Sizin reklam burada 728×90
Son dəqiqə

Putin və Tramp arasında ikitərəfli görüş başlayıb

19.11.2026 09:19 30 1 dəq oxunur
Putin və Tramp arasında ikitərəfli görüş başlayıb
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşdən əvvəl Putinlə məhsuldar danışıqlara ümid etdiyini bildirib.

Danışıqlar başlamazdan əvvəl liderlər əl sıxışıblar. Tramp Rusiya Prezidenti ilə əla münasibətlərinin formalaşdığını qeyd edib.

"Biz bir-birimizi artıq uzun illərdir, tanıyırıq. Düşünürəm ki, bu görüşün yekunlarına əsasən bir çox müsbət nəticələrə nail olmaq mümkündür", - deyə Amerika lideri bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az