Sizin reklam burada 728×90
Son dəqiqə

"Modern Construction Group" yavaş-yavaş “aradan çıxır” - NƏ BAŞ VERİR?

27.11.2026 12:56 55 1 dəq oxunur
"Modern Construction Group" yavaş-yavaş “aradan çıxır” - NƏ BAŞ VERİR?
"Modern Construction Group" MMC nizamnamə kapitalını növbəti dəfə azaltdığını elan edib.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verib.

Məlumata görə, kommersiya qurumunun kapitalı 1 880 000 manatdan 310 000 manata endiriləcək.

Xatırladaq ki, bundan əvvəl "Modern Construction Group" nizamnamə kapitalını 4 679 000 manatdan 3 040 000 manata, ardınca 2 780 000 manata, daha sonra isə indiki səviyyəyə endirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az