• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Trampla görüşə tərəddüd edən Xamənei – ABŞ-nin İrana çıxış yolu təklifi - ŞƏRH

Siyasət

10-03-2025, 16:39

 
ABŞ Prezidenti Donald Tramp altı ildən sonra yenə İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə məktub ünvanlamaqla Tehrana bir daha xəbərdarlıq edib.

Yeri gəlmişkən, 2019-cu ilin yayında Yaponiyanın mərhum baş naziri Sindzo Abe İslam Respublikasının liderinə Ağ evin ovaxtkı sahibinin məktubunu çatdırmışdı. Onda Xamənei bildirmişdi: “Məndə cavab yoxdur, ABŞ prezidentinin səsləndirdiyiniz ismarışına da olmayacaq. Trampı istənilən ismarış göndərməyə layiq insan hesab etmirəm”.

Sindzo Abe Trampla Xaməneinin görüşünə ev sahibliyi belə etməyə hazır olduqlarını bildirmişdi.

Həmin məktubun məzmunu açıqlanmayıb. Bununla belə, danışıqların mərkəzi mövzusunun İranın nüvə proqramı olacağı istisna edilmirdi. Çünki Tramp birinci dəfə prezident olanda ölkəsini “altılıq”la İran arasında imzalanmış Əhatəli Razılşama Müqaviləsindən çıxararaq İslam Respublikasının nüvə proqramının şübhəli olduğunu bildirmişdi. Həmin razılaşmaya əsasən, İrana tətbiq edilən bir çox sanksiyalar aradan qaldırılacaqdı.

2025-ci il martın 6-da İran rəhbərinə ünvanladığı müraciətlə ABŞ lideri rəsmi Tehranın düşdüyü vəziyyəti və ondan çıxış yolunu xarakterizə edib. Müraciəti iki hissəyə bölmək olar. Tramp birinci qisimdə Tehran hakimiyyətini əməkdaşlığa, müdrik davranışa dəvət edib. O, İslam Respublikası rəhbərliyinə onilliklər boyu anlaşılmazlıqlar, lazımsız qarşıdurmalar girdabında sıxışmış münasibətlərə yeni qapı açmaq məqsədi ilə yazdığını vurğulayıb.

Trampla görüşə tərəddüd edən Xamənei – ABŞ-nin İrana çıxış yolu təklifi - ŞƏRH

Tramp Xaməneiyə müdriklik və cəsarət toplayaraq əməkdaşlıq etməyi təklif edib. O, ştatların barışıq yolunda nəhəng addım atmağa hazır olduğunu bildirib. ABŞ lideri bunun üçün bir sıra təkliflər də edib: “Biz sarsıdıcı sanksiyaları yüngülləşdirə, iqtisadi əməkdaşlığı bərpa edə və Yəməndən Suriyaya qədər regional böhranların həllində konstruktiv rol oynaya bilərik. Bu təklif zəiflik mövqeyindən deyil, Yaxın Şərqdə, dünyada sabitliyin bərqərar olması üçün gücümüz və iradəmizdən irəli gəlir”.

Donald Tramp məktubun ikinci hissəsində İran liderinə xəbərdarlıq edərək bildirib ki, bu dostluq jestinə məhəl qoyulmasa, Tehran qarşıdurma yolunu davam etdirsə, silahlı qruplarını dəstəkləsə, yaxud nüvə silahı yaratmağa çalışsa, ABŞ-nin cavabı nəinki həlledici, həm də sarsıdıcı olacaq:

“Biz İslam Respublikasının güvəndiyi bütün iqtisadi, siyasi və təhlükəsizlik strukturlarını bir neçə qısa addımda çökdürə bilərik. Ayaqlarınızın altında gördüklərinizi tez bir zamanda sökə bilərik. Seçim sizindir: İran xalqına firavanlıq gətirəcək sülh, yoxsa dağıntı gətirəcək qarşıdurma. Amerika həmişə danışıqlara hazırdır, amma bunu etməsəniz, tarix heç vaxt səhvlərinizi bağışlamayacaq”.

Bunun ardınca Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında deyib: “İranla bağlı tezliklə nə isə olacaq, bunu eşidəcəksiniz. Biz bu ölkə ilə bağlı son ana gəlmişik. Ona nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən hərbi əməliyyatlara başlamaqdansa, İranla sülh sazişi bağlamağa üstünlük verirəm. Ancaq ikinci variant da problemi həll edəcək”.

Donald Tramp inamla əlavə edib ki, 2020-ci il prezident seçkisində qalib gəlsəydi, bir ay ərzində İran hakimiyyəti ilə razılığa gələrdi.

Onun sözlərinə görə, Cozef Bayden administrasiyasının sanksiyaların tətbiqindən imtina etməsi ilə pulu olmayan İslam Respublikası zəngin neft yataqları sayəsində qısa müddət ərzində 300 milyard dollar kapital toplaya bilib. Tramp əlavə edib ki, İran hazırda “dünya tarixində maraqlı dövr” yaşayır: “Tezliklə nəsə baş verəcək. Çox, çox tezliklə”.

Məktubla müraciətin ardınca belə kəskin, sərt açıqlama ABŞ-nin İrandakı hakimiyyətə qarşı yaxın zamanda konkret addım atacağından xəbər verir. Donald Tramp bu günlərdə İrana qarşı “maksimum təzyiq”lə bağlı sərəncam imzalayıb.

Ağ Evin yiyəsi məktubu ilə İranı danışıqlar üçün maraqlandırsa da, əks halda vəziyyətin Tehran üçün arzuedilən olmayacağı xəbərdarlığını etməklə İslam Respublikası rəhbərliyi üçün əsas çıxış yolunun dialoq olduğunu göstərib. Ehtimal etmək olar ki, qarşı tərəf danışıqlardan imtina edəcəyi halda İranda vəziyyət dramatikləşəcək.

Bu, ilk növbədə, ölkə iqtisadiyyatını çökdürə bilər. ABŞ sanksiyaları sərtləşdirəcəyi halda İranın neft və təbii qaz sektorunda hasilat azalacaq. “Qara bazar”a mal ixracına belə nəzarət artacaq. Ən çox etibar etdiyi tərəfkeşləri belə riskli olduğu üçün İranla əməkdaşlığı ya dayandıracaq, ya da minimuma endirəcək.

Martın 8-də ayətullah Xamənei dolayı olaraq Trampın məktubunu cavablandırmaq məqsədilə hakimiyyət nümayəndələri və hərbçilərlə müşavirə keçirib.

O, ABŞ-nin adını çəkmədən “aqressiv” hakimiyyətləri “təcavüz”də ittiham edərək deyib: “İran, əlbəttə ki, onların ümidlərini doğrultmayacaq. Onlar danışıqlara hazır olduqlarını ifadə etsələr də, danışıqlara hazır olmadığımıza dair ictimai şüurda şübhələr səpməyə çalışırlar. Ancaq onların əsl məqsədi danışıqlar deyil, hökmranlıq və zorakılıqdır”.

İranın ali rəhbəri daha sonra vurğulayıb ki, problem təkcə nüvə proqramında deyil: “Onların İranın müdafiə, raket proqramları və beynəlxalq əlaqələrimizlə bağlı gözləntiləri var”.

Əslində, Xamənei ABŞ ilə danışıqlardan birmənalı şəkildə imtina etmir. O, Vaşinqtonu hədə dili ilə danışmamağa çağırır. Başqa sözlə, Tehran danışıqlara hazır olduğunu gizlətmir. O, bunun daha hörmətlə edilməsini istəyir.

Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçinin cavabından da bu aydın olur. Nazir deyib ki, onlara qarşı maksimum təzyiq və təhdid siyasəti davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

Çünki Qəzza zolağında HƏMAS-ın, Livanda “Hizbullah”ın, Suriyada Bəşşar Əsəd rejiminin zəifləməsi, süqutu Tehran hakimiyyətinin regionda ABŞ və müttəfiqlərinə təzyiq vasitələrindən məhrum olması deməkdir. Son günlərdə Suriyada Latakiya və Tartus bölgələrində silahlı qiyamın yatırılması da Tehrana ABŞ ilə razılaşmadan başqa yol qoymur.

Elə İran Xarici İşlər Nazirliyinin Trampın Xaməneiyə məktub ünvanladığını təkzib etməsi də Tehran üçün konkret cavab verməmək üçün bəhanə sayıla bilər.

İSNA bildirib ki, martın 9-da xarici işlər naziri Abbas Əraqçi məsələ ilə bağlı bildirib: “Bu haqda biz də eşitdik, ancaq heç bir şey almamışıq, bizə hələ məktub çatmayıb”.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani də məktubla bağlı suala cavabında deyib: “Biz hələ belə bir məktub almamışıq”.

O, Tehranın nüvə proqramı üzrə danışıqların bərpası perspektivlərini müzakirə etməyə hazır olduğunu bəyan edib. Bununla yanaşı, ölkəsinin şərtini də açıqlayaraq deyib ki, qarşı tərəfin İranın nüvə proqramından tam imtina tələbləri qəbuledilməzdir. Onun sözlərinə görə, danışıqlarda məqsədi İranın nüvə proqramının potensial hərbləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, onda müzakirə mümkündür, ancaq “sülh məqsədli” nüvə proqramının ləğvi tələb olunarsa, onda belə danışıqlar heç vaxt baş tutmayacaq.

İlon Mask

Yeri gəlmişkən, onun 2024-cü il noyabrın 14-də Nyo-Yorkda ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskla görüşdüyünə dair məlumatlar yayılmışdı. Maks görüşün səmərəli keçdiyini bildirsə də, İran tərəfi bunu təsdiqləməmişdi.

Belə qənaətə gəlmək olar ki, Trampın məktubu hələ o vaxt planlaşdırılıb. Çünki həmin tarixdə Donald ABŞ-nin seçilmiş prezidenti adlanırdı.

İran Çinlə Rusiyaya arxalanaraq Ağ Evlə danışıqlardan imtina edə bilər? Son zamanlar Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımların atılması bu variantın çox da etibarlı olmadığını göstərir. Bu azmış kimi, RF-ni ABŞ ilə İran arasında danışıqların vasitəçisi də sayırlar.

Ötən gün İran, Rusiya və Çin arasında Çabahar limanında keçirilən birgə hərbi dəniz təlimlər keçirib. Donald Tramp bu tədbirdən narahat olmadıqlarını bildirib: “Xeyr, heç vaxt! Çünki biz onların hamısından güclüyük. Mən Amerikanı və ordunu yenidən qurdum”.

İran rəhbərliyi ABŞ-nin perspektivdə hakimiyyətin mümkün dəyişməsi prosesini dəstəkləməyəcəyinə etibar etmir. Ona görə də məsələyə birmənalı şəkildə əlüstü razılıq vermir. Belə güman etmək olar ki, Tehran Vaşinqtonla bu istiqamətdə bazarlığa üstünlük verəcək. Məsələnin digər tərəfi Xaməneiyə komandasını danışıqlara getməyin və əksini inandırması ilə bağlıdır. Görüşə, danışıqlara komanda şəkilində gedilməzsə, o halda hakimiyyət çökər. Bunun isə ölkənin bütün rəsmiləri üçün daha böyük faciəli nəticəsi ola bilər.

Tramp vəziyyətin dinc üsulla həlli ilə bağlı İran hakimiyyətinə bir yol qoyub – görüşüb, danışmaq. Başqası Səddam Hüseyn, Müəmmar Qəddafi, Bəşşar Əsəd, Miloşeviç, sovet yoludur. Yəqin Tehran ikincini seçməz. Çünki ona hərbdə Qəzzada, Livanda, Suriyada bir ildə uduzmaq çox oldu...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

10-02-2025, 19:17

Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır

Gündəm / Cəmiyyət

5-10-2024, 12:30

Bayden səhv edir: İranda bu obyektlər vurulmalıdır!

Dünya

24-01-2025, 09:22

ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

Dünya

21-02-2025, 10:17

Rubio: Trampın dövründə İranın nüvə silahı olmayacaq

Dünya

10-02-2025, 15:53

İranlı nazir Tramp hökuməti ilə danışıqları mümkünsüz hesab edir

Dünya

5-02-2025, 17:28

Xamənei üç mindən çox məhbusun cəzasını azaldıb

Siyasət

20-05-2024, 10:31

Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Gündəm / Dünya

31-07-2024, 12:18

Xamənei: Haniyənin qisasını almaq İranın borcudur

Dünya

3-01-2025, 15:34

Zelenski: Trampla andiçmədən sonra görüşə bilərik

Dünya

13-07-2024, 11:56

Pezeşkian: ABŞ və müttəfiqləri İranın nüvə proqramı ətrafında uydurma böhran yaradıblar

Gündəm / Dünya

2-10-2024, 08:04

KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər

Dünya

15-05-2024, 21:47

Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı

Araşdırma
Regional Kollecdə Tərlan Qayıbova və Sevda Qarayeva səltənətinə son qoyulmalıdır – Müəllimlərdən kəskin etiraz
Generalın “Gilan” şirkəti vətəndaşın əmlakını ələ keçirib?
Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd – müəllimə “Xoşqədəm dedi: et!” VİDEO
“Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər - ARAŞDIRMA
İsa Həbibbəylinin qızının Almaniyada olan bank hesabından 1 milyon pul oğurlanıb
Biləsuvar Texniki Peşə Məktəbindən açıqlama “Bu, satış deyil, tədris prosesidir” YENİLƏNDİ
Hadisə
Bu gün, 12:14
Qırmızı Xaç 3 nəfərin qalıqlarını İsrailə təhvil verib
29-10-2025, 10:03
Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb
28-10-2025, 09:30
Gəncədə ağır qəza - 1 ölü, 4 yaralı
27-10-2025, 12:18
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi
27-10-2025, 09:47
Keşlədə tikinti materialları yığılmış yer yanıb - VİDEO
27-10-2025, 02:20
Naxçıvanda ailəni yasa boğan hadisə - “Sakitləşdirmək istədi, ölümcül döyüldü cibindən 8 min pulu oğurlandı”
Xəbər lenti
  • Bu gün, 13:40
    BAKI DÖVLƏT PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ “KORRUPSİYA” DAVAM EDİR: RÜŞVƏT, DƏLƏDUZLUQ, CİNAYƏT
  • Bu gün, 13:02
    Bazar gününün havası açıqlanıb
  • Bu gün, 12:43
    Cərrah Rəşad Məmmədovun pasiyentləri şikayət edir: Əməliyyatları səhv edib…
  • Bu gün, 12:14
    Qırmızı Xaç 3 nəfərin qalıqlarını İsrailə təhvil verib
  • Bu gün, 12:03
    Bulvar yoxsa Zakir Fərəcovun şəxsi təsərrüfatı ?– Sumqayıt bulvarı ilə bağlı ilginc faktlar
  • Bu gün, 11:33
    İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
  • Bu gün, 09:54
    LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?
  • Bu gün, 09:46
    BDYPİ-dən çağırış: Həftəsonu istirahəti faciəyə çevrilməsin – yollarda diqqətli olun!
  • Bu gün, 09:34
    Nəsimi rayonunda qanunsuz tikintilərə hansı məmur icazə verib? -Videofakt
  • Bu gün, 09:22
    Premyer Liqanın X turunda bu gün daha iki oyun keçiriləcək
  • Bu gün, 09:08
    Mərkəzi Elmi Kitabxananın könüllüləri fəaliyyətə başlayıblar - FOTOLAR
  • Bu gün, 07:33
    GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur.. VİDEO
  • Dünən, 19:16
    Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur
  • Dünən, 19:07
    Azərbaycanda generalın adı dələduzluqda hallanır - 98 min manatlıq fırıldaq
  • Dünən, 18:40
    ABŞ hərbi zərbələr endirəcək - Hədəflər açıqlandı
  • Dünən, 18:34
    “SOCAR” ın (ikinci əl) televizorlar və monitorlarları ucuz qiymətə satışı çıxarılıb
  • Dünən, 18:09
    Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu - FOTOLAR
  • Dünən, 17:59
    Sumqayıt Təbiət Elmləri Gimnaziyasında “fond pulu” əməliyyatı
  • Dünən, 17:34
    Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək - Hikmət Hacıyev
  • Dünən, 17:12
    “Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…
  • Dünən, 15:43
    İran pulu sürətlə "batır"
  • Dünən, 15:33
    Sahib Məmmədov “casus” ovunda
  • Dünən, 15:03
    Azərbaycanda “Halloween” məhsulları neçəyədir? - QİYMƏTLƏR
  • Dünən, 14:52
    Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nə baş verir?
  • Dünən, 14:37
    Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
  • Dünən, 12:30
    “Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub FOTOLAR
  • Dünən, 12:00
    Rusiya XİN: Moskva Kiyevlə birbaşa danışıqlara hazırdır
  • Dünən, 11:30
    Qazaxıstanda antiterror təlimləri keçiriləcək
  • Dünən, 11:00
    Cənubi Koreya Prezidenti sərbəst ticarətin gələcəyini şübhə altına alıb
  • Dünən, 10:30
    Braziliyada polis reydində həlak olanların qohumları etiraz aksiyası keçiriblər
  • Dünən, 10:00
    KİV: Trampın nüvə sınaqları ilə bağlı açıqlaması Putinə ünvanlanıb
  • Dünən, 09:30
    Çin ABŞ-dən Tayvana silah satışını dayandırmağı tələb edib
  • Dünən, 09:00
    Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 07:02
    Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
  • 30-10-2025, 19:20
    Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə