• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09


Azərbaycanda inhisarçılığın yaranmasında və yaşamasında dövlət qurumlarının, ayrı-ayrı nazirlik və idarələrin, nazir və məmur-oliqarxların xüsusi xidməti var. Özü də bu inhisarçılıq təkcə hansısa mal və materialların, məhsulların idxalı, satışı və istehsalında deyil, həm də xidmət sektorunda özünü göstərir. Bu da dövlət qurumlarının keçirdiyi tenderlər və satınalmalardan açıq şəkildə görünür.
Məsələn, Azərbaycanda “Caspel” adlı İT xidmətləri üzrə “tender kralı” şirkət var. Hazırda sözügedən şirkətin qanuni təmsilçisi Quliyev Ceyhun Məhi oğludur. Bu şəxs sabiq Vergilər naziri, mərhum Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu şirkət “Caspel Holdiq”ə bağlıdır.

“Caspel” yarandığı ilk dövrlərdən – 2005-ci ildən F.Məmmədovun şirkəti kimi tanınıb və əsasən ölkəyə kassa aparatlarının gətirilməsi sahəsindəki inhisarçılığı ilə seçilib.
2005-ci ildə yaranması ilə təkcə kassa aparatlarının satışından rəsmi olmayan rəqəmlərə görə, on milyonlarla manat əldə edən “Caspel”in arxasında F.Məmmədovun durduğuna həmin vaxt heç kim şübhə etmirdi. Namiq Quliyev özü isə 2017-ci ilin dekabrına qədər Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti rəisinin birinci müavini olub.

Ancaq şirkət yalnız kassa aparatlarının satışı ilə məhdudlaşmayıb və daha böyük işlərə - dövlət satınalmaları və tenderlərə girişib. “Caspel Holdinq” özündə 5 şirkəti birləşdirir. Bunlar “Caspos”(Kassa operatoru kimi fəaliyyət göstərən şirkət yanacaqdoldurma məntəqələri, restoran, hotel, market və digər sahibkarlıq subyektlərinə kassaların satışı və proqram təminatlarının quraşdırılmasını həyata keçirir), “Setclapp”( Biznes proseslərin avtomatlaşdırılması, proqramlaşdırma, İKT konsultasiyası üzrə ixtisaslaşan şirkət, proqram həlləri, mobil tətbiqlərin və veb saytların hazırlanması, rəqəmsal marketinq xidmtlərini təklif edir), Clip TV(İnternet, kabel tv və İP TV xidmətləri təklif edir) və “Telcas” şirkətləridir. Bu şirkətlərdən “Caspos” və “Setclapp” dövlət qurumlarının sifarişi ilə müxtəlif layihələr icra ediblər. Məsələn, “Caspos” SOCAR-ın Şuşa və Ağdam da daxil olmaqla 5 şəhər və rayondakı yanacaq doldurma məntəqələrində kassa aparatı quraşdırıb. “Setclapp” isə İqtisadiyyat Nazirliyi, Azərsu, Milli Depozit Mərkəzi üçün xidmətlər göstərib. Lakin hər iki şirkətin icra etdiyi adıçəkilən layihələrlə bağlı məlumat tapmaq çətindir.Bundan əvvəl mətbuatda dərc edilən iddialara görə, dövlət satınalmalarının vahid internet portalında “Caspel” MMC-nin qalib gəldiyi bütün tenderlər yoxdur. Buna baxmayaraq, mətbuatda dərc edilən materiallardan aydın olur ki, 2010-2021-ci illər aralığında dövlət satınalmalarının vahid internet portalında olmayan və “Caspel” MMC-nin qalib gəldiyi tenderlərin ümumi məbləği 39 milyon 600 min manatdan artıqdır.
Rəsmi məlumatlara görə isə 2019-2024-cü ilin aprel ayına qədər şirkət dövlət qurumları ilə ümumi dəyəri 43 milyon 680 min manatdan artıq olan tender müqavilələri imzalayıb. O da qeyd olunur ki, “Caspel” bu müqavilələri külli miqdarda vergi borcu ola-ola imzalayıb ki, bu da qanunvericiliyə ziddir.

