Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib

18.11.2026 18:42 28 1 dəq oxunur
Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb.

Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq saxlama çənləri, Afipski NEZ-də isə neft emalı qurğusu zədələnib.

Məlumatda bildirilir ki, hər iki müəssisənin ümumi illik neft emalı gücü təxminən 13 milyon ton təşkil edir.

Krasnodar diyarının əməliyyat qərargahı isə noyabrın 18-nə keçən gecə Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumundan sonra iki müəssisədə yanğın baş verdiyini açıqlayıb.

Yerli hakimiyyət orqanları həmin müəssisələrin adlarını açıqlamayıb.

Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az