Sizin reklam burada 728×90
Son dəqiqə

Keçmiş nazirlik dövründən qalan ənənələr davam edir? - İTTİHAM VAR...

19.11.2026 09:09 29 1 dəq oxunur
Keçmiş nazirlik dövründən qalan ənənələr davam edir? - İTTİHAM VAR...
8 saylı RMTM-nin direktoru Mustafa Əhmədovun adı Zaqataladakı qanunsuz kömür istehsalı və Əliabad kəndindəki “Panorama” məsələsində hallandırılır!
8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin (RMTM) direktoru Mustafa Əhmədovun adı Zaqatala rayonu ərazisində qanunsuz kömür istehsalı ilə məşğul olduğu iddia edilən obyektlərlə bağlı hallandırılır. Eyni zamanda, rayonun Əliabad kəndində yerləşən “Panorama” ilə bağlı da müəyyən suallar ortaya çıxır.
Görəsən, sözügedən ərazilərdə baş verənlərdən aidiyyəti qurumların xəbəri varmı? Qanunsuz kömür istehsalı ilə bağlı iddialar niyə araşdırılmır? “Panorama” məsələsində kimlərin adı hallanır və bu fəaliyyətə kimlər himayədarlıq edir?
Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovun rəhbərlik etdiyi qurum bu iddialarla bağlı hansı addımları atacaq? Mustafa Əhmədovun rəhbərlik etdiyi mərkəzin fəaliyyəti niyə ictimaiyyət üçün suallar doğurur?
Artıq aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsinin və səsləndirilən iddialara rəsmi münasibət bildirməsinin vaxtıdır.
Bizimxeber.tv
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az