"2 ay əvvəl binanı yarımçıq vəziyyətdə təhvil veriblər ki, gedin yaşayın..." - NARAZILIQ VAR...
"Biz Nərimanov rayonu Sahib Zeynalov küçəsinin sakinləri xahiş edirik, bizə kömək edəsiniz..." "DİA-AZ" xəbər verir ki, bu sözlər ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.
Nərimanov rayonu Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən "N-Turan" MMC-nin "Olympus 28 May" lahiyəsinin sakinləri daha sonra müraciətlərini belə davam etdirirlər: "8 il əvvəl sökülən evlərimizin yerində çox böyük gecikmə və problemlərlə yeni bina inşa edilib. 2 ay əvvəl binanı yarımçıq vəziyyətdə təhvil veriblər ki, gedin yaşayın və kirayə pulları kəsilib. Amma binada yaşamaq mümkün deyil və çox təhlükəlidir. Balkonların perilaları qoyulmayıb, bəzi mənzillərin şüşələri taxılmayıb.
Yağış yağanda su evin içinə dolur. 3 liftdən 1-i işləyir, o da tez-tez xarab olur. Yük lifti işləmir. Binada qaz yoxdur, binanın ümumi istilik sistemi yoxdur. Binada nə gündüz, nə də gecə vaxtı təhlükəsizliyə cavabdeh heç bir şəxs yoxdur. 100 mənzilli binaya cəmi 2 ailə məcbur olub köçüb yaşayır. İndiki soyuq qış aylarında orda köçüb yaşamaq mümkün deyil. Biz sözümüzü deməyə binanı inşa edən şirkətdən heç kimi tapa bilmirik.
Biz sakinlər çıxılmaz vəziyyətdəyik..."
"DİA-AZ" xəbər verir ki, sakinləri alayarımçıq binada yaşamağ məcbur edən və götürdüyü öhdəlikləri yerinə yetirməyən "N-Turan" MMC ilə bağlı yerli KİV-də yetərincə qalmaqallı məlumatlar dolaşıb. Və bu ittihamlara bu vaxta qədər sözügedən şirkət tərəfindən hansısa izahat verilməyib.
Məlumatlara görə, "N-Turan" MMC-yə rəhbərlik üç şərik tərəfindən həyata keçirilir. Orxan Əliyev (Kinqboks Federasiyasının prezidenti), Rafael Qarayev və Adil Tağıyev tərəfindən idarə olunan şirkət bir zamanlar Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevlə də əlaqələndirilib.
Məsələ diqqətimizdədir.

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]