Sizin reklam burada 728×90
Son dəqiqə

İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb

12.04.2025 10:57 325 1 dəq oxunur
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb.

Bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqaiyə istinadən bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Danışıqlardan əvvəl o, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək.

ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.

Nümayəndə heyətlərinin İranın nüvə proqramını müzakirə edəcəyi ehtimal olunur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az