Məsələnin digər maraqlı tərəfi odur ki, Azərbaycanda çoxsaylı İT şirkətləri və bu sahəyə aid xidmətlər göstərən digər şirkətlər ola-ola əksər qurumların məhz “Caspel”-ə tender qazandırması ilk növbədə İqtisadiyyat Nazirliyini narahat etməlidir. Çünki inhisarçılıq və “kölgəli tenderlər” ilə mübarizə məhz bu nazirliyin əsas vəzifələrindən biri olmalıdır. Lakin nə qədər qəribə görünsə də “Caspel” elə bu nazirliyin özünün tenderlərinin əsas qalibidir. 1 yanvar 2023-cü ildən 2024-cü ilin oktyabr ayına qədər "Caspel" şirkəti İqtisadiyyat Nazirliyinin İT müqavilələrinin 64%-ni (yəni demək olar ki, üçdə ikisini) əldə edib. Bu da ümumilikdə 50 milyon manatın 32 580 000 manatını təşkil edir. Özü də bu, cəmi 1 il 9 ay ərzində olan göstəricidir.
Aşağıda verdiyimiz cədvəldən belə nəticə çıxarmaq olar ki, Azərbaycanda "Caspel"-dən başqa İT şirkəti yoxdur. Tenderlərin şəffaf keçirildiyi halda bir şirkətin bu qədər tenderi udması yumşaq desək, inandırıcı görünmür. Ancaq Azərbaycandakı tender və satınalmalar reallıqlarını nəzərə alanda burada qeyri-adi heç nə yoxdur – kim dövlət qurumları ilə “vaxtında dil tapıbsa”, qalib də odur...
Satınalan təşkilatın adı Satınalma predmeti Qalibin adı Təklifin qiyməti Yekunlaşma tarixi
1 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ CCTV üçün mərkəzi şəbəkə kommutatoru və əlaqədar quraşdırılması, təlim və dəstək xidmətləri "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 208.270 AZN
2 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Dövlət Vergi Xidmətində kibertəhlükəsizliyin təmin olunması üçün lisenziya, proqram təminatları və quraşdırılması ilə əlaqədar xidmətlər "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1.299.180 AZN
3 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Avadanlıqların (Kompüter avadanlıqları və aksesuarları) satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 554.588,2 AZN
4 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Oracle” verilənlər bazası üçün lisenziyaların və alətlərin (Şəbəkə əməliyyat sisteminin təkmilləşdirilməsi proqramı) satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 943.893,8 AZN
5 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Hiper Konvergent İnfrastrukturunun qurulması və tətbiqi ilə bağlı malların və əlaqədar xidmətlər "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 6.850.667 AZN
6 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Verilənlərin saxlanması sistemi, məlumat saxlama sisteminin təkmilləşdirilməsi, server və məlumat saxlama avadanlıqları kommutatoru, avadanlıq və proqram təminatının texniki dəstəyinin uzadılması (Kompüter məlumat saxlama idarəetmə sistemləri) "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 4.644.018,62 AZN
7 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin əsas inzibati binasında fəlakətə davamlı konfiqurasiyada 30 audio terminalı və 10 şəxsi mobil agenti birləşdirmək üçün telefon stansiyasının proqram təminatının lisenziyasının, aparat kompleksinin, quraşdırılması, sazlaması, dizayn, sənədlərin hazırlanması işlərinin görülməsinin, zəmanət və təlim xidmətlərinin göstərilməsi”nin satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 173.441,12 AZN
8 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Lisenziyalar”ın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 32.184,5 AZN
9 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Kompüter, ofis avadanlıqlarının və fiziki yaddaşlar”ın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1.928.862,22 AZN
10 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Oracle və Windows Remote Desktop Server lisenziyaları”nın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 189.331 AZN
11 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Texnoloji avadanlıqlar”ın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 240.697,58 AZN
12 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Server üçün avadanlıqlar”ın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2.189.808,6 AZN
13 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Məlumat saxlama həlli (storage) Hitachi üçün əlavə rəf və disklərin və texniki dəstək xidmətlərinin göstərilməsi”nin satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 511.691,66 AZN
14 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Lisenziyaların və dəstək xidmətlərinin göstərilməsi”nin satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2.114.122,22 AZN
15 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Audio-video müşahidə sisteminin zəruri qurğuları və proqram təminatı lisenziyalar”ın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 271.180,52 AZN

