• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Zəngəzur dəhlizi: Cənubi Qafqazı qlobal nəqliyyat marşrutlarının qovşağına çevirəcək yol - ANALİTİKA

Siyasət

6-09-2025, 17:47

Tarix boyu yollar xalqların taleyini dəyişən strateji arteriyalar olub. İndiki dövrdə də, bir çox ölkələr beynəlxalq dəhlizlərin iştirakçısı olmaqla xalqlarının həyatına müsbət dəyişiklər gətirməyə çalışırlar.

Azərbaycan da bu istiqamətdə böyük inkişaf yolu keçib. Ölkəmiz bir çox dəhlizlərin iştirakçısı, eləcə də dəhlizlərin fəaliyyətinə güc qatan mühüm layihələrin təşəbbüskarı olub.

Hazırda Azərbaycan üçün Zəngəzur dəhlizi ("Tramp marşrutu") məhz belə bir layihədir. Uzun illər Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən bu dəhliz Ermənistanın işğalı nəticəsində fəaliyyətini dayandırmış, muxtar respublika təcrid vəziyyətinə düşmüşdü. 2020-ci ilin 10 noyabr Bəyanatı isə yeni səhifə açdı. Zəngəzur dəhlizinin bərpası gündəliyə qayıtdı və Azərbaycanın strateji inkişaf xəritəsinin mərkəzinə çevrildi. Lakin Ermənistan tərəfi ötən 5 il ərzində dəhlizin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bununla belə ötən ayın 8-də Vaşinqton şəhərində ABŞ-nin prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Birgə Bəyannamə Zəngəzur dəhlizinin həyata keçirilməsinə yeni nəfəs verdi.

Zəngəzur dəhlizi: Cənubi Qafqazı qlobal nəqliyyat marşrutlarının qovşağına çevirəcək yol - ANALİTİKA

Dəhlizin Azərbaycan hissəsində tikinti, bərpa işləri tam sürətlə davam edir

Dəhlizin dəmir yolu seqmenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasına 2021-ci ildən başlanılıb. Yeri gəlmişkən, 110,4 kilometrlik (yan yollarla birlikdə 140,6 kilometr) Horadiz-Ağbənd dəmir yolu xətti təkxətlidir və hələki elektrikləşdirilməyib. Marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulur.

Horadiz-Ağbənd dəmir yolu xətti coğrafi olaraq mürəkkəb ərazilərdən keçsə də, qısa zaman kəsiyində bu istiqamətdə layihələndirilmə işlərinin 84 %-i yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi isə 67 %-ə çatıb. Ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi işləri davam etdirilir. Eyni zamanda, dəmir yolu xəttinin 72-82 kilometr hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib.

Bununla yanaşı Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 75,6 kilometr, yan yollarla birlikdə isə 87 kilometr hissəsində rels-şpal çərçivələri qoyulub, 65,6 kilometr hissəsinə isə uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin 75-106 kilometr aralığında torpaq işləri və mühəndis qurğuların tikintisi işləri davam etdirilir.

Ümumiyyətlə, bu layihə üzrə tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Birinci mərhələdə Horadiz, Yuxarı Mərcanlı və Şükürbəyli dəmir yolu stansiyalarını da əhatə edən xəttin 0-30 kilometr hissəsi üzrə fiziki tərəqqi 89 % təşkil edir. İkinci mərhələ üzrə isə Soltanlı, Qumlaq, Həkəri və Mincivan dəmir yolu stansiyalarını da əhatə edən xəttin 30-85 kilometr hissəsi üzrə fiziki tərəqqi 80 %-dir. Bu mərhələ çərçivəsində 1 ədəd tunelin, 1 ədəd qalereyanın və 2 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam etdirilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin 3-cü mərhələsi Mincivan, Bartaz və Ağbənd dəmir yolu stansiyaları daxil olmaqla 85-110 kilometr hissəsi üzrə fiziki tərəqqi 41 % təşkil edir. Hazırda bu mərhələ çərçivəsində 1 ədəd körpünün, 3 ədəd tunelin və 1 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam etdirilir. Azərbaycanda ən uzun dəmir yolu tuneli də Horadiz-Ağbənd dəmir yolu xəttində yerləşir. Onun uzunluğu 1071 metrdir

Bu məqamda qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttində işlər başa çatdırıldıqdan sonra onun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Bu dəmir yolu xəttində işlərin gələn il tamamlanması gözlənilir.

Yol infrastrukturuna yatırım gələcək dividendlərin təminatçısıdır

Zəngəzur dəhlizi çərçivəsində ölkədə dəmir yolu xətlərinin tikintisi ilə paralel olaraq avtomobil yolları da inşa olunur. Buna misal olaraq uzunluğu 149,902 kilometr olan Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunu göstərmək olar. Bu layihə çərçivəsində anayolun uzunluğu 123,566 kilometr, qovşaq yollarının ümumi uzunluğu isə 26,336 kilometrdir. Yolun texniki dərəcəsi 1B olmaqla, hərəkət hissəsinin eni 14–21 metr, torpaq yatağının eni isə 21,5–29,5 metr arasında dəyişir. Yol boyu 4–6 hərəkət zolağı nəzərdə tutulur.

Bundan başqa, layihə üzrə 8 qovşaq inşa olunur. Qovşaq yollarının ümumi uzunluğu 26 kilometrdən artıqdır. Həmçinin layihədə ümumilikdə 260 ədəd dairəvi boru (16 723 m), 55 ədəd düzbucaqlı boru (3 526 m), 55 ədəd altkeçid (3 781 m), 28 ədəd körpü (2 090 m – 16-sı su ötürücü, 12-si yol ötürücü), 3 ədəd tunel (ümumi uzunluğu 12 032 m), 1 500 m istinad divarı (500 m dəmir-beton, 1 000 m daş) və 950 min kubmetr asfalt işləri nəzərdə tutulub. Torpaq işləri ümumilikdə 61 milyon 386 min 373 kubmetr təşkil edir.

Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun tikintisi çərçivəsində torpaq yatağı üzrə qazma işləri 35 milyon 142 min 180 kubmetr, dolğu işləri isə 25,175 milyon kubmetr yerinə yetirilib.

258 ədəd dairəvi boru, 47 ədəd düzbucaqlı boru, 55 altkecid tikilib. Körpülər üzrə 22 ədədinin tikintisi tamamlanıb, 6 körpüdə işlər davam etdirilir.

Hazırda layihə üzrə fiziki işlərin ümumi tərəqqisi 95 % təşkil edir.

Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun tikinti işlərinin 2026-cı ilin yazında tamamlanması planlaşdırılır.

Avropayla Asiya arasında marşrutlar qısalacaq, xərclər azalacaq

Dəhliz tam istifadəyə verildikdən sonra Azərbaycan tranzit ölkə kimi statusunu möhkəmləndirəcək. İllik 15 milyon ton yükdaşıma təkcə vergi və rüsum gəlirləri ilə məhdudlaşmır – logistika, xidmət, yanacaq və turizm sektorlarında yeni iş yerləri yaradacaq.

Naxçıvanın uzun illər davam edən iqtisadi təcridi aradan qalxacaq, Culfa və Sədərək bölgələri regional ticarətin mərkəzinə çevriləcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları isə beynəlxalq bazarlara qoşularaq iqtisadi dirçəliş yaşayacaq.

Bununla yanaşı, dəhliz Avropa və Asiya arasında daşınma marşrutlarını qısaldacaq, alternativ yollar yaradacaq. Bu, yükdaşıma xərclərinin azalmasına, səmərəliliyin isə artmasına şərait yaradacaq.

Zəngəzur dəhlizi qlobal güclərin gündəmindədir

Göründüyü kimi dəhlizin Azərbaycan hissəsində tikinti, quruculuq işləri yaxın dövrdə tamamlanacaq. Azərbaycanın təşəbbüsləri Türkiyə ilə paralel irəliləyir. Bu yaxınlarda İğdırda təməli qoyulan Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açarı sayılır. 224 kilometrlik, iki xəttli və elektrikləşdirilmiş bu yol həm sərnişin, həm də yük daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni "Zəngəzur dəhlizinin onurğa sütunu" adlandıraraq onun strateji dəyərini vurğuladı.

Zəngəzur dəhlizinin önəmi artıq qlobal güclərin də gündəmindədir. ABŞ-nin dəstəyi ilə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi təsdiq olunub və Ermənistanın da bu çərçivədə əməkdaşlıq etməsi nəzərdə tutulur.

Azərbaycan isə Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləməklə Zəngəzur dəhlizini Avrasiyanın ən mühüm strateji seqmentlərindən birinə çevirir. Bu, təkcə Şərq–Qərb deyil, həm də Şimal–Cənub xəttinin güclənməsi deməkdir. Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq arenada maraq getdikcə artır.

Avropa İttifaqı dəhlizi Orta Dəhlizin vacib hissəsi kimi qəbul edir və Avropa ilə Asiya arasında ticarət həcminin artacağına diqqət çəkir. 2024-cü ildə Aİ–Çin ticarət dövriyyəsi 731 milyard avro təşkil edib və bu rəqəmin yüksələcəyi gözlənilir.

Türkiyə dəhlizi özünün Orta Asiyaya çıxışında əsas strateji xətt kimi görür. Hazırda Türkiyə ilə Mərkəzi Asiya arasında ticarət dövriyyəsi 12 milyard dolları ötüb.

Mərkəzi Asiya ölkələri də layihəyə maraq göstərir, çünki Aİ–Mərkəzi Asiya ticarət dövriyyəsi 2024-cü ildə 54 milyard dollar olub ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bu rəqəmi daha da artıracaq.

Beynəlxalq maliyyə institutları – Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı – 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcminin 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumunun 865 min TEU-ya yüksələcəyini proqnozlaşdırır. Bu isə Zəngəzur dəhlizinin strateji əhəmiyyətini daha da artırır.

Azərbaycanın qlobal nəqliyyat mərkəzi statusunu yüksəldəcək yol

Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvanla quru əlaqəsini bərpa etməklə ərazi bütövlüyünü gücləndirir. Ermənistan üçün isə yeni tranzit gəlirləri və beynəlxalq ticarətə qoşulmaq imkanı yaradır.

Ən önəmlisi, dəhliz Avrasiyanın şərqindən qərbinə, şimalından cənubuna qədər bütün marşrutları birləşdirən strateji qovşaqdır. Azərbaycanın təşəbbüsü ilə yaranan bu yeni logistika sistemi ölkəni etibarlı tərəfdaş və qlobal nəqliyyat mərkəzi statusuna yüksəldir.

XXI əsrin iqtisadiyyatında nəqliyyat dəhlizləri dövlətlərin gücünü və nüfuzunu müəyyən edən başlıca faktorlar sırasındadır. Azərbaycan isə Zəngəzur dəhlizi ilə təkcə öz potensialını artırmır, həm də bütün Cənubi Qafqazı qlobal ticarət xəritəsinin mərkəzinə gətirir.

Zəngəzur dəhlizi – sadəcə dəmir və asfalt yolları deyil, həm də sülhün, əməkdaşlığın və inkişafın yoludır.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

7-09-2023, 10:50

Hər kəsin çoxdan gözlədiyi XƏBƏR GƏLDİ - Zəngəzur dəhlizi ilə BAĞLI MÜJDƏ

Siyasət

11-07-2023, 19:26

İsrailli professor Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətindən yazıb

Siyasət

29-09-2023, 09:52

Türkiyəli deputat: “NATO PA-da Zəngəzur dəhlizi ilə bağlı təklifimiz qəbul edilib”

Gündəm / Dünya

14-09-2024, 12:24

KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Gündəm / Hərbi

22-09-2023, 17:27

Zəngəzur dəhlizi: Ermənistan razılaşacaq?

Gündəm / Siyasət

4-04-2024, 13:04

"Zəngəzur dəhlizinin açılmasının hər kəsə faydası olacaq"

Cəmiyyət

29-05-2025, 14:48

Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir

Dünya

21-07-2025, 14:25

Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

Cəmiyyət / Hərbi

14-06-2023, 18:48

Naxçıvandakı atışmalar: Azərbaycan təxribatın taktiki mənbəyini məhv edə bilər - ŞƏRH

Cəmiyyət

12-07-2023, 17:32

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya MEK-də

Dünya

26-07-2024, 09:00

Rusiyaya Zəngəzur dəhlizi lazımdırmı? - Qabrielyan

Dünya

7-08-2023, 11:04

Ərdoğan və Putin Zəngəzur dəhlizini müzakirə edəcəklər - Türkiyə KİV

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Dünən, 23:00
    AID Group ətrafında istintaq dərinləşir: həbs, dindirmələr və pulunu geri istəyən müştərilərə “fəaliyyət bərpa olunacaq” vədi
  • Dünən, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • Dünən, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • Dünən, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • Dünən, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • Dünən, 17:46
    İran İraq ərazisini vurdu
  • Dünən, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • Dünən, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
  • Dünən, 16:36
    Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
  • Dünən, 16:29
    Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
  • Dünən, 16:09
    Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
  • Dünən, 15:52
    Musiqi məktəbin direktoru olmuş Elşad Məmmədovun işi üzrə məhkəməni uzatmaqda hakim Vüsal Qurbanovun məqsədi nədir – ŞİKAYƏT
  • Dünən, 15:19
    DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib
  • Dünən, 15:09
    800 manata 3 günlük İŞGƏNCƏ! – “A Frame by EastWest”dən şikayət
  • Dünən, 13:11
    Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
  • Dünən, 13:04
    Göygöldə şok iddialar: Tender maxinasiyası, rüşvət və saxta əlillik faktları! VİDEO
  • Dünən, 12:52
    Sabah Azərbaycanda yağış yağacaq
  • Dünən, 12:28
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqədən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur
  • Dünən, 12:03
    Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
  • Dünən, 11:45
    AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir “Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir
  • Dünən, 11:20
    Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək
  • Dünən, 11:12
    MAŞTƏĞADA “KEYFİ ƏT DÖNƏR”İN ÜSTÜNDƏ NƏ BAŞ VERİR?
  • Dünən, 10:49
    Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 10:34
    “Azəriqaz”ın baş direktoru səni deyirlər: “Hörmətli” Azər müəllimə açıq məktub — 1/4-lük böyük hörmət
  • Dünən, 09:50
    Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
  • Dünən, 09:37
    AYNA əlillərə "ŞAH" elan edib, ac və dərmansız ölümə məhkum ediilənlər... VİDEO
  • Dünən, 09:20
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq
  • 10-08-2026, 19:11
    Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
  • 10-08-2026, 18:54
    Baş Prokurorluq ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirir-FOTO
  • 10-08-2026, 18:25
    Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
  • 10-08-2026, 18:04
    Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı
  • 10-08-2026, 17:43
    MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
  • 10-08-2026, 17:16
    Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
  • 10-08-2026, 16:50
    Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə