Sizin reklam burada 728×90
Son dəqiqə

Miqrasiya orqanlarına qəbul imtahanında Azərbaycan dili fənni ləğv edilir – YENİ BÖLGÜ

20.11.2026 16:16 18 1 dəq oxunur
Miqrasiya orqanlarına qəbul imtahanında Azərbaycan dili fənni ləğv edilir – YENİ BÖLGÜ
Dövlət Miqrasiya Xidmətinə (DMX) qəbul üzrə test imtahanının sual strukturunda dəyişiklik edilir.

xəbər verir ki, 2026-cı ildə keçiriləcək imtahandan sonrakı növbəti qəbul mərhələlərində namizədlərə Azərbaycan dili fənni üzrə suallar təqdim olunmayacaq.

Yenilənmiş imtahan modelinə əsasən, ümumilikdə 100 sualdan ibarət test tapşırıqlarının bölgüsü aşağıdakı kimi olacaq:

Qanunvericilik – 50 sual;
Məntiq – 20 sual;
Dünyagörüşü – 15 sual;
Emosional intellekt – 15 sual.

Beləliklə, imtahan proqramından çıxarılan Azərbaycan dili üzrə 15 sualı emosional intellekt üzrə 15 yeni tapşırıq əvəz edəcək.

Qeyd edək ki, cari il dekabrın 4-də keçiriləcək qəbul imtahanında namizədlər hələlik əvvəlki qaydalarla test imtahanı verəcəklər. Belə ki, həmin imtahanda 50 qanunvericilik, 20 məntiq, 15 Azərbaycan dili və 15 dünyagörüşü sualı təqdim olunacaq.

Yenilənmiş imtahan modeli isə dekabrın 4-də keçiriləcək mərhələdən sonra təşkil ediləcək qəbul müsabiqələrində tətbiq olunacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az