• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Trampın BMT sessiyasında çıxışı – dünyanın problemlərinə Ağ Evin baxışı - ŞƏRH

Siyasət

24-09-2025, 16:33

Bütün iddialara, mülahizələrə və fərziyyələrə baxmayaraq, ABŞ dünyada hələ də lider dövlətdir. Sentyabrın 24-də BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında Ştatların Prezidenti Donald Trampın çıxışında vurğuladığı məsələlər və onların həllində rolu bunu bir daha təsdiqləyir.

ABŞ liderinin 57 dəqiqəlik çıxışında vurğuladığı bəzi hadisələrdən bəhs etmək istərdik.

Donald Tramp prezidentliyinin birinci və indiki dövrlərini Cozef Baydenin hakimiyyəti dövrünü müqayisə edib. O deyib ki, altı ildir bu zaldan firavan və sülh şəraitində yaşayan dünyaya müraciət etməyib. Tramp bildirib ki, iki qitədə sülhü bərqərar edib. O, Latın Amerikasından ABŞ-yə miqrant axınının qarşısını aldıqlarına işarə edərək bunu "cənub sərhədimizdən işğalın qarşısını aldıq" kimi təqdim edib: "Artıq dörd ay ərzində ölkəmizə daxil olan qeyri-qanuni şəxslərin sayı sıfırdır".

Bundan başqa, qanunsuz miqrantlar ABŞ-dən deportasiya olunmağa başlanıb. Trampın və administrasiyasının bu istiqamətdə yürütdüyü siyasət və fəaliyyəti qonşu ölkələrdə etirazlarla qarşılanıb. Ağ Evin bu addımları ilə bağlı ölkədə çoxsaylı narazılıqlar yaransa da, proses dayanmayıb.

Donlad Tramp bunu Ştatların təhlükəsizliyinə görə etdiklərini bildirib.

Bu ilin mayında Vaşinqtonda İsrailin iki diplomatının qətlə yetirilməsi bu prosesi sürətləndirib. Çünki ehtimal olunur ki, yəhudi diplomatların qətlə yetirilməsinin antisemtizmlə əlaqəsi var. Bunu isə əsasən Yaxın Şərqdən gələn mühacirlərə bağlayırlar.

Tramp BMT-ni də tənqid edib. Bildirib ki, təşkilat ötən il Ştatlara gələn 624 min mühacirə dəstək üçün 372 milyon dollar nağd maliyyə vəsaiti ayırıb: "BMT Birləşmiş Ştatlara qanunsuz daxil olan insanlara dəstək verir, sonra biz onları çıxarmaq məcburiyyətində qalırıq. BMT, həmçinin qanunsuz miqrantlara qida, sığınacaq, nəqliyyat və debet kartları təmin edir".

Trampın BMT sessiyasında çıxışı – dünyanın problemlərinə Ağ Evin baxışı - ŞƏRH

Onun sözlərinə görə, Cozef Baydeninin "bacarıqsız administrasiyası" dövründə ümumilikdə 25 milyon insan ölkəyə miqrasiya edib. Tramp buna son qoyduqlarını vurğulayaraq bildirib ki, BMT bu tip işğalların qarşısını almalıdır.

Öz növbəsində BMT miqrasiyanın qarşısını almaqda acizdir. İnsan Hüquqları Bəyannaməsində insanların dünyanın istənilən ölkəsində yaşamaq hüququ olduğu vurğulanır.

Tramp bildirib ki, ABŞ "amerikalılara məxsusdur": "Bütün ölkələri öz vətəndaşlarını müdafiə etmək üçün qətiyyətli mövqe tutmağa çağırıram".

ABŞ Prezidenti qanunsuz miqrasiyasının Avropada da ciddi çətinliklər yaratdığını bildirib.

Təəssüf ki, o, ABŞ və Avropaya miqrant axınının səbəblərindən bəhs etməyib. Son illərin bu hadisəsinə diqqət edilərsə, mənzərə aydın olar. Suriya, İraq, Misir, Liviya, Əfqanıstan, Ukrayna, Fələstin və başqa ölkələrdə baş vermiş inqilablar, hakimiyyət dəyişiklikləri, beynəlxalq koalisiyanın, NATO-nun fəaliyyəti, habelə Ştatların Əfqanıstandan çıxması kimi səbəblərdən yaranan mühacir axını dünyanın lider dövlətinin başçısının diqqətindən yayınıb.

Latın Amerikası ölkələrindən ABŞ-yə miqrant axını isə Afrika və Asiyadan olan mühacirlərdən fərqlənir. Çünki həmin ölkələrdə xarici hərbi müdaxilə yox dərəcəsindədir. Həmin ərazidən, xüsusən Venesueladan miqrant axını həm də siyasi motivlidir. Çünki bu ölkədə Uqo Çaves və indiki dövlət başçısı Nikolas Maduroya qarşı çıxanlar təqiblərdən yayınmaq üçün etibarlı dövlət kimi ABŞ-yə sığınıblar.

Xəbərlərə əsasən, Venesuela həm də narkotiklərin mənbəyidir. Ona görə də Trampı bu ölkəni tənqid etməkdə haqlı saymaq olar: "Mən, həmçinin bir neçə amansız narkotik kartelini xarici terror təşkilatları elan etdim, bəlkə də dünyanın ən qorxunc bandaları olan ikiqanlı transmilli banda ilə birlikdə – "MS-13" və "Tren de Aragua". Bu arada, "Tren de Aragua" Venesueladandır. Belə təşkilatlar cəzasız qalaraq insanlara işgəncə verir, onları şikəst və məhv edirlər. Onlar bütün bəşəriyyətin düşmənləridir".

Donald Tramp venesuelalı terrorçu və narkoşəbəkələrin Nikolas Maduro tərəfindən idarə edildiyini söyləyib. O, Venesueladan gələn təhlükənin qarşısını almaq məqsədi ilə ABŞ Silahlı Qüvvələrinin tam gücündən istifadə etdiklərini qeyd edib. Prezidentin sözlərinə görə, ötən il ölkəsində narkotik səbəbindən 300 min nəfər ölüb.

ABŞ-yə narkotiklərin qanunsuz yolla əsasən Latın Amerikasından daşındığı bildirilir. Belə ehtimal etmək olar ki, Ştatlar orada antinarkotik əməliyyatı keçirə bilər. Bunun üçün isə Ağ Evin hər cür əsası var.

Tramp NATO-da müdafiə xərclərinin artmasına nail olduğunu qeyd edib. Bildirib ki, iyunda Alyansın sammitində onun xahişi ilə NATO üzvləri müdafiə xərclərini ÜDM-in 2 faizindən 5 faizinə qaldırmaq öhdəliyini rəsmi olaraq üzərilərinə götürdülər: "Bu da Alyansımızı əvvəlkindən daha güclü və qüdrətli etdi".

O, may ayında Yaxın Şərqə səfəri və Körfəzdəki tərəfdaşlıq münasibətlərini bərpa etdiyini, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və başqa ölkələrlə münasibətlərin əvvəlkindən daha sıx olduğunu vurğulayıb.

Tramp regiona səfəri zamanı Körfəz ölkələri ilə ümumilikdə 3 trilyon dollara yaxın məbləğdə müqavilə imzalayıb. Ancaq Yaxın Şərqdə ABŞ-nin ənənəvi müttəfiqləri ilə münasibətlərin bərpası məsələsi bir qədər sual altındadır. Münasibətlərdə soyuqluq Qətərlə yaranmışdı. Trampın prezidentliyinin birinci dövründə terrorçulara maliyyə dəstəyi verdiyi üçün bu dövlət ərəb ölkələri və Ştatlar tərəfindən siyasi-diplomatik təzyiqə məruz qalmışdı. Sonradan tərəflər münasibətləri normallaşdıra bildilər. Ancaq sentyabrın 9-da İsrailin Dohadakı HƏMAS-ın iqamətgahına zərbə endirməsi problemin həll olmadığından xəbər verir.

Donald Tramp hakimiyyəti zamanı bir-birinin ardınca "tarixi ticarət sazişləri" imzaladıqlarını bildirib: "Bunların arasında Böyük Britaniya, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Vyetnam, İndoneziya, Filippin, Malayziya və daha bir çox ölkələr var".

Tramp ikinci dövr prezidentliyinin yeddi ayı ərzində "davam edən yeddi müharibəyə" son qoyduğunu iddia edib. O bu sırada Kamboca - Tailand; Kosovo – Serbiya, Konqo-Ruanda, Pakistan-Hindistan, İsrail-İran, Misir-Efiopiya, Ermənistan-Azərbaycanın adlarını çəkib: "Onların hamısı müharibə aparırdı. Heç bir prezident və ya baş nazir, heç bir ölkə belə bir şey etməmişdi. Mən bunu cəmi yeddi ay ərzində etdim. Bu, mənim üçün böyük şərəfdir. Təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı əvəzinə, bununla mən məşğul olmalı idim".

ABŞ liderinin bu açıqlamasında təkcə BMT deyil, həm də iddialı açıqlamalar verən, münaqişələrin həllinin açarını "özündə gəzdirdiyini" bəyan edən ölkələrə iradlar var. O çıxışlarında ABŞ-nin qüdrətli olduğunu, onunla müqayisə edilə biləcək dövlətin olmadığını dəfələrlə bildirib. 80-ci sessiyada da bunu qeyd edib.

Donald Trampın çıxışında İranla bağlı fikirlər də maraqla qarşılanan məqamlardandır. O, təhlükələrin qarşısını almaq üçün prezidentliyinin ilk dövründə İranla münasibət qurmaq istədiyini bildirib: "Mövqeyim çox sadədir: dünyanın bir nömrəli terror sponsorunun ən təhlükəli silaha sahib olmasına icazə verilə bilməz".

O bunun qarşısını almaq üçün İranın ali lderi ayətullah Seyid Əli Xaməneiyə "səxavətli təkliflə" məktub göndərdiyini və nüvə proqramının dayandırılması qarşılığında tam əməkdaşlıq vəd etdiyini söyləyib. Deyib ki, Xaməneinin cavabı isə İranın qonşularına, bütün regionda ABŞ maraqlarına, eləcə də bəzi böyük yaxın ölkələrə daimi təhdidləri davam etdirmək oldu.

Yeri gəlmişkən, sentyabrın 23-də Xamənei İran əhalisinə telemüraciəti zamanı bildirib ki, uranın zənginləşdirilməsini 60 faizə qədər artırıblar: "ABŞ deyir ki, İran uranı zənginləşdirməməlidir. Ancaq biz bu və ya istənilən başqa məsələdə təzyiqə boyun əyməmişik və boyun əyməyəcəyik".

Xamənei bu ismarışı həm də İranın nümayəndə heyəti ilə danışıqlar aparan Avropa "üçlüyü"nə göndərib. Çünki "üçlüyün" Tehran qarşında irəli sürdüyü üç şərtdə nüvə proqramını dayandırmaq da var. ABŞ ilə danışıqlar masası arxasına oturmaq, zənginləşdirdikləri uranla bağlı məlumat vermək kimi digər iki şərt də mövcuddur.

Bu gün tərəflər arasında danışıqlar keçirilir. Elə ona görə də Fransa Prezidenti Emmanuel Makron "yaxın saatlarda İranın taleyüklü məsələsi həll olunacaq" kimi açıqlama verib.

Tramp Qəzza zolağında atəşkəsə nail olmaq üçün imkanların axtarışında da iştirak etdiyini bildirib. O, bölgədə atəşkəsə nail olmaq, girov və əsirlərin qaytarılması kimi məsələlərdən danışarkən deyib ki, HƏMAS sülh istəyənlərə birləşməlidir. O, hərəkata müraciət edərək deyib: "Girovları dərhal azad edin. Sadəcə, girovları indi azad edin".

Donald Trampın Qəzza zolağı ilə bağlı addımları hələ ki müharibənin, hərbi əməliyyatların davam etməsinə xidmət edir. Bu arada isə həm də ona təzyiq etmək və müttəfiqlərə etiraz olaraq Avropadakı Böyük Britaniya, Fransa kimi dostları Fələstini dövlət olaraq tanıdı. Odur ki, Donald Trampın Yaxın Şərqlə bağlı hələ ki sülh təklifi reallaşmır.

Trampın çıxışında vurğulanan məsələlərdən biri də Rusiyanın Ukraynada apardığı müharibədir. O bu savaşı dayandırmaq üçün "yorulmadan çalışdığını" vurğulayaraq deyib: "Prezident Putinlə münasibətlərim həmişə yaxşı olduğundan elə zənn edirdim ki, bu savaşı dayandırmaq asan olacaq".

O, Rusiyanın düşdüyü vəziyyətin ağır olduğuna işarə edərək deyib ki, Rusiya öz sifətini itirir: "Bu müharibə onun imicinə mənfi təsir göstərir".

ABŞ lideri iddia edib ki, Çin və Hindistan Rusiya neftini almağa davam etməklə Rusiya-Ukrayna müharibəsinin əsas sponsorlarıdır. Onun sözlərinə görə, hətta, NATO ölkələri də Rusiyadan gələn enerji təchizatının və enerji məhsullarının əhəmiyyətli hissəsini kəsməyiblər.

Tramp bildirib ki, Avropadakı müttəfiqləri Rusiyadan neft və təbii qaz almaqla Ukraynadakı müharibədə Rusiyaya yardım edirlər.

ABŞ lideri çıxışında beynəlxalq ictimaiyyəti və ölkəsini narahat edən bu kimi məsələlərə diqqəti çəkməklə problemləri aradan qaldırmaq üçün birlikdə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb. Ancaq maraqlar fərqli olduğundan bunun hələ də mümkünsüzlüyü qaçılmazdır. Elə Fələstin məsələsinə münasibəti örnək göstərmək yetərlidir. Bu, təkcə dünyanı deyil, müttəfiqləri də mövqelərinə görə parçalayıb.

Donald Trampın şəxsi mənada hədəflərindən biri isə Nobel sülh mükafatını şəxsi kolleksiyaları sırasına qatmaqdır. Bunun üçün Fələstin-İsrail münaqişəsinin həlli, Qəzza zolağında davamlı sülhə nail olunması tutarlı əsas olar. Çünki Rusiya-Ukrayna müharibəsi hələ çox "su aparacaq"...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

12-08-2024, 17:58

Trampın Maska müsahibəsi bu gecə olacaq - YENİLƏNİB

Dünya

15-08-2024, 13:44

Tramp Netanyahuya zəng etdi: Razılaş!

Dünya

17-07-2024, 09:04

Trampın növbəti mitinqinin tarixi - Açıqlandı

Şou-biznes

15-07-2022, 01:44

Donald Trampın birinci həyat yoldaşı vəfat edib

Cəmiyyət

23-09-2025, 18:57

Tramp: Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etdim

Siyasət

9-08-2025, 09:59

Donald Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi - FOTO

Dünya

20-05-2025, 17:19

Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı

Dünya

11-11-2024, 10:23

Baydenlə Tramp görüşəcək - təfərrüatlar AÇIQLANDI

Dünya

19-07-2025, 09:23

Tramp: Ermənistan və Azərbaycan sülh razılaşmasına yaxındır

Dünya

15-05-2024, 21:47

Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı

Dünya

14-01-2025, 09:05

Tramp Baydenin xarici siyasətini kəskin tənqid edib

Dünya

3-07-2024, 16:19

Putinlə Tramp Ukraynanı indidən müzakirə edir? - Peskov

Araşdırma
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Şəhid bacısı kənarda, “razılaşan” işdə: Quba-Xaçmaz RTİ-də qəribə prioritet oyunu Şəhid bacısı aldadıldımı?
Hadisə
Bu gün, 14:00
Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
Dünən, 18:00
Qusardakı hoteldə meyiti tapılan şəxsin ölüm səbəbi bəlli oldu - Yenilənib
Dünən, 16:07
Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır
Dünən, 15:02
Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Dünən, 11:12
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
Xəbər lenti
  • Bu gün, 17:00
    Nazir müavini: İran sanksiyaların ləğvi şərti ilə kompromisə hazırdır
  • Bu gün, 16:30
    Prezidentin Almaniya səfərindən önəmli - Görüntülər
  • Bu gün, 16:00
    Kiyevin hazırkı vəziyyətindən danışdı
  • Bu gün, 15:00
    20 dərəcə isti olacaq - SABAHIN HAVASI
  • Bu gün, 14:30
    Həccə sənəd qəbulu müddəti UZADILDI
  • Bu gün, 14:00
    Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
  • Bu gün, 13:00
    Qəzzaya hava zərbəsi - 8 nəfər öldü
  • Bu gün, 12:00
    “İdrak” liseyində güllələnən müəllimin vəziyyəti necədir?
  • Bu gün, 11:30
    İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanladı
  • Bu gün, 11:00
    Bu tarixdə HƏMAS-ın tərksilah prosesinə başlanılacaq
  • Bu gün, 10:30
    “Kəpəz” “Neftçi”ni, “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək
  • Dünən, 18:00
    Qusardakı hoteldə meyiti tapılan şəxsin ölüm səbəbi bəlli oldu - Yenilənib
  • Dünən, 17:30
    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olundu
  • Dünən, 17:00
    Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir
  • Dünən, 16:07
    Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır
  • Dünən, 15:57
    Abşeron rayonu “Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? Videofakt
  • Dünən, 15:53
    Səhiyyə tenderlərinin “boz kardinalı”: Nurlan Quliyev kimdir?
  • Dünən, 15:40
    Zelenski: Ukraynada Rusiyanın zədələmədiyi bir dənə də olsun elektrik stansiyası qalmayıb
  • Dünən, 15:22
    Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
  • Dünən, 15:16
    Xaçmazda “1 günlük gecikmə” 4 aylıq maaşa necə çevrildi? – Problem ictimailəşəndən 2 gün sonra həll olundu FOTO +VİDEO
  • Dünən, 15:16
    “Park Yasamal”-ın hissə-hissə marketinq fırıldağı? - “Kristal” reklamları ilə özünü düşünür
  • Dünən, 15:02
    Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
  • Dünən, 14:52
    Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb
  • Dünən, 14:39
    Müdafiə Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclası olub
  • Dünən, 14:33
    ”Meqa” sığorta şirkətindən şikayət-Zərəri ödəmirlər…
  • Dünən, 13:17
    Rubio: ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər
  • Dünən, 13:11
    Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
  • Dünən, 12:50
    Biləsuvarda transformator partlayıb, rayon mərkəzinin bir hissəsi işıqsız qalıb
  • Dünən, 12:35
    Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblər
  • Dünən, 12:21
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • Dünən, 12:15
    Dünya təcrübəsi və Azərbaycan reallığı: "Azərlotereya"nın gəlirləri hara gedir? - ARAŞDIRMA
  • Dünən, 12:02
    Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı
  • Dünən, 11:37
    İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var
  • Dünən, 11:25
    “Beta” çay paketindən yad cisim çıxdı-Video
  • Dünən, 11:24
    Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə