Sizin reklam burada 728×90
Son dəqiqə

Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib

26.11.2026 14:46 29 1 dəq oxunur
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 2026-cı il 19–20 dekabr tarixlərində keçiriləcək.

Test imtahanının qeyd olunan tarixlərdə keçirilməsi imtahan prosesinin səmərəli təşkili üçün zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsinə xidmət edir.

İmtahanın keçirilmə tarixi və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.

Bununla yanaşı, iştirakçıların imtahana hazırlığının dəstəklənməsi məqsədilə növbəti günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az