Satınalan təşkilatın adı Satınalma predmeti Qalibin adı Təklifin qiyməti
16 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Dell Poweredge serverləri üçün əməliyyat yaddaşları və VxRAIL Hiperkonvergent İnfrastruktur (HCI) klasterin qurulması üzrə avadanlıqların, proqram təminatı lisenziyaların, kabellərin və qida yuvaları”nın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 4.055.143,16 AZN
17 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Konfrans və toplantılar” İnformasiya Sisteminin yaradılması işlərinin görülməsinin və təlim xidmətinin göstərilməsi”nin satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 127.440 AZN
18 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Hitachi məlumat saxlama qurğusunun fiziki yaddaşları və Cisco şəbəkə avadanlıqları”nın satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 4.243.147,84 AZN
19 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Cisco şəbəkə avadanlıqlarının, əlaqə modullarının, lisenziyaların, texniki dəstək xidmətlərinin göstərilməsinin və quraşdırma işlərinin görülməsi”nin satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1.104.241,64 AZN
20 "AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Cisco şəbəkə avadanlıqlarının, əlaqə modullarının, lisenziyaların, texniki dəstək xidmətlərinin göstərilməsinin və quraşdırma işlərinin görülməsi”nin satın alınması “Cisco şəbəkə avadanlıqlarının, əlaqə modullarının, lisenziyaların, texniki dəstək xidmətlərinin göstərilməsinin və quraşdırma işlərinin görülməsi”nin satın alınması "CASPEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1.111.062,04 AZN
C.Məmmədov, (azpolitika)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-10-2024, 17:04

AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... - “CASPEL” tenderi uddu

Bölgə / Sosial

6-09-2023, 12:23

Rafiq Cəlilovun 246 minlik yol təmiri - Cənub bölgəsinin tenderlərini udan “Birlik-3A” kimindir?

Gündəm / Cəmiyyət

10-09-2024, 14:12

1 manatlıq şirkət iki rayonda yolları təmir edir - Cəlilabadla Astarada tender oyunu

Gündəm / Cəmiyyət

4-10-2024, 16:44

“Nooga Development AZ” MMC -nin saytı yoxdur -Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərir

Gündəm / Cəmiyyət

15-10-2024, 19:57

“Rebuild Karabakh” sərgisini nazir müavinin qohumları təşkil edir – 40 min manat alacaqlar

Cəmiyyət

17-09-2024, 18:09

Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?

Araşdırma

13-05-2024, 01:56

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Cəmiyyət

25-09-2024, 18:43

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Gündəm / Cəmiyyət

27-09-2024, 10:01

Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?

Gündəm / İqtisadiyyat

7-08-2024, 13:40

Büdcədən qapazladıqları bəs deyilmiş kimi... - TENDER BAZARINDA DA MEYDAN SULAYIR...

Gündəm / Cəmiyyət

17-10-2024, 15:45

BU NƏDİ BELƏ: Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq? – Müəmmalı tender

Cəmiyyət

22-08-2024, 16:24

Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • Bu gün, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Bu gün, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Bu gün, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Bu gün, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Bu gün, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Bu gün, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Bu gün, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Bu gün, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Bu gün, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Bu gün, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Bu gün, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Bu gün, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Bu gün, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Bu gün, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Bu gün, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Bu gün, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Bu gün, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Bu gün, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Bu gün, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
  • Bu gün, 12:37
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Bu gün, 12:17
    Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO
  • Bu gün, 12:03
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Bu gün, 11:38
    Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
  • Bu gün, 11:13
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Bu gün, 10:47
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Bu gün, 10:33
    Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...
  • Bu gün, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Bu gün, 09:54
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Bu gün, 09:48
    Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar
  • Bu gün, 09:17
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Bu gün, 09:08
    Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..
  • Bu gün, 08:55
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • Dünən, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Dünən, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə