Sizin reklam burada 728×90
Son dəqiqə

Məktəb qarşısında avtoxuliqanlıq edən çoban həbs olundu

16.11.2026 09:22 27 1 dəq oxunur
Məktəb qarşısında avtoxuliqanlıq edən çoban həbs olundu
[b]Biləsuvarda orta məktəbin qarşısında avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs olunub.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Çaylı kəndində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü şəxs atasına məxsus "VAZ-2106" markalı avtomobili qəfildən sürətləndirməklə təkərləri yolun səthi ilə sürtməklə, səslər çıxarıb.

Polisin araşdırması ilə şəxsin kimliyi müəyyən olunub. Onun çoban kimi fəaliyyət göstərdiyi bəlli olub.

Barəsində protokol tərtib edilən şəxs məhkəmənin qərarı ilə 20 sutka müddətinə inzibati qaydada həbs olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az