Sizin reklam burada 728×90
Son dəqiqə

Azər Məmmədov Xızıda vətəndaşları qəbul edəcək

25.02.2026 09:33 98 1 dəq oxunur
Azər Məmmədov Xızıda vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu Xızı rayonunda keçiriləcək.

İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu fevralın 27-də saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az