Sizin reklam burada 728×90
Son dəqiqə

“Təbriz” MTK-nın rəhbərinə 11 il həbs verildi - “Atland” müsadirə edildi

16.11.2026 13:46 33 1 dəq oxunur
“Təbriz” MTK-nın rəhbərinə 11 il həbs verildi - “Atland” müsadirə edildi
“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə tərkibi müttəhimi verilmiş ittihamlarla təqsirli hesab edib.

Hökmə əsasən N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum edilib. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, üzərinə həbs qoyulmuş Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.

Məlumatı vəkil Ceyhun Yusifov saytımıza təsdiq edib. Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb. Nofəl isə bu işdə qayınatası T.Qədəşovu ittiham edirdi. Onlar istirahət mərkəzinə şərik olublar.

Bizimesr.info
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az