• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Səlim Müslümovun oğlunun şirkəti “Orion Global” MMC ilə bağlı Məhkəmə qərar çıxarıb - QƏRAR OLDUĞU KİMİ

Cəmiyyət

21-02-2025, 19:57

№ e-2-2(113)-6056/2024 06.11.2024-cü il tarixli, BAKI KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ahmet Haluk Uçucunun cavabdeh “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə görə Q Ə T N A M Ə çıxarıb.

Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Cahandarov Cavid Şəmiddin oğlunun iştirakı ilə, İddiaçı Ahmet Haluk Uçucunun cavabdeh “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı.

İşin halları:

1. İddiaçı Ahmet Haluk Uçucu cavabdeh “Orion Global” Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra “Orion Global” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Orion Global” MMC-dən 77312,70 manat müqavilə üzrə borc, 5605,17 manat ödənilməmiş borc üzrə hesablanan faiz, 320 manat hüquqi yardım xərci, 339,71 manat dövlət rüsumu olmaqla, cəmi 83577,58 manat pulun tutularaq iddiaçı Uçucu Ahmet Haluka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Uçucu Ahmet Haluk ilə “Orion Global” MMC arasında imzalanmış 15.10.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı idarəetmə məsləhətçisi xidmətlərini göstərmək, cavabdeh isə xidmətlərin dəyərini ödəmək öhdəliyini götürmüşdür. Xidmətlərin dəyəri hər ay üçün tərəflər arasında imzalanmış müqavilədə 5200 ABŞ dolları, 01.01.2019-cu il tarixdə qüvvəyə minmiş müqaviləyə dəyişiklik edilməsi haqqında Əlavə 1-də 5263 ABŞ dolları, 1 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş müqaviləyə dəyişiklik edilməsi haqqında Əlavə 3-də isə 5263 manat kimi razılaşdırılmışdır. Müqavilənin qüvvədə olduğu müddətdə cavabdehə göstərilmiş xidmətlər müvafiq təhvil-qəbul aktlarında öz əksini tapmışdır. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, göstərilmiş xidmətlərə görə yaranmış borclar ödənilməmişdir. Hazırda cavabdehin iddiaçıya müqaviləyə əsasən 77312,70 manat (yetmiş yeddi min üç yüz on iki manat yetmiş qəpik) ödənilməmiş borcu qalmışdır. Göstərilən xidmətlər üçün ödənilməmiş borc 2021-ci il oktyabrın 1-dən 2022-ci il dekabrın 31-ə qədər olan dövrü (müvafiq təhvil qəbul aktları, qaimələr və məlumatların məcmusunu əks etdirən cədvəl ərizəyə əlavə olunur) əhatə edir. Əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən Mərkəzi Bankın 02.05.2024-cü il üçün müəyyən etdiyi 7.25% (yeddi tam yüzdə iyirmi beş faiz) uçot faiz dərəcəsinə əsasən ödənilməmiş borc üzrə hesablanan faiz 5605,17 manat (beş min altı yüz beş manat on yeddi qəpik) təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət ünvanlasa da, bu günə kimi borc məbləği ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 425.2, 430.1, 442, 443.9, 445.2, 445.7, 449.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Cahandarov Cavid Şəmiddin oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində “Orion Global” MMC ilə icraçı qismində Ahmet Haluk Uçucu arasında 15.10.2018-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu Müqavilənin 1.2.-ci maddəsində qeyd olunan xidmətləri razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlər aşağıdakılardan ibarətdir: a. sifarişçinin Azərbaycan Respublikasındakı təsərrüfat fəaliyyətinin İdarə etmə Məsləhətçisi xidmətlərinin göstərilməsi. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilənin 1.2-ci maddəsi əsasında icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərə görə sifarişçi bu müqavilənin 1.3-cü maddəsi üzrə tərtib olunmuş akta əsasən aylıq 5200 ( beş min iki yüz) ABŞ dolları məbləğində xidmət haqqını icraçıya ödəməlidir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilə çərçivəsində sifarişçi icraçıya ödəniləcək xidmət haqqını Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəməlidir.

8. 01.12.2021-ci il tarixli, EBBN seriyalı, 376394 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6496,00 manat təşkil edir.

9. 06.01.2022-ci il tarixli, EBBL seriyalı, 669871 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6496,00 manat təşkil edir.

10. 12.04.2022-ci il tarixli, EBBU seriyalı, 341705 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15789,00 manat təşkil edir.

11. 05.09.2022-ci il tarixli, EBCD seriyalı, 190529 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

12. 05.09.2022-ci il tarixli, EBCD seriyalı, 190746 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

13. 05.09.2022-ci il tarixli, EBCD seriyalı, 190149 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

14. 28.11.2022-ci il tarixli, EBCK seriyalı, 019476 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

15. 28.11.2022-ci il tarixli, EBCK seriyalı, 019753 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

16. 28.11.2022-ci il tarixli, EBCK seriyalı, 020176 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

17. 28.11.2022-ci il tarixli, EBCK seriyalı, 020513 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş təşkil edir.

18. 28.11.2022-ci il tarixli, EBCK seriyalı, 020683 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

19. 19.12.2022-ci il tarixli, EBBP seriyalı, 257803 nömrəli elektron qaimədən müəyyən edilir ki, Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5263,00 manat təşkil edir.

20. Tərəflər arasında tərtib edilmiş 30.10.2021-ci il tarixindən 31.12.2022-ci il tarixinə qədər hər ay üçün ayrı-ayırılıqda qəbul edilmiş təhvil-qəbul aktlarında, “Orion Global” MMC-nin direktor muavini Rüfət Əsgərli Ahmet Haluk Uçucu tərəfindən göstərilmiş xidmətlərin sifarişçinin bütün tələblərinə cavab verdiyini və onun tərəfindən qəbul edildiyini təsdiq edir. Sözügedən aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. Ahmet Haluk Uçucu tərəfindən “Orion Global” MMC-yə göndərilmiş 01 avqust 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

22. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

Məhkəmənin mövqeyi

23. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış 15.10.2018-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 77312,70 manat borcun cavabdehdən tutulması təşkil edir.

24. İşin müəyyən olunan hallarından göründüyü kimi, tərəflər arasında bağlanan xidmət (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı həmin müqaviləyə uyğun xidmətləri sifarişçiyə göstərməyi, sifarişçi isə bunun əvəzi olaraq bu müqavilənin 2.1-ci maddəsində razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmiş və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməmişdir.

25. İddiaçı cavabdehə müqavilədə qeyd edilən xidmətlərin göstərilməsini təmin etmiş, hər ay üçün xidmətlərin göstərilməsini təsdiq edən təhvil-qəbul aktları tərtib olunaraq imza və möhürlə təsdiq olunmuşdur. Xidmətlər 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları daxil olmaqla, 2022-ci ili də əhatə ermiş, təhvil-qəbul aktları hər ay üçün tərtib olunmuşdur. Aktlarda xidmətin dəyəri 5263 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, aktlar üzrə ümumi məbləğ 78945 (5263X15 ay=78945) təşkil edir. İddiaçı cavabdehdən 77312,70 manat məbləğində pulun tutulmasını xahiş edir.

26. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş öhdəliyinin qaldığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh “Orion Global” MMC-dən 77312,70 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

27. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən Mərkəzi Bankın 02.05.2024-cü il üçün müəyyən etdiyi 7.25% (yeddi tam yüzdə iyirmi beş faiz) uçot faiz dərəcəsinə əsasən ödənilməmiş borc üzrə hesablanan 5605,17 manat faiz məbləğinin cavabdehdən tutulmasını tələb etmişdir.

28. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (iddiaçı iddia ərizəsində hüquqi əsas kimi həmin maddəyə də istinad etmişdir) gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 3865,60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, cavabdehin iddiaçının pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

29. Eləcə də, iddiaçı hüquqi xidmətə görə ödənilmiş 320 manat xidmət haqqının, 339.71 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 320 manat və ödənilmiş tələbə mütənasib dövlət rüsumunun əvəzi olaraq 331,64 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:


İddia qismən təmin edilsin. Cavabdeh “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyətindən 77312,70 manat (yetmiş yeddi min üç yüz on iki manat yetmiş qəpik) borc, 3865,60 manat (üç min səkkiz yüz altmış beş manat altmış qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 331,64 manat (üç yüz otuz bir manat altmış dörd qəpik) olmaqla, cəmi 81829,94 manat (səksən bir min səkkiz yüz iyirmi doqquz manat doxsan dörd qəpik) məbləğində pul vəsaiti iddiaçı Ahmet Haluk Ucucunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-08-2024, 17:56

Səlim Müslümovun oğlunun şirkəti məhkəməyə verildi - TƏFƏRRÜAT

Gündəm / Olay

15-08-2023, 11:29

Sabiq nazir oğlu şirkətini satdı - Məhkəmə qarşısına ÇIXARILIR

Gündəm / Olay

5-07-2023, 19:43

Sabiq nazirin övladlarının biznesi çökür - FOTO

Cəmiyyət

6-08-2024, 15:55

Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var

Gündəm / Cəmiyyət

6-12-2024, 10:34

İmişli yollarının əvəzedilməz təmirçisi “Orion-E” şirkəti kimindir? facebook

Cəmiyyət

18-10-2024, 17:29

"Dörd Qardaş” MTK-dan şikayətçi vətəndaş maddi və mənəvi zərərə görə də iddia qaldırdı

Gündəm / Cəmiyyət

21-08-2024, 10:59

"Dörd Qardaş” MTK-dan şikayətçi vətəndaş Sumqayıt Apelyasiya Məhkəməsindən ədalətli qərar gözləyir VİDEO

Cəmiyyət

4-03-2024, 15:22

Şahin Eyyubov keçmiş şərikini məhkəməyə verdi

Cəmiyyət

2-12-2022, 18:13

İşdən çıxarılan jurnalist “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiasını uddu

Gündəm / Olay

11-08-2023, 11:15

Bank Zakir Fərəcovu məhkəməyə verdi - Bacısı oğlunun külli miqdarda borcu var

Cəmiyyət

30-11-2022, 16:11

"Yeni Azərbaycan" qəzeti məhkəmədə uduzdu

Cəmiyyət

12-07-2024, 14:34

“Rabitəbank” iş adamından və vəzifəli oğlundan nə istəyir? - TƏFƏRRÜAT

Araşdırma
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub (FOTO)
Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da alındı
Sayalı Abbaslı Rusiyada necə ucuz təyyarə biletləri satırdı?
GDU nəzdində Regional Kollecdə Qazi ailələrinə qarşı haqsızlıq İDDİAsı – Müəllimlər Xoşqədəm Xudiyevadan Şikayətçidirlər
Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Regional Kollecdə “əmək şərtlərinin dəyişməsi”: Xoşqədəm Xudiyevanın savadsız idarəçiliyi müəllimləri narazı salır
Hadisə
11-11-2025, 15:34
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər ölüb
11-11-2025, 14:59
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
11-11-2025, 10:03
Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb - FOTO
10-11-2025, 15:25
Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var
6-11-2025, 17:20
Sabiq icra başçısı Rauf Həbibovun yeni qalmaqalı: “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər” VİDEO
3-11-2025, 16:12
Sahib Məmmədlinin müəmmalı ölümü yenidən gündəmdə – ailə danışmağa hazırdır VİDEO
Xəbər lenti
  • Dünən, 19:10
    Sabirabadda bağça müdirəsi Sevinc Mikayılovanın qanunszuluğu niyə araşdırılmır?
  • Dünən, 19:04
    Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA? VİDEO
  • Dünən, 18:35
    Prezident Fuad Nəcəflini işdən çıxardı – Yeni TƏYİNAT
  • Dünən, 18:25
     “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
  • Dünən, 18:19
    "Sahil - S İnşaat" MTK yenə öz ampluasında - Yenə saxta möhür, yenə...
  • Dünən, 18:12
    AAYDA festivaldan gələnlərə XAOS yaşatdı – VİDEO
  • Dünən, 16:13
    Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub (FOTO)
  • Dünən, 16:05
    Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da alındı
  • Dünən, 16:02
    Sabahın havası açıqlandı
  • Dünən, 15:52
    Sayalı Abbaslı Rusiyada necə ucuz təyyarə biletləri satırdı?
  • Dünən, 15:46
    Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapılıb
  • Dünən, 15:01
    "Uğur 777" estetik mərkəzində qanunsuz əməliyyatlara görə CİNAYƏT İŞİ BAŞLANILDI
  • Dünən, 14:56
    12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
  • Dünən, 14:41
    Kino Agentliyi büdcədən aldığı vəsaitin 59%-ni istifadə etməyib
  • Dünən, 14:28
    Nəsimi rayonuna yeni icra başçısı təyin edildi
  • Dünən, 14:16
    Orxan Mürsəlov Göyçaya icra başçısı göndərildi
  • Dünən, 13:46
    Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunan şəxs kimdir?
  • Dünən, 13:19
    “Mənim Oğlum Qəhrəmandır!” layihəsinin himni ilk dəfə şəhid analarının və atalarının qarşısında səsləndi – VİDEO, FOTOLAR
  • Dünən, 12:58
    Prezidentdən konfrans iştirakçılarına - Müraciət
  • Dünən, 12:57
    "Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəliləyib
  • Dünən, 12:47
    Təyyarə qəzasına görə konsertini təxirə saldı - Video
  • Dünən, 12:45
    Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
  • Dünən, 12:33
    Hərbi yük təyyarəsində şəhid düşən mayor 4 ay sonra ata olacaqdı - FOTO
  • Dünən, 11:29
    "Dünya Göz" klinikasının vergi borcu yarım milyonu ötdü - Klinikanı sabiq müğənni Ruhi Əliyeva ilə görün nə bağlayır/ FOTO
  • Dünən, 11:22
    Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
  • Dünən, 10:48
    Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi - Video-Yenilənib
  • Dünən, 10:12
    İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Dünən, 09:58
    Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Dünən, 09:49
    Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
  • Dünən, 09:43
    Rusiya onların ölkəyə girişinə qadağa qoydu
  • Dünən, 09:40
    “Azərterminalkompleks”də ilkin rütbə məsələsi: uzun illər rütbəsiz işləyən əməkdaşlar sual altındadır
  • Dünən, 09:32
     "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
  • 11-11-2025, 20:46
    Kərim Vəliyev başsağlığı verdi
  • 11-11-2025, 18:42
    Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ
  • 11-11-2025, 18:23
    İlham Əliyev Ərdoğana ZƏNG ETDİ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə