Sizin reklam burada 728×90
Son dəqiqə

Gecə klubunun sahibi jurnalistlərə ağıl öyrətməyə çalışdı

19.11.2026 15:37 33 1 dəq oxunur
Gecə klubunun sahibi jurnalistlərə ağıl öyrətməyə çalışdı
Ötən gün Xalq artisti Könül Xasıyevanın “By Muxtar” adlı gecə klubunda səhnəyə çıxması böyük tənqidlərə səbəb olmuşdu. Bununla bağlı sözügedən məkanın sahibi Muxtar adlı şəxs açıqlama verib.
Məkan sahibi açıqlamasında xəbər saytlarına məsləhətlər verib, hətta jurnalistlərə ağıl öyrətməyə çalışıb. O, media rəhbərlərindən başlıqlara diqqət etməyi və reytinq naminə reallığı əks etdirməyən məlumatlar yaymamağı tələb edib.
“Real Azərbaycan” olaraq bildiririk ki, heç kimin şəxsiyyətinə, işinə, yaşayışına və şəxsi həyatına müdaxilə etmək niyyətimiz yoxdur. Azərbaycan müstəqil dövlətdir və hər kəsin hüquqları Konstitusiya ilə qorunur.
Lakin gecə klubunun sahibinin jurnalistlərə irad bildirməsi və onlara məsləhət verməyə çalışması qəbuledilən yanaşma deyil.
Bizim məqsədimiz kiminsə şəxsi həyatını müzakirə etmək deyil, ictimai maraq doğuran məsələləri işıqlandırmaqdır.
Cənab Muxtar, media boş yerə dördüncü hakimiyyət adlandırılmayıb. Ona görə də jurnalistlərə məsləhət verməzdən və irad bildirməzdən əvvəl media fəaliyyətinin mahiyyətini nəzərə almağınız daha məqsədəuyğun olardı.
Jurnalistin işi kiminsə xoşuna gəlmək deyil, cəmiyyəti maraqlandıran məsələləri işıqlandırmaqdır!
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az