• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanın zəfərinin qlobal önəmi- "C5+1"i reallaşdıran Zəngəzur dəhlizi - ŞƏRH

Gündəm / Siyasət

7-11-2025, 15:19

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib. Noyabrın 6-da keçirilən bu görüşdə liderlər bir sıra böyükmiqyaslı sazişlər imzalayıblar.

Kasım-Jomart Tokayev ABŞ prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Orta Dəhlizin inkişafına kömək edəcək "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nu (TRIPP, Zəngəzur dəhlizi) dəstəklədiyini bildirib.

Qazaxıstan lideri bununla da Mərkəzi Asiya ilə ABŞ, Avropa İttifaqı arasında əlaqənin marşrutunu açıqlayıb. Bu, həm də o deməkdir ki, Xəzərdən keçəcək Orta Dəhlizin davamı Zəngəzur dəhlizi olacaq. Bu baxımdan, "C5+1" (Mərkəzi Asiya ölkələri + ABŞ) əməkdaşlığına dair bəzi məqamlara da diqqət yetirmək yerinə düşər.

Donald Tramp ABŞ-nin Qazaxıstanla çoxşaxəli strateji tərəfdaşlığını daha da gücləndirməyə hazır olduğunu təsdiqləyib.

Tərəflər energetika və infrastrukturdan kənd təsərrüfatına qədər müxtəlif iqtisadi sahələri əhatə edən 17 milyard dollardan çox məbləğində kommersiya sazişlərinin imzalanmasını alqışlayıblar.

Azərbaycanın zəfərinin qlobal önəmi- "C5+1"i reallaşdıran Zəngəzur dəhlizi - ŞƏRH

Qazaxıstanın "Air Astana" aviaşirkəti "Boeing" şirkəti ilə 15 "B787-9 Dreamliner" təyyarəsinin tədarükü haqqında müqavilə imzalayıb. Bu sifariş 2026-2027-ci illərdə çatdırılması planlaşdırılan üç "Boeing 787-9" təyyarəsinin tədarükü haqqında daha əvvəl bağlanmış sazişi tamamlayır. Onların ümumi sayı 18 olacaq. "Air Astana"dan bildirilib ki, yeni sifariş 2032-2035-ci illər arasında çatdırılacaq. 18 "Boeing 787-9" tipli təyyarə parkının mühərriklər də daxil olmaqla ümumi kataloq dəyəri 7 milyard dollardır.

Qeyd edək ki, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan prezidentləri noyabrın 6-da Ağ Evdə Donald Trampla görüşüblər.

ABŞ dövlət katibi Marko Rubio dövlət başçılarının qəbulu tədbirində Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələrin yeni mərhələsinin başlandığını bəyan edib, O, regionla iqtisadi və siyasi tərəfdaşlığı gücləndirmək niyyətində olduqlarını vurğulayıb: "Bizim maraqlarımız üst-üstə düşür və bu, uzunmüddətli tərəfdaşlıq üçün əsas yaradır. Belə görüş son dəfə on il əvvəl keçirilmişdi – itirilmiş zamanı bərpa etmək vaxtıdır".

Dövlət katibi əlavə edib ki, ABŞ qarşılıqlı fayda üçün çalışır, Mərkəzi Asiya ölkələri öz resurslarını inkişaf etdirmək və iqtisadiyyatlarını diversifikasiya etmək, Ştatlar isə Amerika innovasiyalarının və biznesinin yeni bazarlarını açmaq istəyir.

ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau isə deyib ki, dünya böyükdür və lazımi diqqəti almayan regionlar var. Onlar arasında vaxtilə Sovet İttifaqının bir hissəsi olmuş, indi isə artıq 35 ildir ki, müstəqil olan Mərkəzi Asiya respublikaları var: "ABŞ üçün əməkdaşlığa daha aktiv şəkildə qoşulmaq vaxtı gəlib".

Avropa İttifaqının ardınca ABŞ-nin Mərkəzi Asiya ölkələrinə yenidən diqqət ayırması bir sıra baxımlardan önəmlidir:

- Bu ölkələr Türk Dövlətləri Təşkilatının üzvü, müşahidəçidir. Odur ki, belə bir əlaqələrin qurulması, əməkdaşlığın inkişaf etdirilməsi TDT-nin də maraqlarına uyğun olur. Bu, Mərkəzi Asiya (Türküstan) - Azərbaycan (Cənubi Qafqaz) -Türkiyə zəncirinin, vektorunun gücünü və rolunu artırar;

- Mərkəzi Asiyanın təhlükəsizliyi gücləndirilər;

- Pakistan və Əfqanıstanın bu xəttə qoşulmağa marağını cəlb edər;

- Rusiyanın aqressiv münasibəti, Çinin isə Mərkəzi Asiyadakı qonşularının hesabına maraqlarının təminatına qarşı alternativ güc yaranar;

- ABŞ-nin regiona ənənəvi yanaşması dəyişər. Vaşinqton təbii ehtiyatlar, nadir minerallar, habelə neft və təbii qazla zəngin bölgəyə münasibətdə əməkdaşlığı üstün tutar, qarşılıqlı fayda və iqtisadiyyatların inkişafına əsaslanan gerçək tərəfdaş ola bilər;

- ABŞ başda olmaqla karbohidrogen daşıyıcılarının nəqli üçün şaxələnmiş marşrut təmin olunar;

- Ştatların, Rusiya və Çinin bölgəyə ənənəvi yanaşması dəyişər və s.

Odur ki, "C5+1" çərçivəsində əməkdaşlığın əsas istiqamətlərinə bunlar daxil ola bilər: ticarət, nəqliyyat, energetika, transsərhəd təhdidlərə və təhlükəsizlik çağırışlarına qarşı mübarizə və başqaları.

Qazaxıstan dünyanın ən böyük uran istehsalçısıdır, Özbəkistanda nəhəng qızıl ehtiyatları var, Türkmənistan isə qazla zəngindir. Dağlıq Qırğızıstan və Tacikistan da yeni mineral yataqları aşkar edir.

Donlad Tramp qonaqların şərəfinə verdiyi şam yeməyində deyib: "Biz iqtisadi tərəfdaşlığımızı möhkəmləndiririk, təhlükəsizlik sahəsində əməkdaşlığımızı təkmilləşdiririk və ortaq əlaqələrimizi genişləndiririk".

ABŞ lideri sosial şəbəkədə Özbəkistanla "inanılmaz ticarət və iqtisadi saziş" imzaladıqlarını elan edib. Onun sözlərinə görə, bu, üç il ərzində Daşkəndin ABŞ iqtisadiyyatının əsas sektorlarına - aviasiya, kənd təsərrüfatı və IT sahələrinə təxminən 35 milyard dollar, 10 il ərzində 100 milyard dollardan çox sərmayəsini əhatə edir.

Yeri gəlmişkən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının heç bir prezidenti Mərkəzi Asiyaya sizin kimi münasibət bəsləməyib" açıqlaması da Vaşinqtonun bu regiona münasibətini aydın xarakterizə edir.

Çünki Mərkəzi Asiyanın mineral ehtiyatları uğrunda artan rəqabətdə ənənəvi olaraq Rusiya və Çin üstün mövqedədir.

Bu il Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin bölgədə səfərdə olublar.

Mərkəzi Asiya uğrunda rəqabətdə və ya yarışda ABŞ müəyyən mənada mövqeləri əldən verib. "ABŞ-Mərkəzi Asiya" formatında görüşlər 2015-ci ildən keçirilir. İlk belə görüş Özbəkistanın Səmərqənd şəhərində reallaşıb. Ancaq görüşlərin əksəriyyəti diplomatik qurumların rəhbərləri səviyyəsində keçirilib. Bu, ABŞ-nin bəhs etdiyimiz formata soyuq münasibətinə örnəkdir. 2023-cü ildə ozamankı ABŞ Prezidenti Co Bayden ilk dəfə olaraq Mərkəzi Asiya ölkələrinin beş lideri ilə BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində görüşüb.

4 milyon kv/km-lik sahəsi olan bu bazarda Çin və Rusiya möhkəmlənir. Xüsusən, nəzərə almaq lazımdır ki, onlar keçmiş sovet respublikalarıdır. Bu dövlətlərin Rusiya ilə bağlılığı zəif deyil. RF-nin bütün istiqamətlərdə təsirindən azad olmaq, yaxud onu zəiflətmək üçün Çin alternativ olub. Bu Xalq Respublikası ilə Mərkəzi Asiya arasında etnik məsələlərə baxışda müəyyən mənada fikir ayrılığı mövcuddur. Rəsmi Pekin bu məsələdən region dövlətlərinə təzyiq kimi istifadə edə bilir. Ona görə də Mərkəzi Asiya dövlətləri üçün bu kimi problemlərlə üzləşməsi üçün əsası olmayan ABŞ, Avropa İttifaqı ilə əlaqələrin qurulması daha əlverişli və faydalı sayılır.

Bu baxımdan, Qazaxıstan lideri bu əlaqələri "təbii və məntiqi" adlandırıb.

Beləliklə, ABŞ-dəki indiki görüş dövlət başçıları səviyyəsində ikinci, Ağ Evdə keçirilən ilk görüşdür.

"Reuters" agentliyinin qeyd etdiyi kimi, sammitin keçirilməsinin əsas səbəblərindən biri Mərkəzi Asiyanın mineral ehtiyatları uğrunda getdikcə daha da aktivləşən rəqabətdir - bu regionda ənənəvi olaraq Rusiya və Çin dominant mövqedədirlər.

Bu görüş ərəfəsində Qazaxıstan və Rusiya taxılı Azərbaycandan keçərək dərmir yolu vasitəsi ilə Ermənistana nəql olundu. Oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Ermənistana olan tranzit yüklərin daşınması qadağasının aradan qaldırıldığını elan etmişdi.

Zəngəzur dəhlizi (TRİPP), Orta dəhlizlə yük daşımaların artması, "C5+1" əlaqələri bir hadisədən – Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra baş verir. Deməli, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması həm də Mərkəzi Asiya (Türküstan) - Azərbaycan (Cənubi Qafqaz) -Türkiyə zəncirinin, vektorunun fəaliyyətini əngəlləməyə hesablanıbmış.

Hadisələr təsdiq edir ki, "C5+1" formatının reallaşması da Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə mümkündür.

Bu baxımdan, Mərkəzi Asiya ilə Qərb blokunun əməkdaşlıq yolu Azərbaycandan - TRİPP-dən keçir. Bunun reallaşmasında isə Zəfər Gününün, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin əvəzsiz rolu var. Bu, həm də Azərbaycanın zəfərinin regional və qlobal əhəmiyyətini nümayiş etdirir.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

18-10-2025, 12:00

Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir - MÜSAHİBƏ

Gündəm / Cəmiyyət

14-02-2025, 15:09

Azərbaycanın Somali ilə əməkdaşlığı – Afrikada genişlənən əlaqələr - ŞƏRH

Siyasət

21-05-2025, 18:39

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB

Siyasət

22-10-2025, 17:18

Azərbaycan-Qazaxıstan münasibətləri: Türk dünyasında sıx əməkdaşlığa doğru - ŞƏRH

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Siyasət

6-09-2025, 17:47

Zəngəzur dəhlizi: Cənubi Qafqazı qlobal nəqliyyat marşrutlarının qovşağına çevirəcək yol - ANALİTİKA

Gündəm / Siyasət

29-12-2024, 16:05

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Dünən, 23:00
    AID Group ətrafında istintaq dərinləşir: həbs, dindirmələr və pulunu geri istəyən müştərilərə “fəaliyyət bərpa olunacaq” vədi
  • Dünən, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • Dünən, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • Dünən, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • Dünən, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • Dünən, 17:46
    İran İraq ərazisini vurdu
  • Dünən, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • Dünən, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
  • Dünən, 16:36
    Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
  • Dünən, 16:29
    Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
  • Dünən, 16:09
    Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
  • Dünən, 15:52
    Musiqi məktəbin direktoru olmuş Elşad Məmmədovun işi üzrə məhkəməni uzatmaqda hakim Vüsal Qurbanovun məqsədi nədir – ŞİKAYƏT
  • Dünən, 15:19
    DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib
  • Dünən, 15:09
    800 manata 3 günlük İŞGƏNCƏ! – “A Frame by EastWest”dən şikayət
  • Dünən, 13:11
    Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
  • Dünən, 13:04
    Göygöldə şok iddialar: Tender maxinasiyası, rüşvət və saxta əlillik faktları! VİDEO
  • Dünən, 12:52
    Sabah Azərbaycanda yağış yağacaq
  • Dünən, 12:28
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqədən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur
  • Dünən, 12:03
    Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
  • Dünən, 11:45
    AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir “Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir
  • Dünən, 11:20
    Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək
  • Dünən, 11:12
    MAŞTƏĞADA “KEYFİ ƏT DÖNƏR”İN ÜSTÜNDƏ NƏ BAŞ VERİR?
  • Dünən, 10:49
    Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 10:34
    “Azəriqaz”ın baş direktoru səni deyirlər: “Hörmətli” Azər müəllimə açıq məktub — 1/4-lük böyük hörmət
  • Dünən, 09:50
    Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
  • Dünən, 09:37
    AYNA əlillərə "ŞAH" elan edib, ac və dərmansız ölümə məhkum ediilənlər... VİDEO
  • Dünən, 09:20
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq
  • 10-08-2026, 19:11
    Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
  • 10-08-2026, 18:54
    Baş Prokurorluq ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirir-FOTO
  • 10-08-2026, 18:25
    Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
  • 10-08-2026, 18:04
    Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı
  • 10-08-2026, 17:43
    MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
  • 10-08-2026, 17:16
    Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
  • 10-08-2026, 16:50
    Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə