənilmədən "Ayaks"a 2:4 hesabı ilə uduzdu. İspaniyada "Atletik"ə (1:3), İtaliyada "Napoli"yə (0:2) və son olaraq İngiltərədə "Liverpul"a (0:6) məğlubiyyətlər də Ağdam təmsilçisinin passivinə yazıldı. Amma bütün bunlara baxmayaraq, rəqibləri ilə müqayisədə məhdud büdcəyə malik klub adını pley-offa yazdırdı. Qurban Qurbanovun komandası tarixi zəfəri Liqa mərhələsini 10 xalla 22-ci pillədə qərarlaşmaqla gerçəkləşdirdi.

Əlbəttə, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə boyundan yuxarı tullandığı müzakirə mövzusu olmayan tarixi faktdır! Bunu tanınmış mütəxəssislər və jurnalistlər, futbol ekspertləri də dönə-dönə qeyd edirlər. Qurban Qurbanov və komandası start ərəfəsində səslənən bədbin fikirləri və proqnozları alt-üst etdi. Qarşıda isə daha bir ciddi, tarixi sınaq gözləyir "köhlən atlar"ı. Rəqib planetin ən səviyyəli çempionatının – İngiltərə Premyer Liqasının təmsilçisi, gücü, büdcəsi və potensialı hamıya bəlli olan "Nyukasl"dır. Amma bu nüanslar hər nə qədər gurultulu səslənsə də, komandaların imkanları arasında ciddi fərq olsa da, "sağsağanlar" top-klub, qarşısıalınmaz və keçilməz rəqib deyil! Avrokubok təcrübəsinə görə də "Qarabağ" onlardan geri qalmır. Üstəlik, onu da nəzərə alaq ki, yaşıl meydanlarda nəticəni büdcə yox, məşqçilərin tapşırıqlarını dəqiq icra edən futbolçular qazanır. Çempionlar Liqasının cari mövsümü də nəzərə alınmaqla dünya futbolunda indiyədək kifayət qədər gözlənilməz, sensasiya doğuran nəticələr qeydə alınıb.

Qurban Qurbanov 21 ildən sonra yenidən "Sent-Ceyms Park"a qayıdacaq. Bu dəfə "Qarabağ"ın baş məşqçisi qismində. 53 yaşlı mütəxəssis 2005-ci il martın 30-da Azərbaycan millisini kapitan sarğısında İngiltərəyə qarşı DÇ-2006-nın seçmə mərhələ oyununa çıxarıb. O, qarılaşmanın əvvəlində, hesab 0:0 olarkən əlverişli imkanı qaçırıb, Devid Bekhem, Stiven Cerrard, Maykl Ouen, Ueyn Runi, Con Terri, Frenk Lempard kimi ulduzların çıxış etdiyi rəqib sonda qələbəyə (2:0) sevinib. Həmin vaxt millinin baş məşqçisi braziliyalı dünya çempionu Karlos Alberto Torres idi. Qurbanov bu dəfə özü eyni statusda "Sent-Ceyms Park"a komanda çıxaracaq. Komandası və Azərbaycan futbolu adına yeni tarix yazmaq üçün! Əlbəttə, bu bir tələb yox, sadəcə, arzu, istəkdir. İnamdan və güvəndən irəli gələn istək. Bunu isə məhz Qurban Qurbanov və onun komandası formalaşdırıb. Ümid edək ki, Azərbaycan futbolu tarixində növbəti şanlı səhifə fevralın 24-dən 25-nə keçən gecə "Dumanlı Albion"da yazılacaq.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət / İdman

8-10-2024, 15:59

Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / İdman

28-08-2024, 09:27

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Xorvatiya klubu ilə qarşılaşacaq

---

18-08-2022, 09:49

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

5-05-2025, 10:33

Nazirlikdən 4 ayda 4.6 milyon manatlıq ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Pullar sabiq nazirin qohumuna, 10 manatlıq şirkətlərə və qanuni təmsilçisi olmayan MMC-yə köçürülübmüş

İdman

30-01-2026, 10:04

UEFA Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir

Gündəm / İdman

23-02-2024, 08:54

“Yarımfinal olsa mən sizi təbrik edəcəm”

Gündəm / Cəmiyyət

14-02-2025, 15:09

Azərbaycanın Somali ilə əməkdaşlığı – Afrikada genişlənən əlaqələr - ŞƏRH

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Bu gün, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Bu gün, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Bu gün, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Bu gün, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Bu gün, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Bu gün, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Bu gün, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Bu gün, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Bu gün, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Bu gün, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Bu gün, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Bu gün, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Bu gün, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Bu gün, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Bu gün, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Bu gün, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Bu gün, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
  • Bu gün, 12:37
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Bu gün, 12:17
    Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO
  • Bu gün, 12:03
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Bu gün, 11:38
    Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
  • Bu gün, 11:13
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Bu gün, 10:47
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Bu gün, 10:33
    Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...
  • Bu gün, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Bu gün, 09:54
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Bu gün, 09:48
    Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar
  • Bu gün, 09:17
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Bu gün, 09:08
    Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..
  • Bu gün, 08:55
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • Dünən, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Dünən, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Dünən, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
  • Dünən, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə