Təhsildəki xaos və qarşıdurma nədən qaynaqlanır?! - İLGİNC FAKTLAR
İslahat şousunun davam etdiyi son 7 il təhsilin qara zolağı hesab olunur. Bunu anlamayan, qəbul etməyən və ya əksini düşünən demək olar yoxdur. Artıq istər təhsil sahəsində çalışan, istər adi vətəndaş, istərsə də daha yüksək kürsü sahibləri olsun, hamı təhsildəki islahat şousunun cəmiyyəti aldatmaqdan başqa bir şey olmadığını yaxşı bilir.
Təhsil sahəsində işi bilənlər ya baş götürərək digər sahələrə qaçıblar, ya da küncə sıxışdırılıblar. *Qərar vermək, söz demək səlahiyyətində olanlar işi bilmir, işi bilənlərin qərar vermək səahiyyəti yoxdur.* Hər bir qərar, hər bir addım Əmrullayev komandasını daha da ifşa edir, gülünc vəziyyətlərini bir az da dərinləşdirir.
Təsadüfi deyil ki, son günlər nazir görünmür, "iti məntiqi" ilə danışdığı fikirlərə, etdiyi çıxışlara görə gündəmi zəbt etmir. Deyilənə görə lazım olan yerdən ona "bir az toxta!" deyilib.
Elm və Təhsil Nazirliyində, nazirliyin tabeliyindəki agentliklərdə, elmi müəssisələrdə genişlənən intriqa və çəkişmələr isə hamıya bəllidir. Nazir Emin Əmrullayev ətrafındakı öz komanda üzvlərini əsas postlara təyin etsə də, qarşı tərəflər də əlini yanına salıb dayanmır. Onlar da mühüm postlarda öz adamlarını irəli çəkir. Belə olan halda isə hər bir qurumda qruplaşmalar arasında çəkişmələr işləri daha bərbad hala salır.
Nazirliyin daxilindən başlasaq - nazir, müavini Kənan Kərimzadə və əksər şöbə müdirləri bir safda yer alırlar. Düzdür bəzi şöbə müdirləri qarşı tərəflərin adamı olsa da, bəzi xanım müdirlər rəhbərə yaxınlıq savaşında intriqa meydanına yuvarlansa da, əksər şöbə müdirləri vahid çətir altında görünürlər.
EMİN ƏMRULLAYEVİN VARİS PLANI- öz yerində KƏNAN KƏRİMZADƏNİ görmək istəyir.
Deyilənə görə Emin Əmrullayev xeyli vaxtdır varis planı üzərində baş sındırır, qızğın iş aparır, özündən sonra yerində müavini Kənan Kərimzadəni görmək istəyir. Buna görə də yeri gəldi-gəlmədi onu irəli verir, onun ağırlığı qədər kitabları olan rektorlar qarşısında "mühazirə" oxutdurur, başı çıxmayan mövzulardan xüsusi təkəbbürlə ağız dolusu danışdırır.
Nazirliyin mətbuat xidmətində nazirlə paralel onun da PR-ı üzərində iş gedir. Kənan Kərimzadə üçün xüsusi tezislər hazırlanır, onu təhsil bilicisi, müdrik və yetkin kadr kimi təqdim etməyə çalışırlar. Amma bilənlər bilir ki, onun boyu hara qədərdir...
Yaxın Şərqdən əsən səmum yelləri...
Agentliklərə gəlincə, nazir Təhsildə Keyfiyyət Təminatı Agentliyinə özünə bağlı şəxs olan Tural Əhmədovu təyin etsə də, onun fəaliyyətinin qiymətini bu yaxınlarda Hesablama Palatası verdi. Maliyyə pozuntuları, diplomların tanınmasında yol verilən nöqsanlar və fəaliyyət uyğunsuzluğunu göstərən çoxsaylı xətalar bu sahədəki fiaskonu hamı üçün aydınlatdı. Nə hikmətdirsə bakalavr və magistr dərəcəsində regionşünaslıq, sosial elmlər və beynəlxalq münasibətlər kimi həftəbeçər ixtisaslara yiyələnmiş Tural Əhmədovu Yaxın Şərqdən əsən səmum yelləri təhsildə olmayan KEYFİYYƏT TƏMİNATININ (!) başına gətirib çıxarıb. Yaxından tanıyanlar deyirlər ki, tabeliyindəki kollektiv arasında təkəbbürü o qədər böyükdür ki, nəinki orta məktəb, peşə liseyi, kollec, həmçinin ali məktəblərin təcrübəli rəhbərlərinə belə dərs keçməyə çalışır, özünü və rəhbərlik etdiyi qurumu gülünc vəziyyətə salır. Bu mübah Agentlik direktoru əslində təhsildə keyfiyyətə nəzarət etməli olsa da, öz rəhbərlik etdiyi qurumda belə keyfiyyətli iş qura bilmir. Bütün qərarlarını öz kafası və ya ətrafındakı 1-2 sevimli "baş üstə" deyən işçilərlə verir, peşəkar, savadlı kadrları dinləməyi sevmir.
Axı o, Azərbaycan Dillər Universitetində regionşünaslıq ixtisası üzrə bakalavr, İsrail Yerusəlim İbrani Universitetində sosial elmlər üzrə magistr dərəcəsi alıb. Ürəyi sakitləşməyən Tural Əhmədov Azərbaycan Dillər Universitetində regionşünaslıq ixtisası üzrə dübarə magistr dərəcəsi alıb. Bu da bəs etməyib, atalar üçdən deyib prinsipi ilə Sirakuz Universitetində beynəlxalq münasibətlər üzrə üçüncü magistr dərəcəsini alaraq nə qədər əli çatan ixtisas var qatıb-qarışdırıb bir-birinə.
2015-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. Arxasındakı əl öz işini görüb,
1 dekabr 2023-cü ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin son zamanlar ali məktəblərin akkreditasiyası ilə bağlı kəskin qərarları, artıq 2 universitetin fəaliyyətinin dayandırılması da birmənalı qarşılanmayıb, sifarişli nüfuz savaşının təzahürləri kimi şərh olunur. Məlumata görə Elm, Ali və Orta İxtisas Təhsili üzrə Dövlət Agentliyi də bu qərarların əsasları ilə bağlı ciddi şübhələrini və dəlilləri daha üst qurumlara çatdırıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti də gözlənilən nəticələrə yaxınlaşa bilmədi. 2016-cı ildə böyük ümidlərlə yaradılmış Agentlik ilk illərdə xeyli uğurlar qazansa da, son illərdə inkişaf tempini tamamilə itirib.
Agentliyin direktoru İlqar Bayramlı 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsilini tamamlayıb. Amma nə sirdirsə elmi içini müdafiə edə bilməyib. Sonra Ali Hərbi Məktəbdə müəllim kimi çalışıb. Daha sonra “Neftçi” PFK-da Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib. Karyera axtarışında uzun yollar keçən İlqar Bayramlı bundan sonra “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi çalışıb, daha sonra Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri, həmçinin İdarə Heyəti sədrinin birinci müavini olub. 2022-2025-ci illərdə Elm vəh Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, hamisi və şöbə müdiri Kənan Kərimzadə nazir müavini getdikdən sonra isə şöbə müdiri olub. 2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib.
2025-ci ilin dekabr ayından Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib. Yəni axır ki, hamilərinin dəstəyi ilə bir Dövlət Agentliyinin direktoru olmağı bacarıb.
O, yerini tapdığını düşünsə də, Peşə Təhsili üzrə Dövlət Agentliyi özünə uğurlu rəhbər tapa bildimi?! Əsas sual budur! Təkcə ictimailəşən məlumatlar əsasında deyə bilərik ki, İlqar Bayramlı bu sahənin adamı deyil. Agentliyin daxilindəki pıçapıçlar, şəxsi münasibətlər əsasında aparılan kadr təyinatları, Peşə liseylərinə direktorların seçimindəki qaranlıq məqamlar (Salyan, Ağdaş və digər rayonlardakı biabırçılıqlar), qeyri-şəffaflıq (bit neçə peşə liseyi direktoru ilə bağlı hüquq-mühafizə orqanları tədbir görüb) əsas məqsədin peşə hazırlığı dərdi olmadığını ortaya qoyur. Peşə liseylərinin maliyyə-təsərrüfat işlərinin vəziyyəti, onların infrastrukturundan ayrı-ayrı şəxslərin biznes məqsədləri üçün istifadə etməsi və digər çoxsaylı neqativ məsələlər var ki, onlara da Hesablama Palatası və ya digər aidiyyatı qurumlar göz qoymalıdır. Hətta Elm və Təhsil Nazirliyinin gənc şöbə müdirlərindən birinin atasının kolbasa-sosiska istehsalı müəssisəsi Bakıdakı peşə liseylərindən birinin bazasında yarımleqal fəaliyyət göstərir. Digər bütün hallarda da peşə liseylərinin infrastrukturundan (binalar, ərazilər, texnika, kənd təsərrüfatı təyinatlı torpaqlar və s) istifadəyə görə əldə olunan böyük məbləğlər leqal maliyyə daxilolması kimi qeydə alınmır. Necə deyərlər, GƏLİR gəlir, amma GƏLİR hara gedir (?!) bunu da İlqar Bayramlı bilər.
Peşə təhsilinin bütün dünyada qəbul olunan əhəmiyyəti təəssüf ki, Azərbaycanda anlaşılmadı. Peşə məktəbləri orta məktəbi başa vura bilməyən uşaqlar üçün son sığınacağa çevrilib.
P.S. Davamı var...
FRAKSİYA.az

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]