Sizin reklam burada 728×90
Son dəqiqə

“Bank of Baku” 7 il əvvəl ölən müştərisinin "Bolkart" borcunu arvadından tələb etdi - MƏHKƏMƏ

27.11.2026 11:56 127 1 dəq oxunur
“Bank of Baku” 7 il əvvəl ölən müştərisinin "Bolkart" borcunu arvadından tələb etdi - MƏHKƏMƏ

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Bolkart” layihəsi çərçivəsində kredit götürən müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, iddiaçı bank Nazim Nadir oğlu Mirzəyevin vərəsəsi ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib.

Belə ki, Nazim Mirzəyev ilə “Bank of Baku” arasında 2012-ci ildə bağlanmış müqaviləyə əsasən "Bolkart" layihəsinə qoşulmaqla 1000 manat məbləğində kredit verilib. 2019-cu ildə vəfat edən Nazim Mirzəyevin banka 997 manat borcu var.

Notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu Nazim Mirzəyevin vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçib.

Məhkəmə sənədlərində olan 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünüb ki, 2019-cu il tarixdə vəfat etmiş Nazim Mirzəyevin vərəsəsi həyat yoldaşıdır və mirası o olmalıdır.

Nizami Rayon Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az