Sizin reklam burada 728×90
Son dəqiqə

Hörmüz boğazında iki neft tankerində güclü partlayış baş verib

16.11.2026 09:47 39 1 dəq oxunur
Hörmüz boğazında iki neft tankerində güclü partlayış baş verib
Hörmüz boğazında iki neft tankerində dəniz minalarına düşmə nəticəsində güclü partlayış olub.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, partlayışlar bir neçə saat ərzində davam edib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin bildirdiyinə görə, hər iki tanker ABŞ hərbi təyyarələrinin dəstəyi və zabitlərinin birbaşa idarəçiliyi ilə Hörmüz boğazının icazəsiz cənub marşrutu ilə keçməyə cəhd edərkən dəniz minalarına düşüb.

Məlumatda qeyd olunub ki, dünəndən indiyədək Hörmüz boğazında alova bürünərək batan tankerlərin sayı altıya çatıb.

SEPAH Hərbi Dəniz Qüvvələri partlayışlar nəticəsində yaranan çirklənmənin Hörmüz boğazının bütün sularına yayıldığını bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az