Sizin reklam burada 728×90
Son dəqiqə

Abşeron-Xızı Regional Təhsil İdarəsində rəhbər dəyişikliyi barədə məlumat yayılıb

19.11.2026 21:32 54 1 dəq oxunur
Abşeron-Xızı Regional Təhsil İdarəsində rəhbər dəyişikliyi barədə məlumat yayılıb
BNTV.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Məlumata görə, idarəyə rəhbərlik edən İlhamə Abdullayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmri ilə vəzifəsindən azad edilib. O, həmin agentlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Xəbərdə Abdullayevanın hansı şöbəyə rəhbərlik edəcəyi açıqlanmır.

BNTV.az-ın məlumatına görə, hər iki şəxsin yaxın günlərdə yeni vəzifələrinin icrasına başlayacağı gözlənilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az