• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

22-01-2025, 10:50


Bir müddət öncə evində ölü tapılan iş adamı Ali Akşunun şirkəti "AzeBirja"da onlarla insanın yüksək miqdarda pulu batıb.

Bu barədə OLAY-a şikayət daxil olub. Məsələdə sözügedən MMC-ni reklam edən blogerlər Şərqiyyə və Alim Qafarlı cütlüyünün adı xüsusi qeyd olunub. İddia olunur ki, "Sharg.All" kimi tanınan blogerlər sosial şəbəkə hesablarında iki ildir ki, bu şirkəti reklam edərək insanları yatırım etməyə təşviq ediblər.

Hətta hazırda vəziyyət elə həddə çatıb ki, zərərçəkənlər pullarının dərdini bir kənara qoyub, həmin cütlüyün cəzalandırılmasını tələb edir.

Gəlin, məsələnin əvvəlinə qayıdaq. "Aze Bilişim Finance" MMC adlı şirkət 2022-ci ilin iyulunda fəaliyyətə başlayır. İlk vaxtlarda şirkətin instaqramda təxmini 200 izləyicisi olsa da, sözügedən cütlüyün reklamından sonra daha geniş kütləyə çatır.

Zərərçəkənlərdən biri olan Ayşən Mamedova OLAY-a danışaraq bildirib ki, ötən iki il ərzində Şərqiyyə və Alim sözügedən şirkətdə heç bir saxtakarlıq olmadığını deyərək təbliğata davam edib:

"Onlara yazanları həmin şirkətə yönləndirirdilər. Yüksək yatırım edənləri şəxsən özlərinin qəbul edəcəyini deyirdilər. Öz sosial media güclərindən istifadə edib insanları təşviq etdilər. Əlbəttə heç kimi zorla aparmayıblar, hər kəs özü investor olub, lakin bir çoxumuz onların səmimiyyətinə, gənc ailə olmasına inanıb əlimizdəki qazancı ora qoyduq. Həddən artıq çox pul qoyanlar var. 170 000, 200 000, 300 000 manatlıq yatırımlar mövcuddur. Hətta intihar həddinə çatanlar var. Bu proses zamanı iki hamilə qadın övladını itirdi. Onların araşdırmadan etdikləri reklam nəticəsində bu hadisələr baş verdi. Daha sonra bu şirkət pulları verməməyə başladı. Mənim pulum da batdı. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin verdiyi məlumata görə, 1200-dən çox investor var. Burada 15-20 milyon puldan söhbət gedir ki, ortada itdi, yandı. Ötən ilin 24 oktyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "AzeBirja" şirkətinin bütün işçilərini apardı. Halbuki Ali Akşun 24 oktyabrdan sonra pulları qaytaracağına dair söz vermişdi. Şəxsən mənə oktyabrın 29-u pulumu verəcəyini demişdi. Korrupsiya gəldi, 24-ü şirkəti bağladı. Sonra araşdırıldı, Ali Akşun dedi ki, hesab blokdadı, mənə vaxt verin, 45 gün ərzində bütün zərərçəkənlərin pulunu qaytaracam. Biz də gözlədik, sonra xəbər gəldi ki, hesab açılıb və pullar verilməyə başlayacaq. Dedilər ki, 15 dekabrdan etibarən pulları gəlib götürəcəksiniz. Nə təsadüfdürsə, 15 dekabrda şirkətin rəhbəri evində ölü tapıldı. Məlum deyil ki, öldürüldü, intihar etdi, ya intihara təşviq edildi. Nəticədə evində ölü tapıldı. Həmin gün bu blogerlər də orada idi, hətta zərərçəkənlərə xəsarət yetirdilər, iş polisə getdi Bu gün əsas şikayətimiz bu şəxslərdəndir ki, öz prestijlərindən istifadə edərək insanları belə təhlükəli şirkətə yatırım etməyə təşviq etdi".

