Sizin reklam burada 728×90
Son dəqiqə

Oman və İranın XİN başçıları dəniz dəhlizlərinin təhlükəsizliyini müzakirə ediblər

17.11.2026 11:00 30 1 dəq oxunur
Oman və İranın XİN başçıları dəniz dəhlizlərinin təhlükəsizliyini müzakirə ediblər
Omanın xarici işlər naziri Bədr əl-Busaidi və iranlı həmkarı Abbas Əraqçi Masqatda keçirilən görüşdə gəmiçiliyin təhlükəsizliyini və Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər.

Bu barədə Omanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Nazirlər dəniz dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz beynəlxalq gəmiçiliyin, ticarətin təmin edilməsinin vacibliyini, eləcə də siyasi və diplomatik əlaqə kanallarının açıq saxlanılmasının zəruriliyini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Tərəflər, həmçinin məsuliyyətli diplomatik səylərin davam etdirilməsinin və dialoqa, ümumi maraqlara, eləcə də dövlətlərin suverenliyinə hörmətə əsaslanan yanaşmaların tətbiqinin vacibliyini vurğulayıblar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az