Sizin reklam burada 728×90
Son dəqiqə

Dünya Bankının Azərbaycan üzrə eksperti Nazim Şükürov BDU-da “Maliyyə savadlılığı” mövzusunda master-klass keçib

21.11.2026 15:46 54 1 dəq oxunur
Dünya Bankının Azərbaycan üzrə eksperti Nazim Şükürov BDU-da “Maliyyə savadlılığı” mövzusunda master-klass keçib
İqtisadçı-alim, hüquqşünas, Dünya Bankının Azərbaycanda Business Ready layihəsi üzrə eksperti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin müşaviri, i.ü.f.d. Nazim Şükürov Bakı Dövlət Universitetində (BDU) “Maliyyə savadlılığı” mövzusunda master-klass keçib.


“BDU könüllüləri” təşkilatı və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəxsi büdcənin idarə olunması, gəlir və xərclərin düzgün planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması, maliyyə resurslarından səmərəli istifadə və düşünülmüş maliyyə qərarlarının qəbulu kimi məsələlərə toxunulub.

Master-klassın əsas məqsədi könüllülərin maliyyə savadlılığını artırmaq, onların şəxsi maliyyənin idarə olunması sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, gündəlik həyatda düzgün maliyyə qərarları vermək vərdişlərini təşviq etmək olub.





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az