Sizin reklam burada 728×90
Son dəqiqə

Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək

18.11.2026 11:17 37 1 dəq oxunur
Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək.

Növbəti qəbul noyabrın 20-də saat 11:00-da Naxçıvan şəhərində (Heydər Əliyev prospekti, 66, Naxçıvan Şəhər İcra Hakimiyyətinin binası) baş tutacaq.

Görüşdə Naxçıvan şəhərinin, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

"Azəriqaz" vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız Birliyin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Regional Qaz İstismarı İdarəsinə (tel.: 036-545-06-91, 050-845-66-06) müraciət edə bilərlər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az