Sizin reklam burada 728×90
Son dəqiqə

ŞƏMKİRDƏ JURNALİSTƏ QARŞI QƏRƏZLİ MÖVQE NÜMAYİŞ ETDİRƏNLƏR KİMDİR? TƏZƏKƏND SAKİNLƏRİNDƏN YENİ MÜRACİƏT

27.11.2026 17:36 19 1 dəq oxunur
ŞƏMKİRDƏ JURNALİSTƏ QARŞI QƏRƏZLİ MÖVQE NÜMAYİŞ ETDİRƏNLƏR KİMDİR? TƏZƏKƏND SAKİNLƏRİNDƏN YENİ MÜRACİƏT
Bir neçə gün əvvəl Milli TV-nin Şəmkir rayonunun Təzəkənd kəndindən hazırladığı reportajda sakinlər Şəmkir Suvarma Sistemləri İstismarı İdarəsinin fəaliyyətindən narazılıqlarını bildirmiş, təxminən 200 il əvvəl alman əsilli insanlar tərəfindən çəkilmiş qədim kəhrizlərin baxımsız vəziyyətə düşdüyünü diqqətə çatdırmışdılar.

Reportajın yayımlanmasından sonra sosial şəbəkələrdə Milli TV-nin və jurnalist Rövşən Qasımovun əleyhinə videomaterialların paylaşılması müzakirələrə səbəb olub. Həmin paylaşımlarda Təzəkənd kəndində çəkilən görüntülərin idarənin əvvəlki rəhbəri Alim Abbasovun dövrünə aid olduğu təəssüratı yaradılsa da, redaksiyanın məlumatına görə, görüntülər 2026-cı ilin noyabr ayında çəkilib.

Məsələ ilə bağlı Təzəkənd kəndinin sakinləri yenidən Milli TV-yə müraciət edərək yayılan videolara münasibətlərini bildiriblər. Onlar əvvəlki reportajda səsləndirdikləri fikirlərin həqiqəti əks etdirdiyini və kənddəki problemlərin hələ də aktual olduğunu vurğulayıblar.(Millitv.info)

Baş verənlərin təfərrüatlarını və sakinlərin mövqeyini əks etdirən video materialı təqdim edirik.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az