Zərərçəkənin sözlərinə görə, şirkət 2024-cü ilin mayından etibarən ödənişləri etməyib:

"Alim və Şərqiyyə cütlüyü avqustda bir paket paylaşdılar ki, 42 faizlik qazanc əldə edilir. İnsanlar hər şeyini o 42 faizlik qazanc olacağını dedikləri paketə qoşularaq şirkətə qoydu. Sən demə, iflas ediblərmiş, Ali Akşun pulları batırıb, heç kim bilmir. Alim Qafarlı şirkətin maliyyə problemini bilə-bilə insanları pul köçürməyə təşviq edib piramida yaratdılar. Şirkətin əvvəli necəydi, nə sistemdəydi bilinmir, deyilənə görə piramida deyilmiş. Lakin müflişləşdikdən sonra Alim və Şərqiyyə Qafarlı reklam edərək piramidaya çevirdilər. Hər kəs qazanc fikri ilə pullarını ora köçürdü. Şirkət o yatırımlardan cüzi hissəni əvvəlki investorlara köçürməyə başlayır. Bu da 200 manatlıq məbləğ idi. Şəxsən mən bütün pulumu çıxarmaq istəyəndə 200 manat olmaqla iki dəfə məxaric verdilər. Lakin bütün pulum orada batdı. Ali Akşun öldüyü üçün deyirlər ki, rəhbər ölüb, heç kimdən pul ala bilməzsiniz. Elə bir vəziyyətdəyik ki, şirkət batdığı üçün pulu da ala bilmirik. Sadəcə tək istəyimiz bu işdə əli olanlar cəzalandırılsın, haqq yerini tapsın ki, blogerlər də nəyi reklam etdiklərinə diqqət etsinlər".

İddiaya görə, bu, mərhum Ali Akşunun ilk əməli deyil. Zərərçəkənin sözlərinə görə, şirkətin rəhbəri eyni tərzdə şirkəti Türkiyədə açır və 4 aylıq fəaliyyətdən sonra pulları götürüb Azərbaycana qaçır:

"Şərqiyyə və Alim cütlüyü saxtakar birinin reklamını etmiş olur ki, bu adam Türkiyədə işlərini böyüdə bilmir. Azərbaycan daha kiçik ölkədir, blogerlər tanınır deyə, hamı onlara güvənib pul yatırımı edir. Hadisə baş verdikdən sonra zərəçəkənlər Şərqiyyə Alim cütlüyünə yazır. Hamısına aqressiv cavab verirlər, bəzi skrinlər də var. Deyirlər, şirkətə niyə inanırdın, mənə inanardın, pulunu mənə verib, məndən tələb edərdin. Kobud və aqressiv şəkildə cavab verirlər. Özlərinin də zərərçəkən olduğunu deyirlər. Lakin eyni vəziyyətdə olsalar, bizim yanımızda olmalıdırlar, anlamalıdırlar ki, biz də zərərçəkənik. Şəxsən mənim orada qalan pulum 2950 manatdır. Amma daha çox yatırım edənlər var, 15-20 milyonluq məbləğ batıb".

Zərərçəkən bildirir ki, məsələ ilə bağlı polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.

Şikayətçilər tərəfindən təqdim olunan skrinlərdə və videolarda cütlüyün şirkəti davamlı olaraq reklam etdiklərini, insanları güvənilir olduğuna razı saldıqlarını görmək mümkündür. "AzeBirja"nın mərhum rəhbəri Ali Akşunla cütlüyün dostluq əlaqələri də iki ildə genişlənib. Məsələn, TikTok canlı yayımınında cütlüyə bahalı hədiyyələr göndərməsi ilə bağlı görüntülər, blogerlərin hər paylaşımlarında şirkəti işarə etməsinə dair sübutlar var. Gənc ailə yeni aldıqları maşınla bağlı videoda da "AzeBirja"nı işarələyib "Daha böyük uğurlara birlikdə" şərhini yazıblar.

Şirkətin iflasından sonra isə paylaşımdakı həmin hissəni siliblər. İlk vaxtlarda özlərinin də 20 min manata qədər pul köçürdüklərini və ordan 100-lərlə manat qazandıqlarını söyləyiblər. Onlar bir müddət sonra həm investor, həm də şirkətin işçisi olduqlarını qeyd edərək izləyiciləri daha da rahatlaşdırıblar.

Ali Akşunun ölümündən 3 gün sonra isə cütlük açıqlama yayıb:

"Son zamanlarda fəaliyyəti ilə bağlı müəyyən problemlər yaşanan Azebirja şirkəti haqda bəzi məsələlərə aydınlıq gətirmək istəyirik. İndiyədək susmağımızın səbəbi Azebirja şirkətinin rəhbəri Ali Akşuna olan güvənimiz idi. Bir çoxunuzun bildiyi kimi Ali Akşun 15.12.2024 tarixində dünyasını dəyişib. Şəxsən bizim və bir çox digər müştərilərin şikayət və gözləntiləri Ali Akşundan olduğu üçün kütləvi açıqlama vermirdik. Və bu gündən etibarən bizə qarşı olan haqsız qaralama, suçlama və təhdidlərə qarşı susmayacağıq. Sosial mediadakı aktiv fəaliyyətimizdən dolayı 2022-ci ildə şirkətin reklam işləri üzrə öhdəlik daşıyan 3-cü şəxs (N.Z) tərəfindən bizə müraciət olunub. Bunun ardınca rəhbər Ali Akşun və şirkətin fəaliyyətini təsdiqləyən sənədlərlə tanış olduqdan sonra həm reklam təklifini qəbul etmiş, həm də şirkətə borc verənlərdən biri olmuşuq. 2022-ci ildən bəri şirkətin müştərilərə fəaliyyəti ilə bağlı hər hansı problem yaşanmamışdır.

2024-cü il yay aylarından ödənişin gecikmə problemləri yaşandığı üçün reklam fəaliyyətimizi dayandırmış, bundan sonrakı paylaşımlarımızın məzmunu yalnız müştərilərin istəyinə əsasən olmuşdur: müştərilərin istəyi ilə şirkətdə görüş günü təyin edilmiş, problemin səbəbi ilə bağlı şirkət rəhbərliyi və əməkdaşları tərəfindən müştərilər məlumatlandırılmışdır. 24.10.2024 tarixindən şirkətin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sənədlər araşdırılmağa başlanmışdır. Şəxsən biz də fəaliyyətimizi sübut edən sənədləri təqdim etmişik. Hüquq qarşısında hər zaman cavab verməyə hazırıq. Bu ərəfədə şirkətin fəaliyyəti ilə bağlı hər hansı qeyri-rəsmilik açıqlanmamış, Ali Akşuna problemi həll etməsi üçün möhlət verilmişdir. Azebirja ilə bağlı fəaliyyətimiz yalnız reklam işi üzrə olub. Hazırda Ali Akşun dünyasını dəyişdiyi üçün kütlə tərəfindən təhdid və təhqirlərə məruz qalırıq. Adımıza və iş həyatımıza qarşı qaralama kampaniyası başladılıb. Bütün bunları təsdiq edən sübutlar var. Bunlarla yanaşı həm öz yaşayış ünvanımız, həm də valideynlərimizin yaşayış ünvanını aşkar edib hədə-qorxu gəlirlər. Hazırda Qafarlı Şərqiyyə zərərçəkən olduğunu iddia edən şəxs tərəfindən aldığı xəsarətdən dolayı sağlamlığı ilə bağlı problem yaşayır. Bu zaman çərçivəsində həm maddi, həm mənəvi zərərçəkənlərdən olduq. Biz dövlət orqanlarımızın araşdırmasına güvənərək Ali Akşun tərəfindən problemin aradan qalxması ilə şirkətin fəaliyyətini bərpa etməsini gözlədikcə və səbrli olub, insanları anlayaraq çıxış yolu axtarmağa çalışdıqca bizə qarşı olunan şiddət artmağa davam edirdi. Amma artıq bunun qarşısının rəsmi formada alınması üçün lazım olan bütün hüquqi addımları atdığımızdan əmin ola bilərsiz. Bu işdə əli olan hər kəs məsuliyyət daşıyır. Kimliyindən asılı olmayaraq hüquq qarşısında cavab verəcəksiniz".(OLAY)






Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

6-07-2024, 11:49

“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...

Gündəm / Cəmiyyət

8-07-2024, 11:39

“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...

Şou-biznes

18-07-2022, 13:40

Əlixanın əyləncə dolu toyu

Cəmiyyət / Olay

19-07-2023, 19:13

Milyonları talayan Barış Demirin “bəraət taktikası”: “BIN GROUP”un sahibindən AĞLASIĞMAZ FƏND

Ölkə

15-07-2024, 09:59

Milyonları talayan Barış Demirin “bəraət taktikası” - “BIN GROUP”un sahibindən ağlasığmaz fənd

Hadisə

10-07-2022, 12:24

Masallıda 12 yaşlı qıza təcavüz olunması iddiası yenidən araşdırılır

Cəmiyyət

21-06-2022, 16:44

1 milyonluq dələduzluq və daha nələr...

Şou-biznes

23-08-2022, 12:58

Fahriye Evcenin əkizləri olacaq?

Cəmiyyət

19-11-2024, 10:00

Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir

Cəmiyyət

18-07-2024, 09:09

Oliqarx Fətiyev 5 illik fasilədən sonra yenə siyahıda – YAP biznesmeni dəstəklədi…

Araşdırma
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
Hadisə
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
9-09-2026, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
9-09-2026, 16:55
"Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
Xəbər lenti
  • Bu gün, 18:14
    Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
  • Bu gün, 17:44
    Anar Bayramov deputatın qohumunu işdən çıxardı - ƏMR
  • Bu gün, 17:12
    İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
  • Bu gün, 16:57
    Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı - ƏMR
  • Bu gün, 16:07
    Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 15:54
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb - ŞOK FAKTLAR
  • Bu gün, 14:59
    Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib
  • Bu gün, 14:47
     Ramiz Mehdiyev işində sensasion adlar - Adı hallanan Sərdar Cəlaloğlu isə deyir ki...
  • Bu gün, 14:20
    Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir
  • Bu gün, 14:04
    Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • Bu gün, 13:50
    Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
  • Bu gün, 12:39
    Azərbaycanda sabah 35 dərəcə isti olacaq
  • Bu gün, 12:30
    Suraxanı rayonunda "Daş abidə"parkını söküblər?
  • Bu gün, 12:11
    Ukrayna və Azərbaycan Orta Dəhlizin imkanlarının genişləndirilməsini müzakirə ediblər
  • Bu gün, 12:04
    Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - Video
  • Bu gün, 11:20
    Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
  • Bu gün, 11:06
    DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
  • Bu gün, 10:41
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır
  • Bu gün, 10:25
    Hadı Rəcəblinin oğlu borcunu niyə qaytarmır?
  • Bu gün, 10:13
    XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu
  • Bu gün, 10:02
    AYNA ilə bağlı qalmaqallı detallar üzə çıxdı – Anar Rzayev nəyi gözləyir?
  • Bu gün, 09:46
    Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur
  • Bu gün, 09:08
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Bu gün, 08:49
    Azərbaycanda Bilik Günüdür
  • Dünən, 18:58
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dünən, 18:38
    Yüksək balla işə qəbul olunan müəllimlərin dərs saatları "oğurlanır"? - Məktəblərdə qalmaqal
  • Dünən, 18:05
    Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
  • Dünən, 17:50
    Hər il eyni qalib: “Qaçqınkom” “Grey Group”la üçüncü dəfə anlaşdı
  • Dünən, 17:13
    Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
  • Dünən, 16:55
    “Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir” - Fotolar
  • Dünən, 16:40
    Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır
  • Dünən, 16:19
    "Temu" ilə də yollarımız ayrılır - Uçuz məhsullar rəqabət məcəlləsini pozur?
  • Dünən, 15:58
    Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir
  • Dünən, 15:03
    Geka Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq - YENİLƏNİB
  • Dünən, 14:58
    “Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? – İddia (Video)
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə