Sizin reklam burada 728×90
Son dəqiqə

Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib

19.11.2026 15:06 17 1 dəq oxunur
Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib
Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib

Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Trampın Şençjendə üçtərəfli görüşü yaxşı ab-havada keçib.

Bunu ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Rusiya Prezidenti yaxın vaxtlarda mətbuat konfransında görüşün təfərrüatları barədə danışacaq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində, qeyd edib ki, görüşün yekunlarına dair bəyanat qəbul edilib və o, bir saat ərzində dərc olunacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az