Sizin reklam burada 728×90
Son dəqiqə

Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Prezident İlham Əliyevə təşəkkür edib

17.11.2026 14:46 39 1 dəq oxunur
Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Prezident İlham Əliyevə təşəkkür edib
Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Tamara Mirzəyeva bəstəkarın nəşinin vətənə gətirilməsi və dəfn mərasiminin təşkili istiqamətində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Tamara Mirzəyeva bəstəkarın son mənzilə yola salınması üçün göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu çətin günlərdə ailəsinə dövlət dəstəyinə görə təşəkkürünü ifadə edib.

Xatırladaq ki, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da Almaniyada vəfat edib. Onun nəşinin Almaniyadan Azərbaycana gətirilməsi və dəfn mərasiminin təşkili ilə bağlı zəruri işlər Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı tərəfindən həyata keçirilib. Mərhum noyabrın 15-də Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az